Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2902/2022 07.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 23996,28 manat əsas borc, 2665,66 manat faiz borcu olmaqla, cəmi 26661,94 manat məbləğində borcun, Cavabdeh2 xx.xx.2018-ci il tarixli, **********01944123 saylı kredit kart müqaviləsi üzrə 13,34 manat məbləğində vəsaitin və ödənilmiş 170,02 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RGTK1657436A126 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 31628,09 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Z-RGTK1657436A126 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin şərtlərinə əsasən zamin duran şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, **********01944126 saylı kredit müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 3000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixli, RGTK1657436A126 saylı kredit müqaviləsi üzrə 23996,28 AZN əsas; 2665,66 AZN faiz borcu olmaqla, cəmi 26661 94 AZN borcu və xx.xx.2018-ci il tarixli, **********01944126 saylı kredit kart müqaviləsi üzrə 13 34 AZN əsas; cəmi 13.34 AZN borcu yaranmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 xx.xx.1996-cı ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RGTK1657436A126 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 31628,09 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli Z-RGTK1657436A126 zaminlik müqaviləsinin şərtlərinə görə Cavabdeh2 öhdəliklərinin yerinə yetirilməsinə görə Cavabdeh1 iddiaçı qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli razılıq ərizəsindən görünür ki, Cavabdeh2 borcun gecikdirildiyi halda onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etməmişdir. xx.xx.2019-cu il tarixli ödəniş qrafikindən görünür ki, cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 60 ay müddətində hər ay 837,95 manat, sonuncu ay isə 861,31 manat ödəniş etməli idi. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, **********01944126 saylı kredit kartına dair müqaviləyə əsasən ona 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, 135000/895 saylı maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh2 iddiaçıya xx.xx.2022-ci il tarixə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 23996,28 manat əsas borc, 2665,66 manat faiz borcu olmaqla, cəmi 26661,94 manat məbləğində borcu və xx.xx.2018-ci il tarixli, **********01944126 saylı kredit müqaviləsi üzrə 13,34 manat borcu vardır. xx.xx.2021-ci il tarixli, 16/64384 saylı bildirişlərdən görünür ki, cavabdehlərə kredit borcunun qaytarılması barədə bildirişlər göndərmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 170,02 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi Cavabdeh2 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və banka xx.xx.2019-cu il tarixli RGTK1657436A126 saylı kredit müqaviləsinə əsasən 23996,28 manat əsas, 2665,66 manat faiz, cəmi 26661,94 manat məbləğində borcu və xx.xx.2018-ci il tarixli, **********01944126 saylı kredit müqaviləsi üzrə 13,34 manat borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi Cavabdeh1 zaminlik müqaviləsinə əsasən Cavabdeh2 iddiaçı qarşısında xx.xx.2019-cu il tarixli RGTK1657436A126 saylı kredit müqaviləsilə bağlı öhdəliyi üzrə zamin olmuşdur. Bu səbəbdən 23996,28 manat əsas borc, 2665,66 manat faiz borcu olmaqla, cəmi 26661,94 manat məbləğində kredit borcu ilə bağlı iddiaçı qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyırlar. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 170,02 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 23996,28 manat əsas, 2665,66 manat faiz borcu olmaqla, cəmi 26661 (iyirmi altı min altı yüz altmış bir) manat 94 (doxsan dörd) qəpik məbləğində borc və Cavabdeh2 xx.xx.2018-ci il tarixli, **********01944126 saylı kredit kartı müqaviləsi üzrə 13,34 manat borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 170 (yüz yetmiş) manat 02 ( iki) qəpik dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-2902/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2902/2022
07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver