Məhkəmə qərarları › İş №e-2(060)-2888/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2888/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2888/2023 03.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 8243 (səkkiz min iki yüz qırx üç) manat 22 (iyirmi iki) qəpik, faiz borcu üzrə 820 (səkkiz yüz iyirmi) manat 18 (on səkkiz) qəpik, dəbbə pulu 436 (dörd yüz otuz altı) manat, cəmi 9499 (doqquz min dörd yüz doxsan doqquz) manat 40 (qırx) qəpik məbləğində borcun və ödənilmiş 115 (bir yüz on beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin girov predmeti olan ümumi çəkisi 114.9 qram olan qızıl zinət əşyalarına yönəldilməsi, qızıl zinət əşyalarının açıq hərracdan satılması və əmlakın satılması nəticəsində əldə edilmiş vəsait hesabına İddiaçı ASC-yə olan 9499.40 (doqquz min dörd yüz doxsan doqquz.40) manat məbləğində borcun v ə 115 (bir yüz on beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 20 may 2022-ci il tarixində LBP/22/000/000006 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh2 36 (otuz altı) ay müddətinə, illik 26 % (iyirmi altı) hesablanmaqla 8443 (səkkiz min dörd yüz qırx üç) manat məbləğində kredit verilmişdir. Bundan başqa, əsas öhdəliyin icrasının təmini məqsədilə İddiaçı ASC ilə X1 arasında 20 may 2022-ci il tarixində G-LBP/22/000/000006 saylı Girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan ümumi çəkisi 114.9 qram olan qızıl-zinət əşyaları girov predmeti kimi göstərilmişdir. Həmçinin, İddiaçı ASC ilə Cavabdeh1 arasında 20 may 2022-ci il tarixində Zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər tərəfindən 20 may 2022-ci il tarixli LBP/22/000/000006 saylı Kredit müqaviləsinin şərtləri pozularaq, öhdəliklər icra edilmir. Belə ki, M/03-1820 saylı 30 mart 2023-cü il tarixli maliyyə arayışına əsasən, cavabdehin İddiaçı ASC-yə əsas borc üzrə 8243.22 (səkkiz min iki yüz qırx üç.22) manat, faiz borcu üzrə 820.18 (səkkiz yüz iyirmi.18) manat, dəbbə pulu 436 (dörd yüz otuz altı) manat, cəmi borcu 9499.40 (doqquz min dörd yüz doxsan doqquz.40) manat təşkil edir. İddiaçının nümayəndəsi K.A.Kazımov ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, övladının müalicəsi üçün iddiaçı təşkilatdan qızılllarını girov qoymaqla 8443 manat məbləğində kredit götürmüşdür. İlk ayları ödənişləri vaxtında həyata keçirsələrdə, sonradan maddi vəziyyətlərində yaranmış çətinliyə görə kredit borcunun ödənilməsində çətinlik çəkmişdirlər. Hazırda iddia tələbini cərimə borcu istinsa olmaqla qəbul edir və qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, eyni məzmunlu izahat verərək, iddia tələbinin cərimə borcu hissəsində təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehlərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli LBP/22/000/000006 №-li “Kredit müqaviləsi”nə əsasən 36 ay müddətinə qaytarılmaq şərti ilə 8443 məbləğində kredit verilmiş müqavilə bağlanmışdır. İşə əlavə olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli G-LBP/22/000/000006 №-li “Girov müqaviləsi”nə əsasən Cavabdeh2 kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan ümumi çəkisi 114.9 qram olan qızıl-zinət əşyalarını girov qoymuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Zaminlik müqaviləsin”dən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borcverən qarşısında Borcalanın xx.xx.2022-ci il tarixli LBP/22/000/000006 №-li “Kredit müqaviləsi” üzrə illik 26% (iyirmi altı) faiz, 8443 (səkkiz min dörd yüz qırx üç) manat məbləğində 36 ay müddətinə Kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini üzərinə götürür. İşdə olan İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 əsas borc əsas borc üzrə 8243 (səkkiz min iki yüz qırx üç) manat 22 (iyirmi iki) qəpik, faiz borcu üzrə 820 (səkkiz yüz iyirmi) manat 18 (on səkkiz) qəpik, dəbbə pulu 436 (dörd yüz otuz altı) manat, cəmi 9499 (doqquz min dörd yüz doxsan doqquz) manat 40 (qırx) qəpik məbləğində borcu vardır. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”-nin şərtlərinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən əməl edilməmiş, cavabdehlər kreditin və kredit faizlərinin qaytarılmasına dair lazımi qaydada xəbərdar edilsə də öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə görə, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 276.1-ci maddəsinə görə, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyat və sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olunmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir. Həmin Məcəllənin 298-ci maddəsinə görə, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. İddiaçının cavabdehlərdən cərimə faizinin tutulması tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 8243 (səkkiz min iki yüz qırx üç) manat 22 (iyirmi iki) qəpik, faiz borcu üzrə 820 (səkkiz yüz iyirmi) manat 18 (on səkkiz) qəpik, dəbbə pulu 40 (qırx) manat, cəmi 9103 (doqquz min yüz üç) manat 40 (qırx) qəpik məbləğində borcun və 115 (bir yüz on beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin girov predmeti olan ümumi çəkisi 114.9 qram olan qızıl zinət əşyalarına yönəldilməsi, qızıl zinət əşyalarının açıq hərracdan satılması və əmlakın satılması nəticəsində əldə edilmiş vəsait hesabına İddiaçı ASC-yə olan 9103.40 (doqquz min yüz üç manat qırx qəpik) manat məbləğində borcuna və 115 (bir yüz on beş) manat məbləğində ödənilmiş dövlət rüsumuna yöndəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 8243(səkkiz min iki yüz qırx üç) manat 22 (iyirmi iki) qəpik, faiz borcu üzrə 820 (səkkiz yüz iyirmi) manat 18 (on səkkiz) qəpik, dəbbə pulu 40 (qırx) manat, cəmi 9103 (doqquz min yüz üç) manat 40 (qırx) qəpik məbləğində borcun və 115 (bir yüz on beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələbin girov predmeti olan ümumi çəkisi 114.9 qram olan qızıl zinət əşyalarına yönəldilsin, qızıl zinət əşyalarının açıq hərracdan satılsın və əmlakın satılması nəticəsində əldə edilmiş vəsait hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə olan 9103.40 (doqquz min yüz üç manat qırx qəpik) manat məbləğində olan borcuna və 115 (bir yüz on beş) manat məbləğində ödənilmiş dövlət rüsumuna yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar