Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3111/2024 10.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərə görə 5100 manat və ödənilmiş dövlət rüsumuna görə 71 manat, cəmi 5171 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, dövlət qeydiyyat nişanı **-BV-*** olan, Kia Optima markalı avtomobil şəxsi mülkiyyətindədir. Bu avtomobili çox vaxt etibarnamə əsasında oğlu X2 idarə edir. Oğlu idarə etdiyi Kia Optima markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh idarə etdiyi Kia K3 markalı, dövlət qeydiyyat nişanı **-EZ-*** olan avtomobil arasında xx.xx.2024-cü il tarixidə nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Cavabdeh xx.xx.2024-cü il tarixində, təxminən saat 14:40 radələrində idarə etdiyi Kia K3 markalı avtomobili sürətlə idarə edərək ara məsafəsi qaydalarını pozaraq oğlunun idarə etdiyi Kia Optima markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Nəticə olaraq onun avtomobilinə 9310 manat dəyərində ziyan dəymişdir. Bunu “X7” mərkəzinin təmir kartı təsdiq edir. Qeyd edilən məbləğin 4200 manatını sığorta şirkəti qarşılayır. Bu səbəbdən hesab edir ki, Cavabdeh mülkinə vurmuş maddi zərərə görə 5100 manat ödəməlidir. Cavabdeh qeyd edilən hadisədə təqsirli olduğunu Bakı şəhər X8 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı təsdiq edir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, bir neçə dəfə iddiaçıya avtomobilin detal hissələrinin tapılmasında və təmirində köməklik edə biləcəyi barədə danışmışdır. Lakin iddiaçı bununla razılaşmamışdır. İstədiyi servisə apararaq avtomobili təmir etdirmiş və qiymətləndirmə aktı çıxarmışdır. Tələb olunan məbləğlə razı deyildir. Avtomobilə həmin məbləğdə ziyan dəyməsinə inanmır. 4200 manatı və avtmobili ona verərək düzəltdirməsini bildirmiş, lakin o bununla razılaşmamışdır. Həmçinin sığorta da avtomobili qiymətləndirmişdir. Ekspert rəyi ilə razı deyildir.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
Tədqiq olunan sübutlar:
6. “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında 20 fevral 2024-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində, saat 14:40-da Z.Bünyadov ərazisində “Kia K3 minik” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərəkən ara məsafəsi qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
7. “Kia Optima” markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomobilin təmirinə çəkilmiş xərcin dəyərinin müəyyən edilməsi barədə X4 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli qüsur aktından görünür ki, “Kia Optima” markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomobilin təmirinə çəkilmiş xərcin dəyəri 9310 manat təşkil edir.
8. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli sığorta aktından görünür ki, “Kia Optima” markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği 6980 manat müəyyən edilmiş, 4656,44 manat sığorta ödənişi mütənasib qaydada etibarnamə əsasında zərərçəkənin şəxsi hesabına köçürülmüşdür.
9. 16 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən X1 mıəxsus hesaba 4656,44 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2024-cü il tarixli, 9/5945 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2023-cü il buraxılışlı “Kia Optima” markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 9130,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 7230,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 1900 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 8840,80 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 6940,80 manat; Təmir-bərpa işlərinin qiyməti - 1900,00 manat.
Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
2. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
3. Belə ki, iddiaçı mülkiyyətində olan “Kia Optima” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh idarə etdiyi Kia K3 markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəymişdir. Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəməyə təqdim edilmiş X3 məxsus Avtoservis tərəfindən tərtib edilmiş 01 mart 2024-cü il tarixli qüsur aktı ilə “Kia Optima” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın dəyəri 9310 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli sığorta aktına əsasən “Kia Optima” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 6980 manat müəyyən edilmiş və ödəniləsi 4656,44 manat sığorta ödənişi İddiaçı ödənilmişdir.
4. Hal-hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən avtomobilinə dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş edir.
5. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.
6. Mülki Məcəllənin yuxarıda adı qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
7. Məhkəmə qeyd edir ki, iş materialları ilə “Kia Optima” markalı, **-BV-*** qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi, zərərin Cavabdeh qanunsuz hərəkəti nəticəsində vurulması, hadisədə cavabdehin təqsirli bilinməsi sübuta yetirildiyindən sözügedən avtomobilə dəymiş zərər ödənilməlidir.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
9. Məhkəmə ödənilməli olan zərər məbləği ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/5945 nömrəli ekspert rəyində tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2023-cü il buraxılışlı “Kia Optima” markalı, **-BV- *** dövlət nömrə nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 9130,00 manat, dəyişilməli hissələrin qiyməti 7230,00 manat, təmir-bərpa işlərinin qiyməti 1900 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 8840,80 manat, dəyişilməli hissələrin qiyməti 6940,80 manat, təmir-bərpa işlərinin qiyməti 1900,00 manat müəyyən edilmişdir.
10. Məhkəmə hesab edir ki, “Kia Optima” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin əmtəə dəyərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, Məhkəmə Ekpertiza Mərkəzinin 16 avqust 2024-cü il tarixli rəyi sübut kimi götürülməlidir. Belə ki, həmin rəyin əsaslılığını şübhə altına alan hallar müəyyən edilməmişdir.
11. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobil 2023cü il buraxılışlıdır. Belə olan halda məhkəmə hesab edir ki, ekspert rəyinin nəticə hissənin ikinci bəndində avtomobilə dəymiş ziyan olaraq hesablanmış məbləğ (8840,80 manat) əsas götürülməli və nəzərə alınmalıdır.
12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ekspert rəyinə əsasən qeyd edilən mübahisəli avtomobilə 9130 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilməli, "xxxx" ASC tərəfindən İddiaçı 4656,44 manat sığorta ödənişi ödənildiyindən Cavabdeh 4183,56 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Bu hissədə iddia qismən təmin edilməlidir.
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4183 (dörd min yüz səksən üç) manat, 56 (əlli altı) qəpik pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 61 (altmış bir) manat, 84 (səksən dörd) qəpik hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesab üzrə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva