Məhkəmə qərarları › İş №e-2(060)-2666/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2666/2022

03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2666/2022 03.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı “kredit borcun qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 7856,10 (yeddi min səkkiz yüz əlli altı,on) manat – bundan 2972,15 (iki min doqquz yüz yetmiş iki,on beş) manat əsas, 3236,68 (üç min iki yüz otuz altı, altmış səkkiz) manat faiz, 1229,07 (min iki yüz iyirmi doqquz,sıfır yeddi) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 418,20 (dörd yüz on səkkiz,iyirmi) manat faiz borcunun və iş üzrə ödənilmiş 99 (doxsan doqquz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan QSC “Bank Standard” KB-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək göstərdi ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 26.08.2015-ci il tarixli 100/03/125526/15 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə 12 (on iki) ay müddətinə 3300 (üç min üç yüz) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında 30 mart 2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinə 01 saylı əlavə sazişə əsasən kredit xəttinin ödənilmə müddəti 30.03.2019-cu il tarixədək uzadılmış, kredit məbləği restrukturizasiya edilmişdir. Bu sazişə əsasən tərəflər arasında 30 mart 2016-cı il tarixdə 100/03/125526/15/1 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 3298 (üç min iki yüz doxsan səkkiz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh kredit üzrə cəmi borcu 7856,10 (yeddi min səkkiz yüz əlli altı,on) manat təşkil edir. Bundan 2972,15 (iki min doqquz yüz yetmiş iki,on beş) manat əsas, 3236,68 (üç min iki yüz otuz altı, altmış səkkiz) manat faiz, 1229,07 (min iki yüz iyirmi doqquz,sıfır yeddi) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 418,20 (dörd yüz on səkkiz,iyirmi) manat faiz borcu təşkil edir. Göstərilənləri nəzərə alaraq, cəmi 7856,10 (yeddi min səkkiz yüz əlli altı,on) manat – bundan 2972,15 (iki min doqquz yüz yetmiş iki,on beş) manat əsas, 3236,68 (üç min iki yüz otuz altı, altmış səkkiz) manat faiz, 1229,07 (min iki yüz iyirmi doqquz,sıfır yeddi) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 418,20 (dörd yüz on səkkiz,iyirmi) manat faiz borcunun və iş üzrə ödənilmiş 99 (doxsan doqquz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan QSC “Bank Standard” KB-yə ödənilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının nümayəndəsi Nümayəndə3 dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan 26 avqust 2015-ci il tarixli № 100/03/125526/15 №li kredit müqaviləsindən görünür ki, QSC “Bank Standard” KB tərəfindən Cavabdeh illik faiz dərəcəsi 28 faiz olmaqla 12 ay müddətinə 3300 manat məbləğində kredit verilmişdir. Kreditin qaytarılmalı olduğu son tarix 26.08.2016-cı ildir. Müqavilənin 2.1-ci bəndinə əsasən borc alan bu müqavilə ilə müəyyən edilmiş məbləğdə kredit üzrə pul vəsaitlərini qəbul edir və həmin kreditə görə hesablanan faizləri ödəyir. İş materiallarında olan 26.08.2015-ci il tarixli 100/03/125526/15 saylı kredit müqaviləsinə 01 saylı əlavə sazişdən görünür ki, QSC “Bank Standard” KB tərəfindən Cavabdeh arasında 30 mart 2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinə 01 saylı əlavə sazişə əsasən kredit xəttinin ödənilmə müddəti 30.03.2019-cu il tarixədək uzadılmış, kredit məbləği restrukturizasiya edilmişdir. Bu sazişə əsasən tərəflər arasında 30 mart 2016-cı il tarixdə 100/03/125526/15/1 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 3298 (üç min iki yüz doxsan səkkiz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan QSC “Bank Standard” KB tərəfindən verilmiş 24.01.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 26.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə tələb olunan 2972,15 (iki min doqquz yüz yetmiş iki,on beş) manat əsas, 3236,68 (üç min iki yüz otuz altı, altmış səkkiz) manat faiz, 1229,07 (min iki yüz iyirmi doqquz,sıfır yeddi) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 418,20 (dörd yüz on səkkiz,iyirmi) manat faiz borcu, cəmi 7856,10 manat borc təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdeh X2 vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında əsas borc üzrə 1108,02 manat, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 14.04.2017-ci il tarixinə faizlər üzrə 403,18 manat icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmüş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2972 (iki min doqquz yüz yetmiş iki) manat 15 (on beş) qəpik əsas borc, 3236 (üç min iki yüz otuz altı) manat 68 (altmış səkkiz) qəpik məbləğində faiz borcu, 10 (on) manat məbləğində cərimə üzrə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 418 (dörd yüz on səkkiz) manat 20 (iyirmi) qəpik faiz borcu, ümumilikdə isə 6637 (altı min altı yüz otuz yeddi) manat 03 (üç) qəpik məbləğində pulun və 99 (doxsan doqquz) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2972 (iki min doqquz yüz yetmiş iki) manat 15 (on beş) qəpik əsas borc, 3236 (üç min iki yüz otuz altı) manat 68 (altmış səkkiz) qəpik məbləğində faiz borcu, 10 (on) manat məbləğində cərimə üzrə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 418 (dörd yüz on səkkiz) manat 20 (iyirmi) qəpik faiz borcu, ümumilikdə isə 6637 (altı min altı yüz otuz yeddi) manat 03 (üç) qəpik məbləğində pulun və 99 (doxsan doqquz) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar