Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2715/2022 01.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22.09.2021-ci il tarixli 331827-1- 26965 №-li “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən 21 fevral 2022-ci il tarixə Banka borclu olduğu 7.000,00 (yeddi min manat 00 qəpik) AZN məbləğində əsas borc, 634,50 (altı yüz otuz dörd manat 50 qəpik) AZN məbləğində faiz borcu, 395,55 (üç yüz doxsan beş manat 55 qəpik) AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 8.030,05 (səkkiz min otuz manat 05 qəpik) AZN pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100,30 (bir yüz manat 30 qəpik) AZN məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) AZN məbləğində xidmət haqqının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 22.09.2021-ci il tarixli 331827-1- 26965 №-li “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədi üçün illik 21,9 (iyirmi bir tam onda doqquz) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 7.000,00 (yeddi min manat 00 qəpik) AZN məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsinə əsasən verilmiş kredit vəsaitinin bir hissəsi cavabdehin digər kredit təşkilatında olan kreditinin bağlanmasına yönəlmiş, digər hissəsi isə tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.11-ci və 3.8ci bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. Tərəflər arasında bağlanmış 22.09.2021-ci il tarixli 331827-1-26965 №-li “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nin: - 2.11-ci bəndinə əsasən Kredit, bu Müqavilə ilə müəyyən olunan şərtlər «Kredit alan» tərəfindən icra edildikdən sonra «Bank» tərəfindən «Kredit alan»ın Müqavilədə göstərilmiş “Cari hesab”ından “Kart hesabı”na köçürmə yolu ilə verilir. - 3.8-ci bəndinə əsasən "Kredit alan" bu Müqavilə üzrə ayrılmış kredit vəsaitlərin “Cari hesabı”ndan “Kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini 22.10.2021-ci il tarixdən icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 21 fevral 2022-ci il tarixə 7.000,00 (yeddi min manat 00 qəpik) AZN məbləğində əsas borc, 634,50 (altı yüz otuz dörd manat 50 qəpik) AZN məbləğində faiz borcu, 395,55 (üç yüz doxsan beş manat 55 qəpik) AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 8.030,05 (səkkiz min otuz manat 05 qəpik) AZN məbləğində borcu qalmışdır Göstərilənləri nəzərə alaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22.09.2021-ci il tarixli 331827-1-26965 №-li “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən 21 fevral 2022-ci il tarixə Banka borclu olduğu 7.000,00 (yeddi min manat 00 qəpik) AZN məbləğində əsas borc, 634,50 (altı yüz otuz dörd manat 50 qəpik) AZN məbləğində faiz borcu, 395,55 (üç yüz doxsan beş manat 55 qəpik) AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 8.030,05 (səkkiz min otuz manat 05 qəpik) AZN pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100,30 (bir yüz manat 30 qəpik) AZN məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) AZNməbləğində xidmət haqqının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda ərizə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh arasında 22.09.20201-ci il tarixdə bağlanmış 331827-1-26965 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”ndən görünür ki, sonuncuya 36 ay müddətinə illik 21,9% olmaqla 7000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 2.1 və 2.3-cü bəndlərinə əsasən borcverən 7000 manat məbləğində pulu 36 ay müddətinə illik 21,9 % ödəmək şərti ilə borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 21.02.2022-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh Bank VTB (Azərbaycan) ASC-yə 331827-1- 26965 saylı, 21.02.2022-ci il tarixli “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi” üzrə 21.02.2022-ci il tarixinə olan 7000 (yeddi min) manat məbləğində əsas borc, 634,50 (altı yüz otuz dörd manat 50 qəpik) manat məbləğində faiz borcu, 395,55 (üç yüz doxsan beş manat 55 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 8030,05 (səkkiz min otuz manat 05 qəpik) manat borc təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında 7000 (yeddi min) manat məbləğində əsas borc, 634,50 (altı yüz otuz dörd manat 50 qəpik) manat məbləğində faiz borcu, 395,55 (üç yüz doxsan beş manat 55 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 8030,05 (səkkiz min otuz manat 05 qəpik) manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 7000 (yeddi min) manat məbləğində əsas borc, 634,50 (altı yüz otuz dörd manat 50 qəpik) manat məbləğində faiz borcu, 10 (on) manat cərimə borcu olmaqla, ümumilikdə 7644,50 (yeddi min altı yüz qırx dörd manat 50 qəpik) manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100,30 (bir yüz manat 30 qəpik) manat dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqının tutulub “Bank VTB(Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğində əsas borc, 634,50 (altı yüz otuz dörd manat 50 qəpik) manat məbləğində faiz borcu, 10 (on) manat cərimə borcu olmaqla, ümumilikdə 7644,50 (yeddi min altı yüz qırx dörd manat 50 qəpik) manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100,30 (bir yüz manat 30 qəpik) manat dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqının tutulub “Bank VTB(Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(060)-2715/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2715/2022
01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver