Məhkəmə qərarları › İş №e-2(060)-2995/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2995/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2995/2022 06.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 dekabr 2019 il tariхli, 100821-119202/10 nömrəli kredit müqaviləsi üzrə 256.75 manat məbləğində əsas bоrcu və 3.65 manat faiz borcu оlmaqla, cəmi 260.4 manat borcun, 06 dekabr 2019 il tarixli 100821-119202/10 nömrəli kredit müqaviləsi üzrə isə 138.63 manat əsas borc və 1.48 manat faiz borcu olmaqla,cəmi 140.11 manat borcun, hər 2 (iki) müqavilə üzrə ümumilikdə 400.51 (dörd yüz (.əlli bir)) manat və 30.4 (otuz (.qırx)) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxsləri problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 05 dekabr 2019 il tariхli, 100821-119202/10 nömrəli Güzəştli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 256.75 (İki yüz əllialtı (.75)) manat məbləğində krеdit vеrilmişdir. Həmçinin, Fərmana əsasən, İddiaçı ASC ilə borcalanCavabdeharasında bağlanmış 06 dekabr 2019 il tarixli 100821- 119202/10 nömrəli Kredit müqaviləsinə əsasən 1 faiz dərəcəsilə, 60 ay müddətinə 138.63 (Bir yüz otuzsəkkiz(.63)) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 18 mart 2022-ci il tarixinə cavabdehin 05 dekabr 2019 il tariхli, 100821-119202/10 nömrəli kredit müqaviləsi üzrə 256.75 manat məbləğində əsas bоrcu və 3.65 manat faiz borcu оlmaqla, cəmi 260.4 manat məbləğində, 06 dekabr 2019 il tarixli 100821-119202/10 nömrəli Kredit müqaviləsi üzrə isə 138.63 manat əsas borc və 1.48 manat faiz borcu olmaqla,cəmi 140.11 manat məbləğində kredit bоrcu yaranmışdır. Güzəştli kredit müqavilələrinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Odur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçıASC ilə Cavabdeh arasında bağlanmış 05.12.2019-cu il tarixli, № 100821-119202/10 saylı “Güzəştli Kredit Müqaviləsin”dən görünür ki, Bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 256 (iki yüz əlli altı) manat 75 (yetmiş beş) qəpik məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05.12.2019cu il tarixli, № 100821-119202/11 saylı “Güzəştli Kredit Müqaviləsin”dən görünür ki, Bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 138 (bir yüz otuz səkkiz) manat 63 (altmış üç) qəpik məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" ASC-nin 18.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05.12.2019-cu il tarixli, № 100821-119202/10 saylı “Güzəştli Kredit Müqaviləsi” üzrə "xxxx" ASC-yə 256,75 manat əsas borcu, 3,65 manat faiz borcu olmaqla, cəmi 260,4 manat borcu vardır. İşdə olan "xxxx" ASC-nin 18.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05.12.2019-cu il tarixli, № 100821-119202/11 saylı “Güzəştli Kredit Müqaviləsi” üzrə "xxxx" ASC-yə 138,63 manat əsas borcu, 1,48 manat faiz borcu olmaqla, cəmi 140,11 manat borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 05.12.2019-cu il tarixli, № 100821- 119202/10 və 05.12.2019-cu il tarixli, № 100821-119202/11 saylı “Güzəştli Kredit Müqavilələri” üzrə götürülmüş pula dair razılaşma mahiyyət etibarilə borc (kredit) müqaviləsidir. Borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 60 ay müddətinə ödənilməyi öhdəsinə götürmüşdür, lakin lazımi qaydada ödəməni həyata keçirməmişdir və nəticədə kreditora borcu yaranmışdır. Buna görədə kreditorun borcun əsas hissəsinin, ona hesablanmış faiz borclarının tələb edilməsi tam əsaslıdır və buna görədə iddia tələbi əsas borc və faiz hissəsində təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 05 dekabr 2019 il tariхli, 100821- 119202/10 nömrəli kredit müqaviləsi üzrə 256 (iki yüz əlli altı) manat 75 (yetmiş beş) qəpik manat məbləğində əsas bоrcu və 3 (üç) manat 65 (altmış beş) qəpik faiz borcu оlmaqla, cəmi 260 (iki yüz altmış) manat 40 (qırx) qəpik borcun, 06 dekabr 2019 il tarixli 100821- 119202/10 nömrəli kredit müqaviləsi üzrə isə 138 (bir yüz otuz səkkiz) manat 63 (altmış üç) qəpik əsas borc və 1 (bir) manat 48 (qırx səkkiz) qəpik faiz borcu olmaqla, cəmi 140 (bir yüz qırx) manat 11 (on bir) qəpik borcun, hər 2 (iki) müqavilə üzrə ümumilikdə 400 (dörd yüz) manat 51 (əlli bir) qəpik məbləğində borcun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 05 dekabr 2019 il tariхli, 100821-119202/10 nömrəli kredit müqaviləsi üzrə 256 (iki yüz əlli altı) manat 75 (yetmiş beş) qəpik manat məbləğində əsas bоrcu və 3 (üç) manat 65 (altmış beş) qəpik faiz borcu оlmaqla, cəmi 260 (iki yüz altmış) manat 40 (qırx) qəpik borcun, 06 dekabr 2019 il tarixli 100821-119202/10 nömrəli kredit müqaviləsi üzrə isə 138 (bir yüz otuz səkkiz) manat 63 (altmış üç) qəpik əsas borc və 1 (bir) manat 48 (qırx səkkiz) qəpik faiz borcu olmaqla, cəmi 140 (bir yüz qırx) manat 11 (on bir) qəpik borcun, hər 2 (iki) müqavilə üzrə ümumilikdə 400 (dörd yüz) manat 51 (əlli bir) qəpik məbləğində borcun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar