Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3211/2024 12.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı QSC "xxxx" KB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakı ilə İddiaçı QSC "xxxx" KB-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə 12 avqust 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC "xxxx" KB borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/107134/14 saylı kredit müqaviləsi üzrə cavabdehin hüquqi varisi Cavabdeh1 399.36 (üç yüz doxsan doqquz manat, 36 qəpik) manat məbləğində əsas borc, 71.92 (yetmiş bir manat, 92 qəpik) manat məbləğində faiz borcu, 55.23 (əlli beş manat, 23 qəpik) manat məbləğində cərimə borcu, 151.32 (bir yüz əlli bir manat, 32 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu ümumilikdə isə 677.83 (altı yüz yetmiş yeddi manat, 83 qəpik) manat məbləğində pulun, 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı QSC "xxxx" KB məhkəməyə iddia tələbinin dəqiqlədirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsi, QSC "xxxx" KB ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/107134/14 saylı kredit müqaviləsi üzrə hüquqi varisləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 399.36 (üç yüz doxsan doqquz manat, 36 qəpik) manat məbləğində əsas borc, 71.92 (yetmiş bir manat, 92 qəpik) manat məbləğində faiz borcu, 55.23 (əlli beş manat, 23 qəpik) manat məbləğində cərimə borcu, 151.32 (bir yüz əlli bir manat, 32 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 677.83 (altı yüz yetmiş yeddi manat, 83 qəpik) manat məbləğində pulun, 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC "xxxx" KB iddia tələbini onunla əsaslandırmışdır ki, QSC "xxxx" KB (bundan sonra –Bank) ilə X5 (bundan sonra – Cavabdeh) arasında xx.xx.2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/107134/14 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 1958 (bir min doqquz yüz əlli səkkiz) manat məbləğində kredit verilmişdir. X1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun 13 yanvar 2023-cü il tarixinə Banka 399.36 (üç yüz doxsan doqquz manat, 36 qəpik) manat məbləğində əsas borc, 71.92 (yetmiş bir manat, 92 qəpik) manat məbləğində faiz borcu, 55.23 (əlli beş manat, 23 qəpik) manat məbləğində cərimə borcu, 151.32 (bir yüz əlli bir manat, 32 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 677.83 (altı yüz yetmiş yeddi manat, 83 qəpik) manat məbləğində borcu qalmışdır. İddiaçı LPO QSC "xxxx" KB yaranmış borc tələbinə dair X4 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə gedişatı zamanı məlum olmuşdur ki, cavabdeh xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən də Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-2012/2023 saylı qərardadı ilə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Tərəflərindən hüquqi varisinin müəyyən edilməsi üçün Sumqayıt şəhəri 1 saylı Notariat ofisinə müraciət edilmişdir. Müraciətlərinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2018-ci il tarixdə 2V-11 saylı və 2V-10 saylı reystrlə rəsmiləşdirilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2015-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi arvadı Cavabdeh1 və oğlu Cavabdeh2dur. Bununla bağlı vəfat etmiş X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixdə **********407 və **********407 saylı bildiriş məktubu ünvanlanmışdır. Lakin buna baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 banka olan borcu ödəməmişdirlər. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı QSC "xxxx" KB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlərə mərhumdan həm ev, həm də maşın qalmışdır. Bu səbəbdən onlar mərhumun borcuna görə məsuliyyət daşımalıdırlar. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1u iddia tələbinə dair izahat verərək bildirdi ki, Yaşar Talıbovla rəsmi nikahda olsalar da, onlar faktiki olaraq ayrı yaşayıblar. Onların birgə nikahdan üç uşaqları var və həmin uşaqları 30 il müddətində o özü tək böyüdüb. Yaşar ondan heç vaxt rəsmi qaydada ayrılmaq istəməsə də, başqa qadınla faktiki nikaha girib və həmin münasibətlərdən Yaşarın başqa övladları da olub. Qeyd edir ki, Yaşar artıq 10 ildir ki, rəhmətə gedib. Hesab edir ki, Yaşarın faktiki ailəsi onun borclarını ödəməlidir. Miras qalan ev birgə nikah dövründə əldə olunmuşdur. Lakin onlar heç vaxt Yaşarın maşınını görməyiblər, Yaşar həmin maşını başqa şəxsə satıb və maşını alan şəxs maşını adına keçirmək üçün onlardan kömək istəyib. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və SX034396886AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan iddiaçı QSC "xxxx" KB ilə X5 arasında bağlanılmış xx.xx.2014cü il tarixli, 1xx/xx/107134/14 saylı kredit müqaviləsindən görünür ki, X4 QSC "xxxx" KB tərəfindən 24 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə 1958 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, X3 QSC "xxxx" KB-yə xx.xx.2014-cü il tarixli, 1xx/xx/107134/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 399.36 manat məbləğində əsas borc, 71.92 manat məbləğində faiz borcu, 55.23 manat məbləğində cərimə borcu, 151.32 (bir yüz əlli bir manat, 32 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə isə 677.83 manat borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və Cavabdeh2 yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli, 1xx/xx/107134/14 saylı kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu X5 xx.xx.2015-ci il tarixdə ölmüş, nəticədə müqavilə üzrə öhdəliklər icra edilməmiş qalmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2). Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). İşdə olan xx.xx.2018-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2dur. Onların hər biri mərhumdan miras qalmış əmlakdan bərabər hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Opel Astra minik markalı, 50CH114 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X2 miras qalmış əmlakı qəbul etdiyindən iddiaçı QSC "xxxx" KB ilə X5 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 1xx/xx/107134/14 saylı kredit müqaviləsi üzrə yaranmış borcun borclunun hüquqi varisləri Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 iddiaçı QSC "xxxx" KB-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 1xx/xx/107134/14 saylı kredit müqaviləsinə əsasən 399.36 (üç yüz doxsan doqquz manat, 36 qəpik) manat məbləğində əsas borc, 71.92 (yetmiş bir manat, 92 qəpik) manat məbləğində faiz borcunun tutulması hissədində iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 55.23 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 10 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə, qeyd edilənlərə istinad edərək hesab edir ki, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 151.32 manat məbləğində borcun cavabdehlərdən tutulması hissəsində də iddia tələbi əsaslıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia əsas hissədə təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat dövlət rüsumu da cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı QSC "xxxx" KBnin xeyrinə 399,36 (üç yüz doxsan doqquz manat, otuz altı qəpik) manat məbləğində əsas borc, 71,92 (yetmiş bir manat, doxsan iki qəpik) manat məbləğində faiz borcu, 10 (on) manat məbləğində cərimə borcu, 151,32 (bir yüz əlli bir manat, otuz iki qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 632,60 (altı yüz otuz iki manat, altmış qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumun tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-3211/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3211/2024
12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver