Məhkəmə qərarları › İş №e-2(060)-3074/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3074/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3074/2022 20.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizəsinə baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1 5 Mart 2014- cü il tarixli, sm5033 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 12246,27 manat, faiz borcuna görə 838,26 manat, dəbbə borcuna görə 1440,89 manat, cəmi 14525,42 manat məbləğində pulun və 133,58 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin hazırlıq iclası xx.xx.2022-ci il tarixə, saat 10:50-ə təyin edilmişdir. Hazırlıq iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirak etmiş, İddiaçı ASC-nin nümayəndəsi iştirak etməmiş, mülki işin baxış iclası xx.xx.2022-ci il tarixə, saat 10:10-a təyin edilmişdir. Bundan sonra iddiaçı iddia tələbinin həcminin artırılması dair ərizə ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2014-cü il tarixli, sm5033 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 12246,27 manat, faiz borcuna görə 1138,77 manat, dəbbə borcuna görə 2541,06 manat, cəmi 15926,1 manat məbləğində pulun və 133,58 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığı üçün icraata qəbul edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, İddiaçı ASC tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizəsi işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməmişdir. Baxış iclasında ərizənin baxış iclasında təqdim edilməsi üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə görə İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Beləliklə, İddiaçı ASC iddia tələbinin həcminin artırılması barədə ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151, 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizəsi geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar