Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2986/2023 05.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı “X4 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X4 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması və tutmanın ipoteka predmeti olan əmlaka yöndəlilməsi tələbi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “X4 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh iddiaçı “City Finance BOKT MMC”nin хеyrinə 01MK007522 saylı Kredit müqaviləsi üzrə 13960.00 manat əsas borc, 1034.60 manat faiz borcu, 240.78 manat cərimə borcunun, 135.71 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 51A, mənzil 27. Yeni qaydalarla AZ 5009, ünvan 1 ünvanında ümumi sahəsi 67.1 kv.m olan mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitin borc tələbinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X4 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsinə dəqiqləşmə verərək, cavabdеh Cavabdeh iddiaçı “City Finance BOKT MMC”-nin хеyrinə 01MK007522 saylı Kredit müqaviləsi üzrə 13960.00 manat əsas borc, 1034.60 manat faiz borcu, 240.78 manat cərimə borcunun, 135.71 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 51A, mənzil 27. Yeni qaydalarla AZ 5009, ünvan 1 ünvanında ümumi sahəsi 67.1 kv.m olan mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitin borc tələbinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, City Finance BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01MK007522 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh illik 23 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13 960 manat kredit verilmişdir. Eyni zamanda müqaviləyə əlavə olunan 1 saylı Əlavəyə əsasən Cavabdeh hər ay 731 manat olmaqla 24 ay müddətinə kredit məbləğini tam ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa Kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədi ilə Cavabdeh ilə “City Finance BOKT MMC” arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01MK000820-İ-2 saylı Sonrakı İpoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 51A, mənzil 27. Yeni qaydalarla AZ 5009, ünvan 1 ünvanında ümumi sahəsi 67.1 kv.m olan mənzil “City Finance BOKT MMC”-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi xx.xx.2022-ci il tarixində ƏMDX yanında DƏDRX tərəfindən qanunvericiliklə müəyyən edilmiş şəkildə dövlət qeydiyyatına alınmışdır. Lakin Cavabdeh “City Finance BOKT MMC” ilə bağladığı Kredit müqaviləsinin 3.4.2-ci maddəsinin şərtini pozaraq dövri olaraq ödənilməli olan pulməbləğini ödəməmiş və xx.xx.2023-ci il tarixinə ödəniş cədvəli üzrə ödənişləri 125 gün gecikdirmişdir. City Finance BOKT MMC ilə bağlanmış Kredit müqaviləsinin 2.8-ci maddəsinə əsasən kredit alan müqavilə üzrə müəyyən edilmiş ödənişləri vaxtında və lazımi qaydada ödəmədikdə hər gecikdirilmiş gün üçün müqavilə üzrə qalıq borcun 0.3 faizi miqdarında dəbbə pulu ödəyir. Beləliklə borclu Cavabdeh “City Finance BOKT MMC”yə xx.xx.2023-cü il tarixinə 13960.00 manat əsas borc, 1034.60 manat faiz borcu, 240.78 manat cərimə borcu yaranmışdır. İpoteka saxlayan “City Finance BOKT MMC” tərəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutulmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ərizə xx.xx.2023-cü ildə Azərbaycan Respublikası DƏDRX-nin Sumqayıt Şəhər Ərazi İdarəsində qeydiyyata alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan City Finance BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01MK007522 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh illik 23 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13 960 manat kredit verilmişdir. Eyni zamanda müqaviləyə əlavə olunan 1 saylı Əlavəyə əsasən Cavabdeh hər ay 731 manat olmaqla 24 ay müddətinə kredit məbləğini tam ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq “Cavabdeh ilə “City Finance BOKT MMC” arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01MK000820-İ-2 saylı Sonrakı İpoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 51A, mənzil 27. Yeni qaydalarla AZ 5009, ünvan 1 ünvanında ümumi sahəsi 67.1 kv.m olan mənzil “City Finance BOKT MMC”-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi xx.xx.2022-ci il tarixində ƏMDX yanında DƏDRX tərəfindən qanunvericiliklə müəyyən edilmiş şəkildə dövlət qeydiyyatına alınmışdır. Müqavilənin 3.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri ipoteka qoyanınvə ipoteka saxlayanın razılığına əsasən 55000 (əlli beş min) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “City Finance BOKT MMC”-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2022-ci il tarixli 01MK007522 saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh tərəfindən 21 fevral 2023-cü il tarixə City Finance BOKT MMC-ə 13960.00 manat əsas borc, 1034.60 manat faiz borcu, 240.78 manat cərimə, cəmi 15235,38 manat məbləğində borcu vardır. Kredit müqaviləsinə və tərtib edilmiş qrafikə uyğun cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair lazımi qaydada xəbərdar edilsə də öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Odur ki, iddiaçının tələbin ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 51A, mənzil 27. Yeni qaydalarla AZ 5009, ünvan 1 ünvanında ümumi sahəsi 67.1 kv.m olan mənzil yönəldilməsi, həmin mənzilin hərracda satılması və bank olmayan kredit təşkilatın kredit tələbi realizə edilmiş əmlakların dəyərindən ödənilməsi barədə tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə görə, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 276.1-ci maddəsinə görə, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyat və sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə gözəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olunmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir. Həmin Məcəllənin 298-ci maddəsinə görə, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1 və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirilmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışda götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Qanunun 59.3-üü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İddiaçının cavabdehdən faizlərin tutulması tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mönasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş özrə ödənilmiş dövlət rösumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Şərh edilənləri, nəzərə alaraq, məhkəmə, cavabdеh Cavabdeh 01MK007522 saylı Kredit müqaviləsi üzrə 13960 (on üç min doqquz yüz altmış) manat əsas borc, 1034.60 (bir min otuz dörd manat altmış qəpik) manat faiz borcu, 25 (iyirmi beş) manat cərimə borcunun, 135.71 (bir yüz otuz beş manat yetmiş bir qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının iddiaçı “City Finance BOKT MMC”-nin хеyrinə tutulmalı, tutmanın Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 51A, mənzil 27. Yeni qaydalarla AZ 5009, ünvan 1 ünvanında ümumi sahəsi 67.1 kv.m olan mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 55000 (əlli beş min) manat qiymətləndirməklə açıq hərracdan satılmalı, hərracdan satış hesabına əldə olunmuş vəsait borc tələbinə yönəldilməli və borc ödənildikdən sonra artıq qalan pul vəsaiti cavabdeh O.G.Yarşıova qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 01MK007522 saylı Kredit müqaviləsi üzrə 13960 (on üç min doqquz yüz altmış) manat əsas borc, 1034.60 (bir min otuz dörd manat altmış qəpik) manat faiz borcu, 25 (iyirmi beş) manat cərimə borcunun, 135.71 (bir yüz otuz beş manat yetmiş bir qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat dövlət rüsumu ödənilməsi ilə bağlı xidmət haqqı iddiaçı “City Finance BOKT MMC”-nin хеyrinə tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 51A, mənzil 27. Yeni qaydalarla AZ 5009, ünvan 1 ünvanında ümumi sahəsi 67.1 kv.m olan mənzilə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti 55000 (əlli beş min) manat məbləğində müəyyən edilsin, bu əmlak hərracda satılsın, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh bank olmayan kredit təşkilatına olan ümumi 15155,71 (on beş min yüz əlli beş manat yetmiş bir qəpik) manat borc məbləği və 135.71 (bir yüz otuz beş manat yetmiş bir qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat dövlət rüsumu ödənilməsi ilə bağlı xidmət haqqı “City Finance BOKT MMC”-yə ödənilsin. Borc ödənildikdən sonra artıq qalan pul vəsaiti Cavabdeh qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-2986/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2986/2023
05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver