Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2986/2024 01.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına baxaraq, müəyyən etdi: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 12 may 2023-cü il tarixli, FM-00319- 17/23A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə ödənilməmiş 3946.4 manat əsas borc, 251.27 manat faiz borcu, 56.03 manat dəbbə borcu olmaqla, ümumilikdə 4253.7 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 63 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinin tələbinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə baxılmamış saxlanılır. Tərəflər arasında bağlanmış 12 may 2023-cü il tarixli, FM-00319-17/23A saylı kredit müqaviləsinin 3.3.3-cü maddəsinə əsasən Borcverən bu müqavilənin 3.1.1-ci bəndi ilə nəzərdə tutulmuş hallarda hesablanmış kreditin, faizlərin və dəbbə pulnunun ödənilməsinə dair Borcalana yazılı bildiriş göndərir və Borcalan bu bildirişi aldıqdan sonra 5 təqvim günü müddətində tələb olunan məbləği Borcverənə qaytarır. İddia ərizəsinə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq kreditor tərəfindən borcluya bildiriş göndərilməsi, yəni iddiaçının pretenziya qaydasında riayət etməsinə dair hər hansı sənəd əlavə edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı Bank "xxxx" ASC mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına lazımı formada riayət etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Cavabdehlə mübahisənin məhkəməyəqədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin iddia ərizəsinə əlavə olunması bu qaydanın müqavilə ilə və ya həmin kateqoriyadan olan mübahisələr üçün qanunda nəzərdə tutulduğu hallarda məcburidir (MPM-in 150.0.7-ci maddəsi). Bu qaydaya riayət edilmədikdə iddia ərizəsi MPM-in 152.1.6-cı maddəsinə uyğun olaraq qaytarılır. MPM-in 150.0.7-ci maddəsinin tələbinin pozulması faktı iddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra aşkar edildikdə, bu, pretenziya qaydasının tətbiqi imkanının itirilib-itirilməməsindən asılı olaraq iddia ərizəsinin baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün əsasdır (MPM-in 259.0.1 və 261.0.9-cu maddələri) Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-2986/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2986/2024
01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver