Məhkəmə qərarları › İş №e-2(060)-2648/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2648/2024

09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2648/2024 09.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Hüseynzadə Gülçöhrə Kamal qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 8050,15 manat məbləğində əsas bоrc və 65,47 manat faiz borcu оlmaqla, cəmi 8115,62 manat borcun və 101,16 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan X5 arasında bağlanmış 05 noyabr 2022-ci il tariхli, 200804-347326/2 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 18,5 faiz dərəcəsi ilə 8600 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda bank və digər cavabdeh - Cavabdeh arasında 05 noyabr 2022ci il tariхli, 200804-347326/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (bоrcalan tərəfindən 05 noyabr 2022 il tariхli, 200804-347326/2 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 04 mart 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 8050,15 manat məbləğində əsas bоrcu və 65,47 manat faiz borcu оlmaqla, cəmi 8115,62 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən borcalan X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Digər cavabdeh krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiklərini və işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq aşağıda göstərilənlərə əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 200804-347326/2 saylı, 05 noyabr 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə X5 arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə ilə bank X3 36 ay müddətinə illik 18,5 faiz olmaqla cəmi 8600 manat məbləğində pul vəsaitini kredit verməyi, sonuncu isə müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada kreditin əsas məbləğini banka qaytarmağı, kreditə hesablanmış faizləri, kreditin rəsmiləşdirilməsi və xidmət olunmasına görə haqları, kreditin qaytarılmasını gecikdirməyə görə faizləri banka ödəməyi öhdələrinə götürmüşlər. Sözügedən müqavilənin təminatı olaraq İddiaçı ASC, X5 və Cavabdeh arasında 200804-347326/2 saylı, 05 noyabr 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh 200804-347326/2 saylı, 05 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Az-İİ 334694 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 21 fevral 2023-cü il tarixdə ölmüşdür. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi Qubadlı rayonu, Mahruzlu ərazi dairəsi, Mahruzlu kəndində qeydiyyatda olan X4r, o, miras əmlakdan 1/2 hissədə pay almalıdır, şəhadətnamə əsasında verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X3 verilmiş **********12-05101-093047 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36 kv/m olan mənzildən ibarətdir. Beləliklə sözügedən kredit müqaviləsi üzrə borclu X5 vəfat etdiyindən bank tərəfindən 200804-347326/2 saylı, 05 noyabr 2022-ci il tarixli zaminlik müqaviləsi üzrə zamin Cavabdeh qarşı iddia qaldırılmış və kredit müqaviləsi üzrə borcun ondan tutulması ilə bağlı qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Lakin iş materiallarına iddiaçı bank tərəfindən sözügedən kredit müqaviləsi üzrə borcun qaytarılması ilə bağlı ilk növbədə borclu X2 vərəsələrinə qarşı tələblə məhkəməyə müraciət edildiyini təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Beləliklə iddiaçı tərəfindən vərəsələrə qarşı hər hansı tələb irəli sürülmədən borcun tam olaraq zamin tərəfindən ödənilməsi ilə bağlı iddia qaldırılmışdır. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Məhkəmə mirası qəbul etmiş vərəsənin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsə miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdır. Vərəsə əsas öhdəliyi icra etməkdən yayındığı və ya lazımınca icra etmədiyi təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsəyə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin hazırkı ərizəsinə məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar