Məhkəmə qərarları › İş №e-2(060)-3197/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3197/2022

11.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3197/2022 11.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzilə onun və övladlarının - xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X2 istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X6 ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar və həmin ildən də ünvan 1-a köçərək orada yaşamağa başlamışlar. Həmin ünvanda yaşadıqları dövrdə birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X7 dünyaya gəlmiş və onlarla birlikdə orada yaşamışlar. Lakin, əri - Kamran Həmidovla birgə nikahı davam etdirə bilmədiyi üçün iddia ərizəsi əsasında xx.xx.2017-ci il tarixində ünvan 3qayıt Şəhər Məhkəməsinin 2(060)- 4285/2017 saylı qətnaməsi ilə aralarında olan nikah münasibətlərinə xitam verilmişdir. Hazırda onun cehiz əşyaları da həmin evdədir, əşyaların oradan çıxarılmasına imkan verilmir. ünvan 3qayıt Şəhər Məhkəməsinin 2(060)-4285/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulduqdan sonra o, cavabdeh tərəfindən mübahisə obyekti olan mənzildən qovulmuş və əsassız olaraq istifadə hüququndan məhrum edilmişdir. O, ünvan 1 ünvanında uzun müddət yaşamışdır. Hazırda da sözügedən mənzilə qeydiyyatdadır. Lakin cavabdehin oğlu Kamran Həmidovla aralarında bağlanmış nikah pozulduqdan sonra əsassız olaraq mənzilə istifadə hüququ məhdudlaşdırılmışdır. Onun heç bir yerdə yaşamağa yeri yoxdur, eyni zamanda kirayə yaşamaq üçün də maddi imkanları yol vermir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - ünvan 3qayıt Şəhər Məhkəməsinin 2(060)-4285/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X6 ilə X9 arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 1126 nömrəli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X2 X4 yanında qalması, xx.xx.2017-ci il tarixdən etibarən uşaqların saxlanılması üçün X1 hər uşaq üçün 50 manat, ümumilikdə 100 manat pulun tutularaq X8 verilməsi qət edilmişdir. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3qayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 31/13 saylı evin 30 saylı mənzili Cavabdeh xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 51 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2022-ci il tarixli AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı ünvan 3qayıt Ərazi İdarəsinin məhkəmənin göndərdiyi sorğusuna əsasən təqdim edilmiş cavab məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən 30 saylı mənzil AR ünvan 3qayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 6/447 nömrəli order, ünvan 3qayıt şəhər İcra Hakimiyyəti MTTİB 5 saylı MKİS tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 2199 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında Cavabdeh mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2004-cü il tarixdə cavabdehin övladı X6 ilə nikaha daxil olaraq sözügedən mənzilə gəlin köçmüş və 2017-ci ilədək orada yaşamışdır. Həmin zaman ev xüsusi mülkiyyətdə olmamış, 2007-ci ildən isə iddiaçının qaynanasının adına daşınmaz əmlak üzərində hüquqla bağlı dövlət reyestrindən çıxarış verilmişdir. X6 ilə İddiaçı arasında bağlanmış nikah ünvan 3qayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Hal-hazırda sözügedən evin mülkiyyətçisi xx.xx.2007-ci ildən Cavabdehdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Həmin Qərarda qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin bu qərarlarda ifadə olunmuş hüquqi mövqeyinə görə yaşayış sahəsinin mülkiyyət forması dəyişdirildikdə, yəni xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqda həmin yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququ ilə bağlı məsələlərin həlli zamanı 2009-cu ilin oktyabrın 1-dək sonra yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı mənzilin mülkiyyətçisinin qanunvericilikdə müəyyən edilmiş ailə üzvləri dairəsinə mənsub olmadığından, eləcə də onun mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşması mövcud olmadığından, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından onun mübahisəli mənzildən istifadə hüququ mövcud deyildir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının mübahisəli evdə pasport qeydiyyatında olması sadalanan qanunvericilik normalarına əsasən onun istifadə hüququnun yaranması demək deyildir. Odur ki, məhkəmə iddiaçının bu barədə dəlilini əsassız sayır. Qeyd olunanlara əsasən iddia əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzilə onun və övladlarının - xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X2 istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində ünvan 3qayıt Şəhər Məhkəməsi vasitəsi ilə ünvan 3qayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar