Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3077/2022 22.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh3 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 1068,91 manat borc və ödənilmiş 30,69 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********68 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən X4 30 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə, 1500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 vərəsələri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzilə dair vərəsəlik işinin açılması ilə əlaqədar notariat ofisinə müraciət etmişdirlər. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş 1068,91 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında göstərdi ki, iddianı qəbul edir. Bildirir ki, mərhum anası borcu götürmüşdür, amma maddi vəziyyəti ilə əlaqədar tələb olunan məbləği ödəmək iqtidarında deyil. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki materiallarında olan: "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********68 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC borcalan X4 30 ay müddətinə, illik 27% ödəmək şərti ilə 1500 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edib təyinatına uyğun istifadə etməyi və razılaşdırılmış müddətdə faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli № BPM**********68 saylı kassa məxaric orderinin surətindən görünür ki, X5 1500 manat pulu bankın xəzinəsindən nağd şəkildə qəbul etmişdir. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X3 xx.xx.2018-ci il tarixli, BPM**********68 saylı kredit müqaviləsi üzrə banka əsas borcu 1068,91 manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt regional “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən göndərilmiş 2v-1061 reyestr nömrəli, 05 iyul 2019-cu il tarixli Qanun üzrə vərəsəlik şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X3 vərəsələri- Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ üzrə hər biri miras əmlakdan - ünvan 1 ünvanına 1/3 hissədə pay almalıdırlar. xx.xx.2019-cu il tarixli Miras payın bağışlanması haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2019-cu il tarixli 2v-1061 № li reyestr nömrələri ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən onlara düşən mirası Cavabdeh3 bağışlamışlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə mərhmu X5 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini borcluya vermiş, lakin borclu kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş edilməmişdir. Borclu 02 yanvar 2019-cu il tarixdə ölmüşdür. Kreditor mülki qanunvericiliyin göstərişlərinə istinad edərək borclunun hüquqi varislərinin borclunun miras passivinə görə mülki məsuliyyət daşıdığını iddia edir və borcun ödənilməsini tələb edir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iş üzrə cavabdehlər X1 qanun üzrə vərəsələridir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcələsinin 1151, 1306-cı maddələrinə istinadən iddiaçının tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739, 1306-ci maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Cavabdeh3 borclunun (miras qoyanın) kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə onun qanun üzrə vərəsəsi kimi məsuliyyət daşıyır. Məhkəmə digər cavabdehlərə qarşı tələbi əsaslı hesab etmir. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından da göründüyü kimi vərəsə olan həmin cavabdehlər miras paylarını Cavabdeh3 bağışlamışlar. Bununla da miras kütləsi bütövlüklə vərəsə Cavabdeh3 keçmişdir. Bu baxımdan miras qoyanın borcları miras kütləsini qəbul edən Cavabdeh3 tərəfindən ödənilməlidir. Mülki qanunvericiliyin göstərişinə görə mirası qəbul etmiş vərəsə miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır. Araşdırılan mübahisədən göründüyü kimi vərəsə tərəfindən qəbul edilən miras kütləsi – daşınmaz əmlakdır (mənzil). Məhkəmə daşınmaz əmlakın müəyyən bir dəyər daşıdığını və həmin dəyərin tələb olunan borc məbləğinin (1068,91 manat) həcmindən çox olmasının bəlli bir hal olduğunu nəzərə alaraq hesab edir ki, borc məbləği vərəsəyə keçmiş miras pay həcminin aşmır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, X1 vərəsəsi Cavabdeh3 1068,91 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,09 manat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X1 vərəsəsi Cavabdeh3 1068,91 (bir min altmış səkkiz manat doxsan bir qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,09 (otuz bir manat doqquz qəpik) manat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-3077/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3077/2022
22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver