Məhkəmə qərarları › İş №e-2(060)-3071/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-3071/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-3071/2025 14.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı «X1» ASC-nin xeyrinə 315,85 manat əsas, 73,44 manat faiz, 23,28 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 412,57 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2658/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 315,85 manat əsas, 40,28 manat faiz, 20,73 manat cərimə borcu olmaqla, cəmi 376,86 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almamışdır. Həmin məhkəmə qətnaməsinin məzmunundan görünür ki, iddiaçı tərəfindən 23 sentyabr 2022-ci il tarixli müqavilə üzrə borc Cavabdeh tələb edilmişdir. Hazırki işdə də iddiaçı eyni cavabdehə qarşı, eyni tarixli müqavilə üzrə borcun ödənilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə işin həmin və ya digər məhkəmənin icraatında olduğu halda məhkəmənin ərizəni baxılmamış saxlaması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259.0.4, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar