Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-285/2023 13.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Rahib oğlu (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçaının xeyrinə 3819 manat pulun və iddia qaldırmaq üçün ödənilmiş 59 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 iyun 2022-ci il tarixdə saat 16:10 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun ərazisindən keçən 110-cu km-də, cavabdeh idarə etdiyi “Toyota Prius xetçbek” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu istiqamətindən Oğuz şəhəri istiqamətində hərəkət edərkən əks hərəkət yoluna çıxaraq qarşıdan gələn iddiaçının Oğuz rayonu istiqamətindən Qəbələ şəhəri istiqamətində hərəkət edərkən idarə etdiyi “X6 111” markalı, 99-OU -750 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində iddiaçının avtomobilinə cəmi 7960 manat ziyan dəymişdir. İddiaçıya vurulmuş maddi ziyan ilkin qiymətləndirmə aktında öz əksini tapmışdır. Bundan sonra yol nəqliyyat hadisəsi ilə əlaqədar İstintaq Bölməsində araşdırma aparılmış, Azərbaycan Respublikası DİN-inin Baş İstintaq və Təhqiqat idarəsinin YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi X2 tərəfindən 27 avqust 2022-ci il tarixli 22 aprel 2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmuş, Cavabdeh barəsində İXM-in 327.2ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti BDYPİ-yə göndərilmişdir. Həmin ziyanın 4141 manatı “Xalq” sığorta tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı dəymiş ziyanın 3819 manatını isə cavabdehdən istəsə də, o, müxtəlif bəhanələrlə dəymiş qalan ziyanı ödəməkdən imtina edir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2023-cü il tarixində iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, sığorta məbləği görünüşlə müəyyən edilib. Dəymiş zərər əslində qeyd edilən məbləğdən çoxdur. Hazırda avtomobil təmirdədir və təkcə rəngləmə işləri qalıb. Avtomobilin təmirinə çəkilən xərc ekspert rəyində qeyd edilən məbləğdən çox olsa da, rəyə etirazı yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1986-cı ildə anadan olmuşdur. Cavabdeh isə xx.xx.1989-cu ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. AD seriyalı, 402658 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius minik” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMC-dir. xx.xx.2022-ci il tarixli yol vərəqəsinə əsasən “Toyota Prius minik” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC tərəfindən həmin tarixdən xx.xx.2022-ci ilə qədər idarə edilməsi üçün cavabdehə verilmişdir. AE seriyalı, 044925 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, iddiaçı “X6 111” markalı, 99-OU -750 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə arayışın surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixində mülkiyyətçisi "xxxx" MMC, hadisə baş verən anda sürücüsü cavabdeh olan “Toyota Prius minik” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı və mülkiyyətçisi iddiaçı olan “X6 111” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində “X6 111” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. "xxxx" MMC-nn 54 saylı, xx.xx.2022-ci iltarixli rəyində “X6 111” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 7960 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 8/2055 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Prius markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü cavabdehin hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsin 7-ci hissəsinin 1-ci bəndinin və 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən X6 markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü iddiaçının hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Astra” markalı, ** BE *** eydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən cavabdehin ilk dəfə cinayət törətməsini, səmimi peşmançılıq hissləri keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və cavabdehin əməlinin ictimai təhlükəli olmadığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmiş, cavabdehin barəsində xx.xx.2022-ci il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş, cavabdehin barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti BDYPİ-nə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8954 nömrəli ekspert rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfin tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “X6 111” markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7560 manat müəyyən edilir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kassa məxaric orderinə əsasən sığorta şirkəti tərəfindən iddiaçıya 4141 manat sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi hazırkı halda iddia tələbinin təmin edilməsi üçün iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə maddi ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi xx.xx.2022-ci il tarixində mülkiyyətçisi "xxxx" MMC, hadisə baş verən anda sürücüsü cavabdeh olan “Toyota Prius minik” markalı ** AA *** dövlət qeydiyyat nişanlı və mülkiyyətçisi iddiaçı olan “X6 111” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. “Toyota Prius minik” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil həmin vaxt yol vərəqəsinə əsasən cavabdeh tərəfindən idarə olunmuşdur. Hadisə nəticəsində “X6 111” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Mülki Məcəllədə göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1.). Cavabdehin yol-nəqliyyat hadisəsində təqsiri iş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə arayış, ekspert rəyi və digər sübutlarla təsdiq olunur. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasına dair ekspert rəyində “X6 111” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 7560 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğin 4141 manatı sığorta şirkəti təəfindən iddiaçıya ödənilmişdir. Bu səbəbdən iddia qismən təmin edilməli qalan 3419 manat ziyan məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumunun 55 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3419 (üç min dörd yüz on doqquz) manat dəymiş ziyanın əvəzi və 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-285/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-285/2023
13.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver