Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3000/2022 06.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan İddiaçıASC-nin Cavabdeh qarşı borcun tutulmasına dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26.11.2019-cu il tarixli 115206-CNS-890/1 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 01 mart 2022-ci il tarixə Banka borclu olduğu 347,40 (üç yüz qırx yeddi manat 40 qəpik) AZN məbləğində əsas borc və 1,21 (bir manat 21 qəpik) AZN məbləğində faiz borcu olmaqla, ümumilikdə 348,61 (üç yüz qırx səkkiz manat 61 qəpik) AZN pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz manat 00 qəpik) AZN məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (40 qəpik) AZN məbləğində xidmət haqqının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 17.07.2013-cü il tarixli 115206-CNS-890 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə 24 (iyirmi dörd) ay müddətinə 5.000 (beş min) AZN məbləğində kredit verilmişdir, kredit vəsaitindən istifadəyə görə illik faiz dərəcəsi isə 25 (iyirmi beş) faiz müəyyən edilmişdir. Cavabdeh 17.07.2013-cü il tarixli 115206-CNS-890 №-li “Nağd pul krediti müqaviləsi” üzrə Banka olan əsas kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə əlaqədar olaraq restrukturizasiya edilməsi məqsədi ilə Bank ilə Cavabdeh arasında 26.11.2019-cu il tarixli 115206-CNS-890/1 №-li “Nağd pul krediti müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditin məbləği 437,31 (dörd yüz otuz yeddi manat 31 qəpik) AZN məbləğində müəyyən edilmiş və Cavabdeh həmin kredit məbləğini illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini 26.10.2021-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 01 mart 2022-ci il tarixə 347,40 (üç yüz qırx yeddi manat 40 qəpik) AZN məbləğində əsas borc və 1,21 (bir manat 21 qəpik) AZN məbləğində faiz borcu olmaqla, ümumilikdə 348,61 (üç yüz qırx səkkiz manat 61 qəpik) AZN məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir Odur ki, İddiaçı ASC məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki,iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 26.11.2019-cu il tarixli 115206- CNS-890/1 №-li “Nağd pul krediti müqaviləsi”ndən görünür ki, Bank Cavabdeh istehlak məqsədilə 60 ay müddətinə 437,31 (dörd yüz otuz yeddi manat, otuz bir qəpik) AZN məbləğində kredit verilmiş və Cavabdeh həmin müqavilə ilə nəzərdə tutulan qaydada və müddətdə alınmış məbləğə illik 1 (bir) faiz ödəmək öhdəliyi götürmüşdür - İddiaçı ASC -nin 01.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin Banka 01.03.2022-ci il tarixə 347,40 AZN məbləğində əsas borc, 1,21 AZN məbləğində faiz borcu olmaqla, ümumilikdə isə 348,61 (üç yüz qırx səkkiz manat altmış bir qəpik) AZN məbləğində borcu qalmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 17.07.2013-cü il tarixli 115206-CNS-890 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə 24 (iyirmi dörd) ay müddətinə 5.000 (beş min) AZN məbləğində kredit verilmişdir, kredit vəsaitindən istifadəyə görə illik faiz dərəcəsi isə 25 (iyirmi beş) faiz müəyyən edilmişdir. Cavabdeh 17.07.2013-cü il tarixli 115206-CNS-890 №-li “Nağd pul krediti müqaviləsi” üzrə Banka olan əsas kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə əlaqədar olaraq restrukturizasiya edilməsi məqsədi ilə Bank ilə Cavabdeh arasında 26.11.2019-cu il tarixli 115206-CNS-890/1 №-li “Nağd pul krediti müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditin məbləği 437,31 (dörd yüz otuz yeddi manat 31 qəpik) AZN məbləğində müəyyən edilmiş və Cavabdeh həmin kredit məbləğini illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini 26.10.2021-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 01 mart 2022-ci il tarixə 347,40 (üç yüz qırx yeddi manat 40 qəpik) AZN məbləğində əsas borc və 1,21 (bir manat 21 qəpik) AZN məbləğində faiz borcu olmaqla, ümumilikdə 348,61 (üç yüz qırx səkkiz manat 61 qəpik) AZN məbləğində borcu qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 26.11.2019-cu il tarixli kredit müqavilələri üzrə öhdəliklərini icra etməyərək kredit müqavilələrinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 26.11.2019-cu il tarixli kredit müqavilələri üzrə əsas, faiz və cərimə borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26.11.2019-cu il tarixli 115206-CNS-890/1 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 01 mart 2022-ci il tarixə Banka borclu olduğu 347,40 (üç yüz qırx yeddi manat 40 qəpik) AZN məbləğində əsas borc və 1,21 (bir manat 21 qəpik) AZN məbləğində faiz borcu olmaqla, ümumilikdə 348,61 (üç yüz qırx səkkiz manat 61 qəpik) AZN pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz manat 00 qəpik) AZN məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (40 qəpik) AZN məbləğində xidmət haqqının əvəzi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-3000/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3000/2022
06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver