Məhkəmə qərarları › İş №e-2(060)-2849/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2849/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2849/2025 02.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi ilə, İddiaçı “X2 Kredit Təşkilatı” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X2 Kredit Təşkilatı” ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasmda bağlanmış xx.xx.2022-ci il tarixli çərçivə kredit və girov müqaviləsinə əsasən borcverən ASC 12 ay müddətində (xx.xx.2023 tarixədək) 1300 manat məbləğində bərpa olunan kredit xəttini borcalana vermiş, sonuncu isə bu müqavilə çərçivəsində təqdim olunmuş kredit xəttini bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kredirə hesablanmış faizləri borcverənə ödəməyi, borcverənin xidmət haqlarını ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, bu müqavilənin 4.2-ci bəndinə əsasən borcalan filiala gəlmədən kart vasitəsi ilə kredit xətti əldə etmək üçün öz mobil telefon nömrəsindən və ya digər müraciət kanallarından (elektron poçt, mobil əlavə, məlumat mərkəzinə SMS göndərilməsi, sayt vasitəsilə müraciət) istifadə etməklə müştəri kodunu və/və ya müvafiq müraciət kanalına məxsus üsulla borc verənə göndərir. Müqavilənin 4.3-cü bəndinə əsasən isə borcverən tərəfindən borcalanın eyniləşdirməsi aparıldıqdan sonra borcalanın mobil telefon nömrəsinə və/və ya müvafiq müraciət kanalına məxsus üsulla borcalana ayrıla biləcək kredit xəttinin dəqiq məbləği, müddəti, aylıq ödənişlərin məbləği, kredit xəttinin verilməsinə və nağd pulun məxaric edilməsinə görə komisyon haqlarının məbləği, həmçinin borcalanın razılığını ifadə etməsi üçün hansı sözdən istifadə etməsi göstərilməklə təklif sms-i və/və ya müvafiq müraciət kanalına məxsus üsulla göndərilir. Borcalan həmin sms-ə və/və ya müvafiq təklifə cavab olaraq, öz mobil telefon nömrəsindən və/və ya müvafiq müraciət kanalına məxsus üsulla borcverənin mobil telefon nömrəsinə və/və ya müvafiq müraciət kanalına onun razılığını bildirən məzmunda təsdiq sms-i və/və ya müvafiq təklifə təsdiq cavabı göndərməsi (Borcalan razılığını ifadə etmək üçün məhz müvafiq təklifdə bu məqsəd üçün müəyyən edilmiş sözü yazıb göndərməlidir) borcalan tərəfindən borcverənin təklifində qeyd olunan bütün şərtlərin qəbul edilməsi kimi qiymətləndirilir və kredit kəxrı borcalanın cari hesabına və ya kartına köçürülməsi üçün onun tapşırığı kimi qəbul olunur. Borcverən həmin təsdiq sms-ini və/və ya müvafiq təklifə təsdiqini qəbul etdiyi andan 2 (iki) iş günü ərzində kredit xəttini borcalanm cari hesabına və ya kartına köçürür. Bu mənada, Cavabdeh xx.xx.2023-cü il tarixdə filiala gəlmədən kart vasitəsi ilə kredit xətti əldə etmək üçün öz mobil telefon nömrəsindən iddiaçı "xxxx" ASC-nin çərçivə kredit və girov müqaviləsində göstərdiyi mobil nömrəyə sms müraciət ünvanlamış, iddiaçı ASC isə cavabdehin mobil telefon nömrəsinə kredit xəttinin dəqiq məbləği, müddəti, aylıq ödənişlərin məbləği, kredit xəttinin verilməsinə və nağd pulun məxaric edilməsinə görə komisyon haqlarının məbləği barədə məlumatı (cari kredit 1333 manat ödənilməklə, 12 ay müddətinə, aylıq ödəniş 190 manat, 5% komissiya haqqı ilə, illik 40 % olmaqla, 1825 manat kredit təklif edilmişdir) göndərmişdir. Bundan sonra, cavabdeh borcverənin mobil telefon nömrəsinə onun razılığını bildirən məzmunda təsdiq sms-i ünvanlamış, nəticədə razılıq cavabı iddiaçı "xxxx" ASC-nin təklifində qeyd olunan bütün şərtlərin cavabdeh tərəfindən qəbul edilməsi kimi qiymətləndirilmiş və kredit xəttinin borcalanm kartına köçürülməsi üçün onun tapşırığı kimi qəbul olunmuşdur. Bundan sonra, xx.xx.2023-cü il tarixdə distant şəkildə bağlanmış MR0019929-2023 saylı müqavilə əsasında Cavabdeh 1333 manat məbləğində kredit borcu bağlanmış, habelə 91,25 manat məbləğində komissiya məbləği tutulduqdan sonra cavabdehin kartına 400,75 manat vəsait köçürülmüşdür. Lakin cavabdeh Fuad Bağırov müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımı | qaydada icra etməmişdir. Belə ki, Cavabdeh ilə təşkilat arasında bağlanmış xx.xx.2023-ci il tarixli, MR0019929- İ 2023 saylı kredit müqaviləsinə əsasən “X2 Kredit Təşkilatı” ASC-dən götürdüyü 1825 manat məbləğində əsas borcdan 1333,42 manat məbləğində ödəniş etmiş,eləcə də müqavilənin 2.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 236,77 manat ödəniş etmiş və müqavilənin 7.2-ci bəndinə əsasən hesablanmış cərimə borcundan 54,81 manat ödəniş etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh götürülən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Nəticədə, Cavabdeh iddiaçı "xxxx" ASC-yə ödənilməmiş 491,58 manat məbləğində əsas borcu, 328,29 manat faiz borcu, cəmi 819,87 manat məbləğində borcu qalmışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 491,58 manat məbləğində əsas borc, 328,29 manat məbləğində faiz borcu, cəmi 819,87 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X2 Kredit Təşkilatı” ASC ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2023-cü il tarixli, MR0019929-2023 saylı kredit müqaviləsinə 1 №-li əlavədən və sms-dən görünür ki, Cavabdeh illik 40 faiz olmaqla 12 ay müddətinə 1825 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “X2 Kredit Təşkilatı” ASC tərəfindən verilmiş 03 mart 2025-ci il tarixli maliyyə arayışına əsasən məlum olur ki, Cavabdeh 29 noyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 491,58 manat əsas, 328,29 manat məbləğində faiz olmaqla, ümumilikdə isə 819,87 manat borcu vardır. İş materiallarında olan Merkuri BOKT” ASC-nin Cavabdeh ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, bank tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) Əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (maddə 741) Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan cavabdehdən 29 noyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 491,58 manat məbləğində əsas borc, 328,29 manat məbləğində faiz borcu, cəmi 819,87 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 29 noyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 491,58 manat məbləğində əsas borc, 328,29 manat məbləğində faiz borcu, cəmi 819,87 manat və 30 manat dövlət rüsumu iddiaçı “X2 Kredit Təşkilatı” ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar