Məhkəmə qərarları › İş №e-2(060)-2795/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2795/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2795/2022 04.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19.12.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 07.03.2022-ci il tarixinə yaranmış borcu 324,1 manat əsas, 48,6 manat cərimə, cəmi 372,7 manat, 17.01.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 242,4 manat əsas, 36,3 manat cərimə, cəmi 278,7 manat, 18.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 66,1 manat əsas, 9,9 manat cərimə, cəmi 76 manat, 22.03.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 104, 5 manat əsas, 15,6 manat cərimə, cəmi 120,1 manat, 18.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 210 manat əsas, 31,5 manat cərimə, cəmi 241,5 manat, 03.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 777 manat əsas, 116,5 manat cərimə, cəmi 893,5 manat, 23.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 727,1 manat əsas, 109 manat cərimə, cəmi 836,1 manat, ümumilikdə 2818,6 manat borcun və 48,20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq "xxxx"MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İRŞAD-ELECTRONİCS» MMC ilə Cavabdeh arasında bağlanmış 19.12.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqımüqaviləsinə əsasən, aldığı “Samsung A715” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 67 manat olmaqla cəmi 794 manat, 17.01.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung T505” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 51 manat olmaqla cəmi 608,4 manat, 18.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “X3 9” markalı mobil telefona görə 6 ay ödəniş cədvəli üzrə hər ay 74 manat olmaqla cəmi 438,1 manat, 22.03.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Apple” markalı qulaqcığa görə 6 ay ödəniş cədvəli üzrə hər ay 53 manat olmaqla cəmi 316,5 manat, 18.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı“Philips” markalı təraş alətinə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 28 manat olmaqla cəmi 329 manat, 03.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung” markalı paltaryuyana görə 12 ay ödəniş cədvəli üzrə hər ay 87 manat olmaqla cəmi 1039 manat, 23.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “XİAOMİ REDMİ 10 Pro” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 73 manat olmaqla cəmi 873,1 manat, ümumilikdə yeddi müqavilə üzrə 4398,1 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 19.12.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 17.07.2021-ci il tarixində 67 manat, 17.01.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 17.08.2021-ci il tarixində 51 manat, 18.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 17.07.2021-ci il tarixdə 74 manat, 22.03.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 17.07.2021-ci il tarixində 53 manat, 18.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 14.07.2021-ci il tarixdə 30 manat, 03.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 03.08.2021-ci il tarixdə 87 manat və 23.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 21.07.2021-ci il tarixdə 73 manat ödəniş etmiş və yeddi müqavilə üzrə cəmi qalıq qalmış 2451,2 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirir ki,cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu hər yeddi müqavilə üzrə 3674 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər yeddi müqavilə üzrə 3674 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 367,4 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 07.03.2022-ci il tarixədək "xxxx"MMC-nə olan borcu 19.12.2020-ci il tarixli ********* saylı müddətli (nisyə)alqı-satqı müqaviləsinə əsasən, 324,1 manat əsas, 48,6 manat cərimə, cəmi 372,7 manat, 17.01.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 242,4 manat əsas, 36,3 manat cərimə, cəmi 278,7 manat, 18.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 66,1 manat əsas, 9,9 manat cərimə, cəmi 76 manat, 22.03.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 104,5 manat əsas, 15,6 manat cərimə, cəmi 120,1 manat, 18.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 210 manat əsas, 31,5 manat cərimə, cəmi 241,5 manat, 03.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 777 manat əsas, 116,5 manat cərimə, cəmi 893,5 manat, 23.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 727,1 manat əsas, 109 manat cərimə, cəmi 836,1 manat, yeddi müqavilə üzrə 2451,2 manat əsas, 367,4 manat cərimə, cəmi 2818,6 manat təşkiletmişdir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə istinadən mübahisəyə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddia tələbi barədə bildiriş göndərilmiş, lakin qanunla nəzərdə tutulmuş müddətdə iddia ilə bağlı etiraz daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan 19.12.2020-ci il tarixli ********* saylı (müddətli) nisyə alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.12.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung A715” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 67 manat olmaqla cəmi 794 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 07.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə ********* saylı, 19.12.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 07.03.2022-ci il tarixinə yaranmış 324,1 manat əsas borc, 48,6 manat cərimə borcu olmaqla, cəmi 372,7manat məbləğində ödənilməmiş borcu vardır. İş materiallarında olan 17.01.2021-ci il tarixli ********* saylı (müddətli) nisyə alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.01.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung T505” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 51 manat olmaqla cəmi 608,4 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 07.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə ********* saylı, 17.01.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 07.03.2022-ci il tarixinə yaranmış 242,4 manat əsas borc, 36,3 manat cərimə borcu olmaqla, cəmi 278,7 manat məbləğində ödənilməmiş borcu vardır. İş materiallarında olan 18.02.2021-ci il tarixli ********* saylı (müddətli) nisyə alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.02.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “X3 9” markalı mobil telefona görə 6 ay ödəniş cədvəli üzrə hər ay 74 manat olmaqla cəmi 438,1 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 07.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə ********* saylı, 18.02.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 07.03.2022-ci il tarixinə yaranmış 66,1 manat əsas borc, 9,9 manat cərimə borcu olmaqla, cəmi 76 manat məbləğində ödənilməmiş borcu vardır. İş materiallarında olan 22.03.2021-ci il tarixli ********* saylı (müddətli) nisyə alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22.03.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Apple” markalı qulaqcığa görə 6 ay ödəniş cədvəli üzrə hər ay 53 manat olmaqla cəmi 316,5 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 07.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə ********* saylı, 22.03.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 07.03.2022-ci il tarixinə yaranmış 104,5 manat əsas borc, 15,6 manat cərimə borcu olmaqla, cəmi 120,1 manat məbləğində ödənilməmiş borcu vardır. İş materiallarında olan 18.04.2021-ci il tarixli ********* saylı (müddətli) nisyə alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.04.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Philips” markalı təraş alətinə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 28 manat olmaqla cəmi 329 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 07.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə ********* saylı, 18.04.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 07.03.2022-ci il tarixinə yaranmış 210 manat əsas borc, 31,5 manat cərimə borcu olmaqla, cəmi 241,5 manat məbləğində ödənilməmiş borcu vardır. İş materiallarında olan 03.05.2021-ci il tarixli ********* saylı (müddətli) nisyə alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03.05.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung” markalı paltaryuyana görə 12 ay ödəniş cədvəli üzrə hər ay 87 manat olmaqla cəmi 1039 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 07.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə ********* saylı, 03.05.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 07.03.2022-ci il tarixinə yaranmış 777 manat əsas borc, 116,5 manat cərimə borcu olmaqla, cəmi 893,5 manat məbləğində ödənilməmiş borcu vardır. İş materiallarında olan 23.05.2021-ci il tarixli ********* saylı (müddətli) nisyə alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.05.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Xiaomi redmi 10 Pro” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 73 manat olmaqla cəmi 873,1 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 07.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə ********* saylı, 23.05.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 07.03.2022-ci il tarixinə yaranmış 727,1 manat əsas borc, 109 manat cərimə borcu olmaqla, cəmi 836,1 manat məbləğində ödənilməmiş borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh hər ay ödəniş cədvəlinə uyğun olaraq pul ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.4-ci maddəsinə əsasən- Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh X1 iddiaçıdan nisyə alqısatqı müqavilələrinə əsasən aldığı məhsullar üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 19.12.2020-ci il, 17.01.2021-ci il, 18.02.2021-ci il, 22.03.2021-ci il, 18.04.2021-ci il, 03.05.2021-ci il, 23.05.2021-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən öhdəliklərini icra etməyərək həmin müqavilələrin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 19.12.2020-ci il, 17.01.2021-ci il, 18.02.2021-ci il, 22.03.2021-ci il, 18.04.2021-ci il, 03.05.2021-ci il, 23.05.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 19.12.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 48,6 manat məbləğində, 17.01.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 36,3 manat məbləğində, 18.02.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 9,9 manat cərimə, 22.03.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 15,6 manat məbləğində, 18.04.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 31,5 manat məbləğində, 03.05.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 116,5 manat məbləğində, 23.05.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 109 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 19.12.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 4 manat məbləğində, 17.01.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 3 manat məbləğində, 18.02.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1 manat cərimə, 22.03.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 5 manat məbləğində, 18.04.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 5 manat məbləğində, 03.05.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 10 manat məbləğində, 23.05.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 10 manat məbləğində dəbbə pulunun tutulması dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır.(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 2489,2 manat olduğundan (2451,2 manat əsas+38 manat cərimə=2489,2) iddiaçı tərəfindən ödənilmiş 48,2 manat dövlət rüsumunun 34,90 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 13,3 manat iddiaçının özünə aid edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Cavabdeh 19.12.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 07.03.2022-ci il tarixinə yaranmış borcu 324,1 manat əsas, 4 manat cərimə, cəmi 328,1 manat, 17.01.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 242,4 manat əsas, 3 manat cərimə, cəmi 245,4 manat, 18.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 66,1 manat əsas, 1 manat cərimə, cəmi 67,1 manat, 22.03.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 104, 5 manat əsas, 5 manat cərimə, cəmi 109,5 manat, 18.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 210 manat əsas, 5 manat cərimə, cəmi 215 manat, 03.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 777 manat əsas, 10 manat cərimə, cəmi 787 manat, 23.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 727,1 manat əsas, 10 manat cərimə, cəmi 737,1 manat, ümumilikdə 2489,2 manat borcun və 34,90 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 284-1, 284- 5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 19.12.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 07.03.2022-ci il tarixinə yaranmış 324,1 manat əsas, 4 manat cərimə, cəmi 328,1 manat; 17.01.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 242,4 manat əsas, 3 manat cərimə, cəmi 245,4 manat; 18.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 66,1 manat əsas, 1 manat cərimə, cəmi 67,1 manat; 22.03.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 104, 5 manat əsas, 5 manat cərimə, cəmi 109,5 manat; 18.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 210 manat əsas, 5 manat cərimə, cəmi 215 manat; 03.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 777 manat əsas, 10 manat cərimə, cəmi 787 manat; 23.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 727,1 manat əsas, 10 manat cərimə, cəmi 737,1 manat - ümumilikdə 2489,2 manat borc və 34,90 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Ödənilmiş Dövlət rüsumunun 13,3 (on üç manat, otuz qəpik) manatı iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar