Məhkəmə qərarları › İş №e-2(060)-2729/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2729/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2729/2024 25.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BRCB2595474B126 saylı kredit müqaviləsinə əsasən 464.5 AZN əsas, 33.37 AZN faiz borcu olmaqla, cəmi 497.87 AZN borcun, xx.xx.2023-cü il tarixli GTZK2595475B126 saylı kredit müqaviləsinə əsasən 1525.53 AZN əsas, 157.57 AZN faiz borcu olmaqla, cəmi 1683.1 AZN, ümumilikdə 2180.97 AZN borcun və ödənilmiş 41.81 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli BRCB2595474B126 saylı Kredit müqaviləsinə əsasən onun kartına 58 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 480 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli GTZK2595475B126 saylı Kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə 1600 AZN kredit verilmişdir. Kreditin online qaydada rəsmiləşdirilməsinə baxmayaraq kredit vəsaiti nağd formada filialdan əldə edilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqavilələri, kredit borcuna dair maliyyə arayışları və hesabdan çıxarışlardır. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli BRCB2595474B126 saylıkredit müqaviləsinə əsasən 464.5 AZN əsas, 33.37 AZN faiz, cəmi 497.87AZN borcu, xx.xx.2023-cü il tarixli GTZK2595475B126 saylı kredit müqaviləsinə əsasən 1525.53 AZN əsas, 157.57 AZN faiz, cəmi 1683.1 AZN, ümumilikdə 2180.97 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2023-cü il tarixli BRCB2595474B126 saylı Kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh kartına 58 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 480 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli GTZK2595475B126 saylı Kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh illik 23 faiz dərəcəsi ilə 24 ay müddətinə 1600 manat məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024cü il tarixə xx.xx.2023-cü il tarixli BRCB2595474B126 saylı müqavilə üzrə İddiaçı ASC-yə 464.5 AZN əsas, 33.37 AZN faiz borcu olmaqla, cəmi 497.87 AZN borcu, xx.xx.2023-cü il tarixli GTZK2595475B126 saylı kredit müqaviləsi üzrə 1525.53 AZN əsas, 157.57 AZN faiz borcu olmaqla, cəmi 1683.1 AZN, ümumilikdə 2180.97 AZN borcu yaranmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq Cavabdeh barəsində müvafiq tədbirlər görüləcəyi barədə yazılı bildiriş ünvanlanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən 1600 manat məbləğində pul vəsaiti qəbul etmişdir. İşdə olan “Birbank kartı” yaddaş vərəqindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh kartına mədaxil edilmiş kredit limitinin məbləği 480 manatdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli BRCB2595474B126 saylı və xx.xx.2023-cü il tarixli GTZK2595475B126 saylı kredit müqavilələri bağlanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2). Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli BRCB2595474B126 saylı müqavilə üzrə İddiaçı ASC-yə 464.5 AZN əsas, 33.37 AZN faiz borcu olmaqla, cəmi 497.87 AZN borcu, xx.xx.2023-cü il tarixli GTZK2595475B126 saylı kredit müqaviləsi üzrə 1525.53 AZN əsas, 157.57 AZN faiz borcu olmaqla, cəmi 1683.1 AZN, ümumilikdə 2180.97 AZN borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 41.81 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BRCB2595474B126 saylı kredit müqaviləsinə əsasən 464,5 (dörd yüz altmış dörd manat əlli qəpik) manat əsas, 33,37 (otuz üç manat otuz yeddi qəpik) manat faiz borcu, xx.xx.2023-cü il tarixli GTZK2595475B126 saylı kredit müqaviləsinə əsasən 1525,53 (bir min beş yüz iyirmi beş manat əlli üç qəpik) manat əsas, 157,57 (bir yüz əlli yeddi manat əlli yeddi qəpik) manat faiz borcu olmaqla, iki müqavilə üzrə ümumilikdə 2180,97 (iki min yüz səksən manat doxsan yeddi qəpik) manat borc və ödənilmiş 41,81 (qırx bir manat səksən bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar