Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2594/2022 21.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ********* saylı, 17.02.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 01.03.2022-ci il tarixinə yaranmış 449,7 manat əsas borc, 52,4 manat cərimə, cəmi 402,1 manat borcun, 19.05.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 133 manat əsas borc, 16,9 manat cərimə, cəmi 129,9 manat borcun, ********* saylı, 17.05.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 501,3 manat əsas borc, 75,1 manat cərimə, cəmi 576,4 manat borcun, ümumilikdə 1108,4 manat borcun və 31,10 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 17.02.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı «SAMSUNG A125» markalı telefona və 2 ədəd telefon aksesuarına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 25 manat olmaqla, cəmi 449,7 manat, 19.05.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı 2 dəd «SCOOTER 818» markalı skuter üçün 12 ay ödəniş cədvəli üzrə 12 manat olmaqla, cəmi 133 manat, 17.05.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı 2 dəd «SAMSUNG A217» markalı skuter üçün 18 ay ödəniş cədvəli üzrə 31 manat olmaqla, cəmi 542,8 manat,ümumilikdə hər üç müqavilə üzrə 1125,5 manat ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə 17.02.2021-ci il tarixli müqavilə üzrə 21.11.2021-ci il tarixində 25 manat, 19.05.2021-ci il tarixli müqavilə üzrə 13.08.2021-ci il tarixində 7,5 manat, 17.05.2021-ci il tarixli müqavilə üzrə 10.07.2021-ci il tarixində 41,5 manat ödəniş etmiş və üç müqavilə üzrə qalıq qalmış 964 manat borcu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 18.03.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iş materiallarında olan ünvanına göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışına və cavabdehin şəxsiyyət vəsiqəsinə əsasən cavabdeh xx.xx.1967-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan 17.02.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh iddiaçıdan aldığı «SAMSUNG A125» markalı telefona və 2 ədəd telefon aksesuarına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 25 manat, sonuncu ay isə 24,7 manat olmaqla, cəmi 449,7 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 19.05.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh iddiaçıdan aldığı 2 dəd «SCOOTER 818» markalı skutera görə 12 ay ödəniş cədvəli üzrə hər ay 12 manat, sonuncu ay isə 1 manat olmaqla, cəmi 133 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 17.05.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh iddiaçıdan aldığı 2 dəd « SAMSUNG A217 » markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 31 manat, sonuncu ay isə 15,8 manat olmaqla, cəmi 542,8 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışına əsasən cavabdehin 01.03.2022-ci il tarixinə 17.02.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 349,7 manat əsas borc, 52,4 manat cərimə borcu, 19.05.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 113 manat əsas borc, 16,9 manat cərimə borcu, 17.05.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 501,3 manat əsas borc, 75,1 manat cərimə borcu qalmışdır. Ödəniş cədvəlinə əsasən cavabdeh 17.02.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 18 ay ödəniş cədvəli üzrə 18 ay ərzində hər ay 25 manat, sonuncu ay 24,7 manat olmaqla, cəmi 449,7, 19.05.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 12 ay ödəniş cədvəli üzrə 12 ay ərzində hər ay 12 manat, sonuncu ay 1 manat olmaqla, cəmi 133 manat, 17.05.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 18 ay ödəniş cədvəli üzrə 18 ay ərzində hər ay 31 manat, sonuncu ay 15,8 manat olmaqla, cəmi 542,8 manat, hər üç müqavilə üzrə ümumilikdə 1125,5 manat ödəməli idi. İş materiallarında olan mədaxil qəbzinə əsasən iddiaçı iddia ərizəsinin verilməsi üçün 31,10 manat dövlət rüsumu ödəmişdir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı olaraq bildiriş (xəbərdarlıq) göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 257-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilədə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqaviləyə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (425). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməlidir. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 349,7 manat əsas borc məbləğinə 52,4 manat cərimənin, 113 manat əsas borc məbləğinə 16,9 manat cərimənin, 501,3 manat əsas borc məbləğinə 75,1 manat cərimənin hesablanaraq cavabdehdən tələb edilməsi məqsədə müvafiqdir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsinin verilməsi üçün ödədiyi 31,10 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 17.02.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 349,7 manat əsas borc, 52,4 manat cərimə olmaqla, cəmi 402,1 manat, 19.05.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 113 manat əsas borc, 16,9 manat cərimə olmaqla, cəmi 129,9 manat, 17.05.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 501,3 manat əsas, 75,1 manat cərimə, cəmi 576,4 manat olmaqla, ümumilikdə isə 1108 (min yüz səkkiz) manat 40 (qırx) qəpik borc və 31 (otuz bir) manat 10 (on) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-2594/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2594/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver