Məhkəmə qərarları › İş №e-2(060)-286/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-286/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-286/2023 19.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 64.49 (altmış dörd (.qırx doqquz)) manat məbləğində bоrcun və 30 (otuz) manat 40 (гырх) гяпик məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə fiziki şəxs Е.Й.Hüseynov arasında bağlanmış 02 aprel 2019-cu il tariхli Qeyri-bank xidmətlərinin göstərilməsi haqqında baş sazişə əsasən onun adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış AZ12AZEN******************** saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Bu müqavilənin şərtlətinə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki Overdraft yaranır (Overdraft - hesabda olan qalıq vəsaitdən artıq miqdarda vəsitin xərclənməsi) və hesab sahibi Bankın tələbi ilə müvafiq vəsaiti Banka dərhal qaytarmalıdır. Lakin Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 3.9-cu və 3.11-ci bəndlərini pоzmuşdur. Belə ki, ölkədən kənarda fəaliyyət göstərən Prosessinq Mərkəzlərinin bankomat və terminallarında xarici valyutalarında aparılan əməliyyat zamanı məbləğin bloklaşdırılması Bankın cari günə olan məzənnəsi ilə aparılır. Blokdan çıxma zamanı (Əməliyyatın Clearing-i) VİSA/MasterCard-ın cari günə olan məzənnə ilə əməliyyat valyutasında olan məbləğin ABŞ dollarına və ya Avroya olan nisbəti Banka təqdim edilir. Müştəri xx.xx.2019-cu il tarixində icra etdiyi 56,262.87 RUR əməliyyat (RRN RRN **********09) bankın cari günün məzənnəsi ilə bloklaşdırılmışdır və məbləğ 1498.83 AZN təşkil etmişdir. Həmin əməliyyatın Clearingi xx.xx.2019-cu il tarixində digər məzənnə ilə daxil olmuşdur. Belə ki, RRN **********09 nömrəli əməliyyatın Clearingi zamanı məbləğ 1,510.07 AZN təşkil etmiş və nəticədə 11.24 AZN (1510.07 – 1498.83=11.24) fərq yaranmışdır. Daha sonra xx.xx.2019-cu il tarixində müştərinin kartına RF-dan daxil olan 5 dəfə 266.72 EUR və 5 dəfə 266.24 EUR əməliyyatlar bankın cari günün məzənnəsi ilə bloklaşdırılmışdır və məbləğlər 501.37 AZN və 501.12 AZN təşkil etmişdirlər. Həmin əməliyyatın Clearingi xx.xx.2019-cu il tarixində digər məzənnə ilə daxil olmuşdur. Clearing daxil olan zaman məbləğ 495.47AZN və 496.37 AZN təşkil etmişdir və nəticədə 29.5 AZN (501.37 - 495.47 = 5.9; 5.9 * 5 dəfə = 29.5) və 23.75 AZN ( 501.12 - 496.37 = 4.75; 4.75 * 5 dəfə = 23.75) fərq yaranmışdır. RF-dan daxil olan vəsaitləri müştəri eyni gündə (xx.xx.2019) nağdlaşdırdıqdan və istifadə etdiqdən sonra balans 0 təşkil etmişdir, xx.xx.2019-cu tarixində Clearing gələn zaman yaranan fərq hesabı - 64.49 AZN overdrafta salmışdır. ( 0 - 11.24 - 29.5 - 23.75 = -64.49) Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq məktubu təqdim edilərək ona mübahisənin məhkəməyə qədər nizama saılnması təklif edilmişdir. Həmçinin, cavabdehə dəfələrlə edilmiş şifahi хəbərdarlıqlara baxmayaraq üzərinə düşdüyü öhdəlikləri icra etməmişdir. 11 oktyabr 2022-ci il tarixinə borclunun Qeyri-bank xidmətlərinin göstərilməsi haqqında baş sazişə əsasən yaranmış overdraft üzrə 64.49 (altmış dörd (.qırx doqquz)) manat məbləğində əsas bоrcu yaranmışdır. Qeyri-bank xidmətlərinin göstərilməsi haqqında baş sazişin şərtlərinə əsasən hesab sahibi müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada hesabda olan qalıq vəsaitdən artıq miqdarda istifadə etdiyi məbləği və banka dəymiş ziyan üzrə ödənişləri Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərini müdafiə etdiklərini və məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə içlasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, № 675316/20190402 saylı “Qeyri-Kredit Bank Xidmətlərinin göstərilməsi haqqında Baş sazişdən görünür ki, İddiaçı ASC ilə fiziki şəxs Е.Й.Hüseynov arasında bağlanmış 02 aprel 2019-cu il tariхli Qeyri-bank xidmətlərinin göstərilməsi haqqında baş sazişə əsasən onun adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış AZ12AZEN******************** saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixində icra etdiyi 56,262.87 RUR əməliyyat (RRN RRN **********09) bankın cari günün məzənnəsi ilə bloklaşdırılmışdır və məbləğ 1498.83 AZN təşkil etmişdir. Həmin əməliyyatın Clearingi xx.xx.2019-cu il tarixində digər məzənnə ilə daxil olmuşdur. Belə ki, RRN **********09 nömrəli əməliyyatın Clearingi zamanı məbləğ 1,510.07 AZN təşkil etmiş və nəticədə 11.24 AZN (1510.07 – 1498.83=11.24) fərq yaranmışdır. Daha sonra xx.xx.2019-cu il tarixində müştərinin kartına RF-dan daxil olan 5 dəfə 266.72 EUR və 5 dəfə 266.24 EUR əməliyyatlar bankın cari günün məzənnəsi ilə bloklaşdırılmışdır və məbləğlər 501.37 AZN və 501.12 AZN təşkil etmişdirlər. Həmin əməliyyatın Clearingi xx.xx.2019-cu il tarixində digər məzənnə ilə daxil olmuşdur. Clearing daxil olan zaman məbləğ 495.47AZN və 496.37 AZN təşkil etmişdir və nəticədə 29.5 AZN (501.37 - 495.47 = 5.9; 5.9 * 5 dəfə = 29.5) və 23.75 AZN ( 501.12 - 496.37 = 4.75; 4.75 * 5 dəfə = 23.75) fərq yaranmışdır. RFdan daxil olan vəsaitləri müştəri eyni gündə (xx.xx.2019) nağdlaşdırdıqdan və istifadə etdiqdən sonra balans 0 təşkil etmişdir, xx.xx.2019-cu tarixində Clearing gələn zaman yaranan fərq hesabı - 64.49 AZN overdrafta salmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli “Maliyyə arayışı”ndan görünür ki, Cavabdeh AZ39AZEN**********6944200001 saylı bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda (overdraft hesabına) istifadə edilmiş vəsait üzrə 64,49 (altmış dörd manat qırx doqquz qəpik) manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 64 (altmış dörd) manat 49 (qırx doqquz) qəpik məbləğində borcun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X2 şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 64 (altmış dörd) manat 49 (qırx doqquz) qəpik məbləğində borcun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Tağızadə Gülnarə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar