Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2729/2022 12.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ********* saylı, 03.03.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 02.03.2022-ci il tarixinə yaranmış 440,5 manat əsas borc, 66 manat cərimə, cəmi 506,5 manat borcun, 16.05.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 224 manat əsas borc, 33,6 manat cərimə, cəmi 257,6 manat borcun, ********* saylı, 21.06.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 424,5 manat əsas borc, 63,6 manat cərimə, cəmi 488,1 manat borcun, ümumilikdə 1252,2 manat borcun və 32,55 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 03.03.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı «SAMSUNG A515» markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 56 manat olmaqla, cəmi 668,5 manat, 16.05.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı «SAMSUNG A125» markalı mobil telefona üçün 12 ay ödəniş cədvəli üzrə 33 manat olmaqla, cəmi 389 manat, 21.06.2021ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı «SAMSUNG A525» markalı mobil telefon üçün 12 ay ödəniş cədvəli üzrə 48 manat olmaqla, cəmi 569 manat, ümumilikdə hər üç müqavilə üzrə 1626,5 manat ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə 03.03.2021-ci il tarixli müqavilə üzrə 03.07.2021-ci il tarixində 56 manat, 16.05.2021-ci il tarixli müqavilə üzrə 16.10.2021-ci il tarixində 33 manat, 21.06.2021-ci il tarixli müqavilə üzrə 16.10.2021-ci il tarixində 48,5 manat ödəniş etmiş və üç müqavilə üzrə qalıq qalmış 1089 manat borcu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 30.03.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışına və cavabdehin şəxsiyyət vəsiqəsinə əsasən cavabdeh xx.xx.1984-cü ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan 03.03.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh iddiaçıdan aldığı «SAMSUNG A515» markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 56 manat, sonuncu ay isə 52,5 manat olmaqla, cəmi 668,5 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 16.05.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh iddiaçıdan aldığı «SAMSUNG A125» markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 33 manat, sonuncu ay isə 26 manat olmaqla, cəmi 389 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 21.06.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh iddiaçıdan aldığı « SAMSUNG A525 » markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 48 manat, sonuncu ay isə 41 manat olmaqla, cəmi 569 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışına əsasən cavabdehin 02.03.2022-ci il tarixinə 03.03.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 440,5 manat əsas borc, 66 manat cərimə borcu, 16.05.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 224 manat əsas borc, 33,6 manat cərimə borcu, 21.06.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 424,5 manat əsas borc, 63,6 manat cərimə borcu qalmışdır. Ödəniş cədvəlinə əsasən cavabdeh 03.03.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 12 ay ödəniş cədvəli üzrə 12 ay ərzində hər ay 56 manat, sonuncu ay 52,5 manat olmaqla, cəmi 668,5, 16.05.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 12 ay ödəniş cədvəli üzrə 12 ay ərzində hər ay 33 manat, sonuncu ay 26 manat olmaqla, cəmi 389 manat, 21.06.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 12 ay ödəniş cədvəli üzrə 12 ay ərzində hər ay 48 manat, sonuncu ay 41 manat olmaqla, cəmi 569 manat, hər üç müqavilə üzrə ümumilikdə 1626,5 manat ödəməli idi. İş materiallarında olan mədaxil qəbzinə əsasən iddiaçı iddia ərizəsinin verilməsi üçün 32,55 manat dövlət rüsumu ödəmişdir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı olaraq bildiriş (xəbərdarlıq) göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 257-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilədə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqaviləyə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (425). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməlidir. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 440,5 manat əsas borc məbləğinə 66 manat cərimənin, 224 manat əsas borc məbləğinə 33,6 manat cərimənin, 424,5 manat əsas borc məbləğinə 63,6 manat cərimənin hesablanaraq cavabdehdən tələb edilməsi məqsədə müvafiqdir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsinin verilməsi üçün ödədiyi 32,55 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 03.03.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 440,5 manat əsas borc, 66 manat cərimə olmaqla, cəmi 506,5 manat, 16.05.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 224 manat əsas borc, 33,6 manat cərimə olmaqla, cəmi 257,6 manat, 21.06.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 424,5 manat əsas, 63,6 manat cərimə, cəmi 488,1 manat olmaqla, ümumilikdə isə 1252 (min iki yüz əlli iki) manat 20 (iyirmi) qəpik borc və 32 (otuz iki) manat 55 (əlli beş) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-2729/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2729/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver