Məhkəmə qərarları › İş №e-2(060)-3178/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3178/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3178/2022 19.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ********* saylı, 22.10.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 30.03.2022-ci il tarixinə yaranmış 77 manat əsas borc, 11,5 manat cərimə, cəmi 88,5 manat borcun, 31.03.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 885 manat əsas borc, 132,7 manat cərimə, cəmi 1017,7 manat borcun, 11.07.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1501 manat əsas borc, 225,1 manat cərimə, cəmi 1726,1 manat borcun, 24.05.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 297 manat əsas borc, 44,5 manat cərimə, cəmi 341,5 manat borcun, 28.06.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 344 manat əsas borc, 51,6 manat cərimə, cəmi 395,6 manat borcun, 26.01.2021-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə 240 manat əsas borc, 36 manat cərimə, cəmi 276 manat borcun, ümumilikdə 3845,4 manat borcun və 58,45 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 22.10.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “HONOR" markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər 42 manat olmaqla cəmi 500 manat, 31.03.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, sonuncu, aldığı “SAMSUNG" televizora görə 18 ay ödəniş cədvəli üzrə hər 69 manat olmaqla, cəmi 1230 manat, 11.07.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung " markalı mobil telefonuna və aksesuara görə 12 ay ödəniş cədvəli üzrə hər 137 nanat olmaqla cəmi 1638 manat, 24.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “TOSHİBA " markalı mikrodalğalı sobaya və oyuncağa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 33 manat olmaqla cəmi 396 manat, 28.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “LOTUS" markalı aspiratora və maşın tozsoranına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 22 manat olmaqla, cəmi 388 manat, 26.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “HONOR" markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 81 manat olmaqla cəmi 969 manat, ümumilikdə altı müqavilə üzrə 5121 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə 22.10.2020-ci il tarixli müqavilə üzrə 21.08.2021-ci il tarixində 42 manat, 31.03.2021-ci il tarixli müqavilə üzrə 31.01.2022-ci il tarixində 69 manat, 11.07.2021-ci il tarixli müqavilə üzrə 21.08.2021-ci il tarixində 137 manat, 24.05.2021-ci il tarixli müqavilə üzrə 21.08.2021-ci il tarixində 33 manat, 28.06.2021-ci il tarixli müqavilələr üzrə 21.08.2021-ci il tarixində 22 manat, 26.01.2021-ci il tarixli müqavilələr üzrə 12.11.2021-ci il tarixində 205 manat və altı müqavilə üzrə qalıq qalmış 3344 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 12.04.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışına və cavabdehin şəxsiyyət vəsiqəsinə əsasən cavabdeh 28.06.1994-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. 22.10.2020-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh iddiaçıdan aldığı “HONOR” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə aylıq 42 manat , sonuncu ay 38 manat olmaqla, cəmi 500 manat ödəməyi öhdəsinə götürmüşdür. 31.03.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh iddiaçıdan aldığı “SAMSUNG” markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə aylıq 69 manat olmaqla, cəmi 1230 manat ödəməyi öhdəsinə götürmüşdür. 11.07.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh iddiaçıdan aldığı “SAMSUNG” markalı mobil telefona və aksesuara görə 12 ay ödəniş cədvəli üzrə aylıq 137 manat olmaqla, cəmi 1638 manat ödəməyi öhdəsinə götürmüşdür. 24.05.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh iddiaçıdan aldığı “TOSHİBA” markalı mikrodalğalı sobaya və oyuncağa görə 12 ay ödəniş cədvəli üzrə aylıq 33 manat olmaqla, cəmi 396 manat ödəməyi öhdəsinə götürmüşdür. 28.06.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh iddiaçıdan aldığı “LOTUS” markalı aspiratora və maşın tozsoranına görə 18 ay ödəniş cədvəli üzrə aylıq 22 manat olmaqla, cəmi 388 manat ödəməyi öhdəsinə götürmüşdür. 26.01.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh iddiaçıdan aldığı “HONOR” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə aylıq 81 manat olmaqla, cəmi 969 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışına əsasən cavabdehin 22.10.2020-ci il tarixli, ********* saylı 30.03.2022-ci il tarixinə yaranmış 77 manat əsas borc, 11,5 manat cərimə, cəmi 88,5 manat, 31.03.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 885 manat əsas borc, 132,7 manat cərimə, cəmi 1017,7 manat borc, 11.07.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 1501 manat əsas borc, 225,1 manat cərimə, cəmi 1726,1 manat borc, 24.05.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 297 manat əsas borc, 44,5 manat cərimə olmaqla, ümumilikdə isə 341,5 manat, 28.06.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 344 manat əsas borc, 51,6 manat cərimə olmaqla, ümumilikdə isə 395,6 manat, 26.01.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 240 manat əsas borc, 36 manat cərimə olmaqla, ümumilikdə isə 276 manat məbləğində borcu qalmışdır. Ödəniş cədvəlinə əsasən cavabdeh 22.10.2020-ci il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, cavabdeh 12 ay ödəniş cədvəli üzrə hər ay 42 manat, sonuncu ay 38 manat olmaqla, cəmi 500 manat, 31.03.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 18 ay ödəniş cədvəli üzrə hər ay 69 manat, sonuncu ay 57 manat olmaqla, cəmi 1230 manat, 11.07.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 12 ay ödəniş cədvəli üzrə hər ay 137 manat, sonuncu ay 131 manat olmaqla, cəmi 1638 manat, 24.05.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 12 ay ödəniş cədvəli üzrə hər ay 33 manat olmaqla, cəmi 396 manat, 28.06.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 18 ay ödəniş cədvəli üzrə hər ay 22 manat, s onuncu ay isə 14 manat olmaqla, cəmi 388 manat, 26.01.2021-ci il tarixli tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 12 ay ödəniş cədvəli üzrə hər ay 81 manat, s onuncu ay isə 78 manat olmaqla, cəmi 969 manat ödəməli idi. İş materiallarında olan mədaxil qəbzinə əsasən iddiaçı iddia ərizəsinin verilməsi üçün 58,45 manat dövlət rüsumu ödəmişdir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı olaraq bildiriş (xəbərdarlıq) göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 257-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilədə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqaviləyə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (425). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməlidir. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 77 manat əsas borc məbləğinə 11,5 manat cərimənin, 885 manat əsas borc məbləğinə 132,7 manat cərimənin, 1501 manat əsas borc məbləğinə 225,1 manat cərimənin, 297 manat əsas borc məbləğinə 44,5 manat cərimənin, 344 manat əsas borc məbləğinə 51,6 manat cərimənin 240 manat əsas borc məbləğinə 36 manat cərimənin hesablanaraq cavabdehdən tələb edilməsi məqsədə müvafiqdir. Ona görə də iddia cərimənin ödənilməsi hissəsində də təmin edilməlidir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsinin verilməsi üçün ödədiyi 58,45 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3845 (üç min səkkiz yüz qırx beş) manat 40 (qırx) qəpik borc və 58 (əlli səkkiz) manat 45 (qırx beş) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar