Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2764/2025 27.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsi üzrə pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 27500 manat icarə haqqının və 173 manat dövlət rüsumunun, ümumilikdə 27673 manatın İddiaçı Oktay qızı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə X6 arasında 04.05 2024-cü il tarixdə ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, **********11-05301-083005 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahesi 194.3 kv/m olan qeyri yaşayış sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanılmışdır.İcarə müqaviləsinin 3-cü bəndinə əsasən, icarə müqaviləsi xx.xx.2024-cü il tarixdən xx.xx.2029cu ilə kimi bağlanılmışdır. xx.xx.2024-cü il tarixdi icarə müqaviləsinin du bəndinə əsasən, ilk beş aylıq 4000 (dörd min) manat, qalan aylar üzrə aylıq icarə haqqı 2500 (iki min beş) manat olması müəyyən olunmuşdur.Bildirmək istəyir ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC tərəfindən icarəyə götürülmüş ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 194.3 kv/m olan qeyri yaşayış sahəsində yanğın hadisəsi baş araşdırma nəticəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda icarə obyektində vermişdir. Baş vermiş yanğın hadisəsilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat istintaq idarəsində aparılmış quraşdırılmış kondisionerdə olan nasazlığın yanğının baş verməsinə səbəb kimi, eyni zamanda sözügedən kondisionerin də icarəçiyə məxsus olması müəyyən olunmuşdur.Qeyd etmişdir ki, baş vermiş yanğın hadisəsi nəticəsində yaranmış qüsurlar öncəki şirkət tərəfindən aradan qaldırılmasa da cavabdeh olduğundan icarə obyektində təmir işlərinin hansı əsaslarla aparacaqları üzrə razılaşmaları barədə onlara məlumat verilməmişdir.Qeyd etmişdir ki, "KARGO AZ” MMC ilə bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən, ilk beş aylıq 4000 (dörd min) manat. qalan aylar üzrə aylıq icarə haqqı 2500 (iki min beş) manat olması müəyyən olunduğu halda icarəçi bu günə ümumi olaraq 27500 (iyimi yeddi min beş yüz) manat icarə haqqını ödəməmişdir.Bildirmişdir ki, həyat yoldaşı X6 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, 5 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat ofisinin xx.xx.2024-cü il tarixli X14 hüququ haqqında şəhadətnaməyə əsasən o və övladları X7, X8 ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, **********11-05301-083005 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 194.3 kv/m olan qeyri yaşayış sahəsinə dair mərhum yoldaşının qanuni vərəsələri qismində tanınmışdırlar. ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, **********11- 05301-083005 nömrəli, ********** saylı qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 194.3 kv/m olan qeyri yaşayış sahəsi 3/5 hissədə mənim, 1/5 hisslərədə övladlarının hüquqlarının qeydiyyatı həyata keçirilmişdir.Eyni zamanda Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubu ilə övladları azyaşlı olduqları üçün ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 194.3 kv/m olan qeyri olanlara aid payların idarə edilməsi hüququ ona verilmişdir. Beləliklə də müəyyən olunur ki, hazırkı iddia tələbi üzrə cavabdehə qarşı iddia tələbinin qaldırılmasında subyektiv hüquqları mövcuddur."xxxx" MMC ilə X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə borc öhdəliyini yerinə yetirərək X3 qanuni varisi İddiaçı Oktay qızına olan 27500 (iyimi yeddi min beş yüz) manat icarə haqqının icra edilməsi barədə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərilsə də, heç bir şirkət öz üzərinə düşən öhdəliklərini icra etməmişdir. Cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, istinad edilən yer onların müqavilə bağladıqları tarixdən öncə istifadə müddətində yanğın səbəbindən istifadəyə yararsız qalmışdır.Təmir edilərək onlara təhvil verilməmişdir.Son aldıqları məlumata əsasən yer sahibi öncəki müqavilə bağladıqları MMC sahibi ilə yerin təmir edilərək, təhvil verilməsi üzrə ortaq razılığa gəlmişdirlər.Bu iddianın əsassız sayılmasını məhkəmədən xahiş etmişdirlər. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki,iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, tərəflər arasında icarə müqaviləsi imzalanmışdır.Həmin müqavilə əsasında ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 194.3 kv/m olan qeyri-yşayış sahəsi icarəyə verilmişdir.Tərəflər icarə müqaviləsində ilkin mərhələ 5 aylıq 4000 manat, növbəti aylarda 2500 manat formasında nəzərdə tutulmuşdur.Faktiki icarə müqaviləsindən irəli gələn borc yaranmışdır. "xxxx" MMC əsassız olaraq 27.000 manat borc yaranmışdır. Tələbləri də bu həcmdədir. Rüsum da daxil olmaqla 27673 manat pul tutulmalıdır.Tərəf əvvəlcədən də icarə obyektinin o şəkildə olduğunu bilmiş və qəbul etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin müdafiəsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehdən 27500 manat icarə haqqından qalan borcun və 173 manat dövlət rüsumunun ümumi olaraq 27673 manat pul vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən X6 Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi, məhəllə 405, ev 64 ünvanında yerləşən ümumi sahəsi 194.3 kv.m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissədən icarəyə götürən Cavabdeh MMC-yə verir. İcarə müddəti xx.xx.2029-cu il tarixədək müəyyən edilmişdir.İlk 5 ay aylıq 4000 manat, qalan aylar üzrə aylıq 2500 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan AZ-İİİ seriyalı, 236518 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 23 dekabr 2013-cü il təvəllüdlü X8 Bakı şəhərində anadan olmuşdur.X1, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 790894 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 19 oktyabr 2011-ci il təvəllüdlü X7 Bakı şəhərində anadan olmuşdur.X1, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 413758 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2104 ilin 06 ayının 21 günündə 731 № ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli X14 X4 görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 vərəsələri arvadı İddiaçıdır. Miras əmlakdan 3/5 hissədə pay almalıdır.X2 və qızı X8 hər biri miras əmlakdan 1/5 hissədə pay almalıdırlar.Şəhadətnamə verilən miras əmlak isə ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, **********11-05301-083005 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 194.3 kv/m olan qeyri yaşayış sahəsindən ibarətdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin 27 yanvar 2025-ci il tarixli İddiaçı ünvanlanmış məktuba cavabdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan yetkinlik yaşına çatmayan X7 və X5 onun himayəsində yaşadıqlarını nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.2-cı maddəsinin tələblərinə əsaslanaraq, Qayyumluq və Himayəçilik Komissiyası ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqı Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, reyestr nömrəsi **********11-05301-083005, qeydiyyat nömrəsi: ********** və qeydiyyat tarixi: xx.xx.2024-cü il) onlara məxsus payların onun adına özgəninkiləşdirilməsi və icarəyə verilməsinə etiraz etməmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi İddiaçı adına 3/5 hissədə xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xx.xx.2025-ci il tarixli, 106 nömrəli hesabatdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının hazırda bazar dəyəri yuvarlaq 972.600 manat, hazırki dövrə 1 m2 aylıq icarə haqqı 18 manat – 194.30 m2 isə 3497.4 manat təşkil edir. İş materiallarında olan pretenziya məktubundan görünür ki,"xxxx" MMC ilə bağlanmış xx.xx.2024 - cü il tarixli icarə müqaviləsinə 10 (on) gün ərzində xitam verilməklə xahiş edilmişdir ki, "xxxx" MMC X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə üzərinizə düşən borc öhdəliyini yerinə yetirərək X3 qanuni varisi İddiaçı Oktay qızına olan "xxxx" MMC-nə aid 53242.2 (əlli üç min iki yüz qırx iki, iki qəpik) manat, "icarə haqqı və vurulmuş zərər qismində maddi vəsaitin ödənişini icra edilməlidir.Əks təqdirdə borcun alınmasına dair sizə qarsı Kommersiya məhkəməsində iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (700.1.). İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (700.2.). Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (700.3.). Mülki Məcəllədə həmçinin göstərilir ki, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrıayrı zaman hissələrinin sonunda ödənilir (684.1.). Mülki Məcəllənin 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər:
1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti;
2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. Məhkəmə hesab edir ki, müqavilə bağlandığı halda tərəflər üçün hüquq və vəzifələr yaradır. Yəni müqavilənin bağlanması onun icrasının başlanılmasına dəlalət etmir. Göründüyü kimi, yanğın hadisəsindən sonra obyektin bərpası, təhvil-təslim aktının tərtibi və ya icarə müqaviləsinin davam etdirilməsi barədə tərəflər arasında yeni razılaşma əldə edilməmişdir. Həmçinin icarəçinin təqsiri olmadan baş vermiş fors-major (yanğın və s.) hallarda icarəçi məsuliyyət daşımır. İcarə obyekti yanğın nəticəsində yararsız vəziyyətə düşdüyündən müqavilə faktiki qüvvədən düşmüşdür.Cavabdehin təqsiri olmadan baş vermiş fors-major halı mövcuddur. Buna görə də iddia əssasız hesab edilərək, iddia tələbi təmin edilməməlidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manatdan ibarətdir. İddia tələbi təmin edilmədiyindən ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsi üzrə pul tələbinə dair iddiası təmin edilməsin. İddiaçı müstəqil qiymətləndirici tədqiqatının dəyəri qismində 300 manat tutularaq "xxxx" MMC-nin (H/h:AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı, KOD 200093, icraçının VÖENi **********, S.W.İ.F.T AİİBAZ2X, VÖEN **********, Hesab AZ37NABZ********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Behbudova