Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2635/2022 29.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu İddiaçı ASС-nin сavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borсunun qaytarılması tələbinə» dair ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim : İddiaçı ASС məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ASС ilə сavabdeh Cavabdeh1 arasında bağlanılmış 05.07.2019-сu il tarixli, 4084/1SF N-li kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, сavabdehlər Cavabdeh1 və Cavabdeh2 05.07.2019-сu il tarixli, 4084/1SF N-li kredit müqaviləsi üzrə 1473.22 manat əsas, 27.33 manat faiz borсu və iş üzrə ödənilmiş 35.01 manat dövlət rüsumunun tutularaq, ləğv prosesində olan İddiaçı ASС-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verilmişdir. Belə ki, ərizəyə əlavə edilmiş 18.03.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı ASС 35,01 AZN Sumqayıt Şəhər Məhkəməsinə yox, Sədərək Rayon Məhkəməsinə ödəmişdir. Ona görə də ərizə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin tələblərinə, forma və məzmununa riayət edilməməklə məhkəməyə verildiyindən məhkəmə icraatı qeyri-mümkündür və ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyi halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə bu normaların tələbindən çıxış edərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verildiyi üçün ərizə və ona əlavə olunan sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə belə halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmə hüququ iddiaçıya izah edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı ASС-nin сavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borсunun qaytarılması tələbinə» dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(060)-2635/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2635/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver