Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-269/2023 31.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X15 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X9, Cavabdeh və onun nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2015-ci il tarixli, CC/49453/48/11 saylı müqaviləyə əsasən 4424,43 ABŞ dolları əsas borc, 23,61 ABŞ dolları faiz borcu, cəmi 4448,04 ABŞ dolları borcun, xx.xx.2012-ci il tarixli, BAL0332611/12 saylı digər müqavilə üzrə 1103,11 manat əsas borc, 24,53 manat faiz borcunun, cəmi 1127,64 manat borcun və ödənilmiş 128 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X6 ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, CC/49453/48/11 saylı müqavilələrə əsasən bank ona ümumilikdə 8800 ABŞ dolları məbləğlərində kredit vermişdir. X6 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Cavabdeh X1 qanuni vərəsəsidir. X6 tərəfindən vərəsələrinə qalan miras əmlak Sumqayıt şəhər X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005 tarixli, reyestr kitab nömrəsi:14, 22-ci səhifə, İnventar iş nömrəsi:12282 olan Qeydiyyat Vəsiqəsinə əsasən Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən ümumi sahəsi: 44.73 kv/m, yaşayış sahəsi: 31.93 kv/m, yardımçı sahəsi: 12.8 kv/m olan 6/33 saylı 2 otaqlı evin 20/90 nömrəli mənzilindən ibarətdir. Cavabdeh tərəfindən yazılı etiraz ərizəsi təqdim edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə mərhum bacısı X7 arasında xx.xx.2015-ci tarixli, CC/49453/48/11 saylı müqavilələrə əsasən, ona 36 ay müddətinə, illik 25 faiz dərəcəs 8800 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit üzrə ödənişlərinin bir qismini ödəmiş və kredit üzrə 4448,04 ABŞ dolları borcu qalmışdır. Mərhum bacısı 20.01 2016-cı il tarixdə vəfat etmişdir. Cavabdeh mərhum bacısı X2 qanuni vərəsəsi olduğu üçün Sumqayıt şəhər X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixli, 2282 nömrəli qeydiyyat vərəqəsinə əsasən, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 6/33-də yerləşən, ümumi sahəsi 44,73 kv.m, yaşayış sahəsi 31,93 kv.m., yardımçı sahəsi 12.8 kv.m. 2 otaqdan ibarət olan 20/90 saylı mənzil cavabdehin mülkiyyətinə verilmişdir. Lakin bu müddət ərzində mərhum bacısının kredit almasında, kredit borcunun olubolmamasından heç bir məlumatı olmamışdır. Bütün bu müddət ərzində də iddiaçı bir dəfə də olsun cavabdehi narahat etməmiş və ona xəbərdarlıq etməmişdir. Bundan əlavə iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, vərəsə müəyyən olunduqdan sonra məhkəməyə müraciət edilmişdir. Vərəsəlik işinin açılması barədə iddiaçı 2021-ci ildə məlumatlanmışlar. Cavabdehin özünə xəbərdarlıq etmədən məhkəməyə müraciət edilmişdir. Çünki buna zərurət görülməmişdir. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin qəbul etmədiyini bildirdi. Cavabdehin nümayəndəsi, Vəkil məhkəmə iclasında təqdim edilmiş etiraz ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, cavabdehin mərhum bacısı bankdan borc pul götürüb, borcunun yarısını isə banka ödəyib. Cavabdehin bacısı 2016-cı ildə vəfat edib. Onun yeganə vərəsəsi olan cavabdeh evi miras əmlak kimi qəbul edib. Vərəsəlik işi 2016-cı ildə açılıb. İddiaçı isə məhkəməyə 2022-ci ilin sonunda müraciət edib. Cavabdeh bacısının borcuna görə cavabdehlik daşıya bilməz. Sözügedən kredit borcu Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanının təsiri altına düşüb. Cavabdehə heç bir məktub, bildiriş göndərilməyib. İddia müddəti də ötürüldüyü üçün iddia əsassızdır. Qeyd edilənlərə əsasən nümayəndə mübahisəyə iddia müddətinin tətbiq edilərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1969-cu ildə, Mingəçevir şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan iddiaçı ilə X6 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, CC/49453/48/11 saylı kredit sazişinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 25 faizlə, 12 ay müddətinə 8800 ABŞ dolları məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən X6 iddiaçıya 36 ay müddətində ilk 12 ay 242,47 ABŞ dolları, 13-cü aydan başlayaraq 427,16 ABŞ dolları, sonuncu ay isə 425,03 ABŞ dolları ödəməli idi. xx.xx.2022-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, X1 iddiaçıya 4424,43 ABŞ dolları əsas borcu, 23,61 ABŞ dolları faiz borcu vardır. Ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2016-cı ildə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixində ölmüş X1 vərəsəsi cavabdeh miras əmlakdan pay almalıdı. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhər X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 14.11,2005-ci il tarixli, 2282 nömrəli qeydiyyat vərəqəsinə əsasən, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 6/33-də yerləşən, ümumi sahəsi 44,73 kv.m, yaşayış sahəsi 31,93 kv.m., yardımçı sahəsi 12.8 kv.m. 2 otaqdan ibarət olan 20/90 saylı mənzildən ibarətdir. İddiaçının nümayəndəsi məhkəmə sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubda bildirmişdir ki, X8 xx.xx.2015-ci il tarixli CC/49453/48/11 saylı kredit sazişi üzrə iddiaçıdan 8800 ABŞ dolları məbləğində kredit götürmüşdür. X6 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Sözügedən kredit Azərbaycan Respublikası Prezidentinin "fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 28 fevral tarixli fərmanının təsiri altına düşmüşdür. Belə ki, həmin kredit üzrə kompensasiya məbləği 3579,39 ABŞ dolları mövcud borcun ümumi məbləğindən silinmişdir. Təsdiq edilmiş hesabdan çıxarışlarda da hesabdan silinmə öz əksini tapmışdır. Fərmanın icrası dövründə X3 vərəsələrinin olub-olmaması banka məlum olmadığı üçün həmin kreditin onun vərəsələrinin adına güzəştli şərtlərlə rəsmiləşdirilməsi mümkün olmamışdır. Mülki iş materiallarına əlavə edilmiş vəkil sorğusu və vərəsəlik işinin materiallarından da görünür ki, vərəsəlik işi banka 2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə X6 arasında kredit müqaviləsi bağlanmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İş materialları ilə müəyyən edilir ki, X6 xx.xx.2016-cı ildə vəfat etmiş və banka ödənilməmiş 4424,43 ABŞ dolları əsas borcu, 23,61 ABŞ dolları faiz borcu qalmışdır. Hazırda iddiaçı cavabdehin X1 vərəsəsi olmasına əsaslanaraq həmin borcu cavabdehdən tələb edir. Cavabdeh isə mübahisəyə iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.).. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İşdən göründüyü kimi X6 xx.xx.2016-cı ildə vəfat etmişdir. Həmin ildə də onun miras qalmış əmlakına dair vərəsəlik işi açılmış və cavabdeh mirası qəbul etmişdir. İddiaçı isə bundan təxminən 6 il sonra cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kredit müqaviləsi üzrə tələblərə 3 illik iddia müddətinin hesablanması nəzərə alınaraq məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddia müddəti 2016-cı ildən hesablanmalıdır. İddiaçı X1 əmlakı ilə bağlı cavabdehə vərəsəlik şəhadətnaməsinin verilməsindən 2021-ci ildə məlumatı olduğunu bildirsə də, iddia müddəti həmin vaxtdan hesablana bilməz. Çünki iddiaçı hüquqi şəxsdir və hər hansı hüquqi savadsızlıq, vərəsəlik işi barədə məlumatların əldə edilməsinin mümkünsüzlüyü kimi dəlillərə əsaslana bilməz. Belə ki, iddiaçı 2016-cı ildə cavabdehin adına vərəsəlik şəhadətnaməsi verilməsindən məlumatlı olmaq, yəni öz hüququnun pozulduğunu bilmək imkanı var idi. Sonradan iddiaçı iddia tələbinin həcmini artıraraq xx.xx.2012-ci il tarixli, BAL0332611/12 saylı digər müqavilə üzrə 1103,11 manat əsas borc, 24,53 manat faiz borcunun, cəmi 1127,64 manat borcun tutulmasını xahiş etsə də, qeyd olunan tələblə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı cavabdehdən xx.xx.2015-ci il tarixli, CC/49453/48/11 saylı müqaviləyə əsasən 4424,43 ABŞ dolları əsas borc, 23,61 ABŞ dolları faiz borcu, cəmi 4448,04 ABŞ dolları borcun, xx.xx.2012-ci il tarixli, BAL0332611/12 saylı digər müqavilə üzrə 1103,11 manat əsas borc, 24,53 manat faiz borcu, cəmi 1127,64 manat borcun və ödənilmiş 128 manat dövlət rüsumunun tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-269/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-269/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver