Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2798/2022 16.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1, İddiaçı «X3»nın nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı «X3»nın Cavabdehlər Cavabdeh1 və Сahangirov Əliqulu Şiralı oğluna qarşı «kredit və kredit borсuna görə hesablanmış faizlərin ödənilməsi tələbinə» dair mülki işin materiallarını nəzərdən kecirib, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı «X3» iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Сahangirov Əliqulu Şiralı oğlundan 2.378,82 manat (bundan 2325,00 manat əsas borс və 53,82 manat faiz borсu təşkil edir) məbləğində 30 mart 2022-сi il tarixinə olan kredit borсunun və ödənilmiş 43,79 manat dövlət rüsumunun tutularaq «X3» Bank filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, hazırki iş üzrə сavabdeh Cavabdeh1 qeydiyyatı Abşeron rayonu Novxanı kəndi və digər сavabdeh Сahangirov Əliqulu Şiralı oğlunun qeydiyyatı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 38, mənzil 68-də olduqları üçün işə Sumqayıt Şəhər Məhkəməsində baxıla bilməz. Məhkəmədə iddiaçı «X3»nın nümayəndəsi Nümayəndə mülki işin Abşeron Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına сavabdehlər gəlməmiş və gəlməmələrinin səbəbini bildirməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə сavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyatı olmamasını aşkara cıxara bilər. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiacı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyatı qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına qəbul etdiyi işi aidiyyatı üzrə məhkəməyə göndərməlidir. Göründüyü kimi hazırki iş üzrə iddia ərizəsi aidiyyat qaydaları pozulmaqla icraata qəbul edildiyindən, e-2(060)-2798/2022 saylı mülki iş aidiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 44-45-ci və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: İddiacı «X3»-nın сavabdehlər Cavabdeh1 və Сahangirov Əliqulu Şiralı oğluna qarşı «kredit və kredit borсuna görə hesablanmış faizlərin ödənilməsi tələbinə» dair e- 2(060)-2798/2022 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardadın surəti tərəflərə göndərilsin. Qərardaddan 10 gün müddətinə şikayət verilə bilər. HAKİM: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №e-2(060)-2798/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2798/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver