Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2613/2023 14.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit xətti müqaviləsi üzrə borcun tutulması” iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 119923- CNS-9094 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 16 fevral 2023-cü il tarixə Banka borclu olduğu 854,65 (səkkiz yüz əlli dörd manat 65 qəpik) manat məbləğində əsas borc və 2,82 (iki manat 82 qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 857,47 (səkkiz yüz əlli yeddi manat 47 qəpik) manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 (otuz manat 00 qəpik) manat dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqının əvəzinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış xx.xx.2014-cü il tarixli 119923-CNS-9094 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə 36 (otuz altı) ay müddətinə 500.000,00 (beş yüz min rubl 00 qəpik) RUBl məbləğində kredit verilmiş, kreditdən istifadəyə görə illik faiz dərəcəsi isə 23 % (iyirmi üç faiz) müəyyən edilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014cü il tarixli 119923-CNS-9094 №-li “Nağd pul krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 01 saylı Razılaşmaya əsasən Cavabdeh 27 iyul 2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 541.144,00 (beş yüz qırx bir min bir yüz qırx dörd rubl 00 qəpik) RUB məbləğində müəyyən edilmiş və cavabdeh həmin borcu 48 (qırx səkkiz) ay müddətinə, yəni xx.xx.2019-cu il tarixədək qaytamağı və kreditdən istifadəyə görə illik 23 % (iyirmi üç faiz) ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2014-cü il tarixli 119923-CNS-9094 №-li “Nağd pul krediti müqaviləsi” və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 01 saylı Razılaşma üzrə Banka olan əsas kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə əlaqədar olaraq restrukturizasiya edilməsi məqsədi ilə Bank ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 119923-CNS-9094 №-li “Nağd pul krediti müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditin məbləği 1.865,09 (bir min səkkiz yüz altmış beş manat 09 qəpik) AZN məbləğində müəyyən edilmiş və Cavabdeh həmin kredit məbləğini illik 1 % (bir faiz) hesablanması şərti ilə 60 (altmış) ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 16 fevral 2023-cü il tarixə 854,65 (səkkiz yüz əlli dörd manat 65 qəpik) AZN məbləğində əsas borc və 2,82 (iki manat 82 qəpik) AZN məbləğində faiz borcu olmaqla, ümumilikdə 857,47 (səkkiz yüz əlli yeddi manat 47 qəpik) AZN məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 119923-CNS-9094 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 23 (iyirmi üç) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə yəni, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək 500.000 (beş yüz min) Rubl məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli 119923-CNS-9094 №-li “Nağd pul krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 01 saylı Razılaşmaya əsasən Cavabdeh 27 iyul 2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 541.144,00 (beş yüz qırx bir min bir yüz qırx dörd rubl 00 qəpik) RUB məbləğində müəyyən edilmiş və cavabdeh həmin borcu 48 (qırx səkkiz) ay müddətinə, yəni xx.xx.2019-cu il tarixədək qaytamağı və kreditdən istifadəyə görə illik 23 % (iyirmi üç faiz) ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2014-cü il tarixli 119923-CNS-9094 №-li “Nağd pul krediti müqaviləsi” və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 01 saylı Razılaşma üzrə Banka olan əsas kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə əlaqədar olaraq restrukturizasiya edilməsi məqsədi ilə Bank ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 119923-CNS-9094 №-li “Nağd pul krediti müqaviləsi” bağlanmışdır. İşdə olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh 854 (səkkiz yüz əlli dörd) manat 65 (altmış beş) qəpik məbləğində əsas borc və 2 (iki) manat 82 (səksən iki) qəpik məbləğində faiz borcu və 0 (sıfır) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 857 (səkkiz yüz əlli yeddi) manat 47 (qırx yeddi) qəpik məbləğində borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, Cavabdeh kredit vəsaitindən istifadə etsədə, öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Buna görədə kreditorun borcun əsas hissəsinin, ona hesablanmış faiz borclarının tələb edilməsi tam əsaslıdır və buna görədə iddia tələbi təmin olunmalıdır. Belə ki, Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”-nin şərtlərinə Cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair lazımi qaydada xəbərdar edilsə də öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 854,65 (səkkiz yüz əlli dörd manat 65 qəpik) manat məbləğində əsas borc və 2,82 (iki manat 82 qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 857,47 (səkkiz yüz əlli yeddi manat 47 qəpik) manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 (otuz manat 00 qəpik) manat dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 854,65 (səkkiz yüz əlli dörd) manat 65 (altmış beş) qəpik məbləğində əsas borc və 2 (iki) manat 82 (səksən iki) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 857 (səkkiz yüz əlli yeddi) manat 47 (qırx yeddi) qəpik pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 (otuz manat 00 qəpik) manat dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-2613/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2613/2023
14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver