Məhkəmə qərarları › İş №e-2(060)-2797/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2797/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2797/2025 04.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********23 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 884.13 manat əsas borc, 131.28 faiz borcu olmaqla, cəmi 1015.41 manat, tam kart krediti üzrə isə 327.47 manat əsas borc, 64.58 manat faiz borcu olmaqla, cəmi 392.05 manat və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2021-ci il tarixli, BPM**********23 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 18 %-lə, 48 ay müddətinə 3600 manat nağd kredit verilmişdir. Bundan əlavə olaraq, "xxxx" ASC ilə X5 arasında xx.xx.2021-ci il tarixli, BPM**********23 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 24%lə, 36 ay müddətinə 500 manat məbləğində krediti xətti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğlərini və ona hesablanan faizləri ödəməlidir. 428952 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 101 nömrəli məktubdan görünür ki, X3 mirasını qəbul etmiş vərəsəsi Cavabdeh olduğu müəyyən edilmişdir. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən X5 xx.xx.2025-ci il tarixədək nağd kredit üzrə banka 884.13 manat əsas, 131.28 manat faiz borcu olmaqla, cəmi 1015.41 manat təşkil edir. Təqdim olunmuş digər maliyyə arayışına əsasən X3 xx.xx.2025-ci il tarixədək tam kart kredit xətti üzrə banka 327.47 manat əsas, 64.58 manat faiz borcu olmaqla, cəmi 392.05 manat təşkil edir. Cavabdehin mərhum X2 qalmış mirası qəbul barədə ərizə ilə müraciət etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2025-ci il tarixində 6-2-22/2- 2693/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

İş materialları:

3. İddiaçı "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********23 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən X4 48 ay müddətinə kreditdən istifadəyə görə illik 18 faiz ödəmək şərti ilə 3600 manat kredit verilmişdir.

4. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, X3 xx.xx.2025-ci il tarixə xx.xx.2021-ci il tarixli BPM**********23 saylı kredit müqaviləsi üzrə 327,47 manat əsas borcu, 64,58 manat faiz borcu vardır.

5. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, X3 xx.xx.2025-ci il tarixə xx.xx.2021-ci il tarixli BPM**********23 saylı kredit müqaviləsi üzrə 884,13 manat əsas borcu, 131,28 manat faiz borcu vardır.

6. İş materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, iştiraçılar X5 (miras qoyan), Cavabdeh (qanun üzrə vərəsə) olmaqla, şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Sumqayıt Tibb Mərkəzi” X6 18-1-66/2-970/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əsasən 3100 manat pul məbləğindən ibarətdir.

7. İddiaçı "xxxx" ASC-nin Cavabdeh ünvanlandığı xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, borcun ödənilməsinin 3 (üç) gün ərzində təmin etməsi təklif edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görüləcəyinə dair xəbərdarlıq edilmişldir.

8. 03.12.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir.

Tərəflərin izahatları:

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

10. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir.

İşin faktiki halı:

11. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə X5 arasında xx.xx.2021-ci il tarixli BPM**********23 saylı Kredit müqaviləsi bağlanmışdır. "xxxx" ASC tərəfindən X4 48 ay müddətinə kreditdən istifadəyə görə illik 18 faiz ödəmək şərti ilə 3600 manat kredit verilmiş, digər müqaviləyə əsasən X4 illik 24%-lə, 36 ay müddətinə 500 manat məbləğində krediti xətti açılmışdır. X5 qeyd olunan məbləği kredit müqavilələrində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. X1 mirasını Cavabdeh qəbul etmək üçün müraciət etmiş və miras-əmlakı qəbul etmişdir. İddiaçı yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh üzərinə düşən öhdəliklərə əməl etməmişdir.

Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

17. Müqavilə azadlığı prinsipinə uyğun olaraq, X4 "xxxx" ASC ilə bağladığı xx.xx.2021-ci il tarixli BPM**********23 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə müddətinə illik 18 faiz ödəmək şərti ilə 3600 manat məbləğində kredit verilmiş, illik 24%lə, 36 ay müddətinə 500 manat məbləğində krediti xətti açılmışdır. X5 isə aldığı krediti ödəməyi öhdəsinə götürmüşdür. İş materialları ilə müəyyən olunur ki, X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Cavabdeh mərhumdan qalmış mirası qəbul etmək üçün müraciət etmiş və miras əmlakı qəbul etmişdir.

18. Cavabdeh mirası qəbul etdiyindən iddia üzrə tutulmalı olan borc da qəbul edilmiş miras həddində tutulmalıdır. Hazırda isə borcun miras kütləsindən çox olması müəyyən edilməmişdir.

19. Qeyd olunanlara əsasən məhkəmə iclasında müəyyən olundu ki, X3 vərəsəsi olan Cavabdeh miras əmlakını qəbul etdiyindən o, mərhumun öhdəliyi üçün məsuliyyət daşıyır.

20. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış əsas borc məbləğini ödəməlidir.

Məhkəmə xərcləri:

21. İddiaçı "xxxx" ASC ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzinin cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

22. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir.

23. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə:

24. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********23 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 884.13 manat əsas borc, 131.28 faiz borcu olmaqla, cəmi 1015.41 manat, tam kart krediti üzrə isə 327.47 manat əsas borc, 64.58 manat faiz borcu olmaqla, cəmi 392.05 manat, ümumillikdə 1407,46 manat borc, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi tutulmalıdır.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********23 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 884.13 manat əsas borc, 131.28 faiz borcu olmaqla, cəmi 1015.41 manat, tam kart krediti üzrə isə 327.47 manat əsas borc, 64.58 manat faiz borcu olmaqla, cəmi 392.05 manat, ümumillikdə 1407,46 manat borc, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar