Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3219/2023 22.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100821-76524/11 nömrəli kredit müqaviləsi üzrə 2153 (iki min yüz əlli üç) manat 83 (səksən üç) qəpik əsas borc və 58 (əlli səkkiz) manat 17 (on yeddi) qəpik faiz borcu olmaqla, ümumilikdə 2212 (iki min yüz on iki) manat, 100821-76524/10 nömrəli məbləğində kredit müqaviləsi üzrə 1404 (bir min dörd yüz dörd) manat 03 (üç) qəpik məbləğində əsas borcu və 38 (otuz səkkiz) manat 54 (əlli dörd) qəpik faiz borcu olmaqla, ümumilikdə 1442 (bir min dörd yüz qırx iki) manat 84 (səksən dörd) qəpik, hər iki kredit üzrə 3654 (üç min altı yüz əlli dörd) manat 84 (səksən) qəpik borcun və 56 (əlli altı) manat 95 (doxsan beş) qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 03 iyun 2019-ci il tarixli, 100821-76524/11 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2313 (iki min üç yüz on üç) manat 71 (yetmiş bir) qəpik, 03 iyun 2019-cu il tarixli 100821-76524/10 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 1487 (bir min dörd yüz səksən yeddi) manat 54 (əlli dörd) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. 19 aprel 2023-cü il tarixinə cavabdehin 100821-76524/11 nömrəli kredit müqaviləsi üzrə 2153,83 manat məbləğində əsas borcu və 58,17 manat faiz borcu olmaqla ümumilikdə 2212 (iki min yüz on iki) manat, 100821-76524/10 nömrəli məbləğində kredit müqaviləsi üzrə 1404 (bir min dörd yüz dörd) manat 03 (üç) qəpik məbləğində əsas borcu və 38 (otuz səkkiz) manat 54 (əlli dörd) qəpik faiz borcu olmaqla, ümumilikdə 1442 (bir min dörd yüz qırx iki) manat 84 (səksən dörd) qəpik, hər iki kredit üzrə 3654 (üç min altı yüz əlli dörd) manat 84 (səksən) qəpik borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Odur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçıASC ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2019-ci il tarixli, 100821-76524/11 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2313 (iki min üç yüz on üç) manat 71 (yetmiş bir) qəpik məbləğində kredit verilmişdir. İşə əlavə olan İddiaçıASC ilə Cavabdeh arasında03 iyun 2019-cu il tarixli 100821- 76524/10 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 1487 (bir min dörd yüz səksən yeddi) manat 54 (əlli dörd) manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə 100821-76524/11 nömrəli kredit müqaviləsi üzrə 2153 (iki min yüz əlli üç) manat 83 (səksən üç) qəpik əsas borc və 58 (əlli səkkiz) manat 17 (on yeddi) qəpik faiz borcu olmaqla, ümumilikdə 2212 (iki min yüz on iki) manat, 100821-76524/10 nömrəli məbləğində kredit müqaviləsi üzrə 1404 (bir min dörd yüz dörd) manat 03 (üç) qəpik məbləğində əsas borcu və 38 (otuz səkkiz) manat 54 (əlli dörd) qəpik faiz borcu olmaqla, ümumilikdə 1442 (bir min dörd yüz qırx iki) manat 84 (səksən dörd) qəpik borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2019-ci il tarixli, 100821- 76524/11 nömrəli və 03 iyun 2019-cu il tarixli 100821-76524/10 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 1487 (bir min dörd yüz səksən yeddi) manat 54 (əlli dörd) manat “Kredit Müqaviləsi” üzrə götürülmüş pula dair razılaşma mahiyyət etibarilə borc (kredit) müqaviləsidir. Borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 60 ay müddətinə ödənilməyi öhdəsinə götürmüşdür, lakin lazımi qaydada ödəməni həyata keçirməmişdir və nəticədə kreditora borcu yaranmışdır. Buna görədə kreditorun borcun əsas hissəsinin, ona hesablanmış faiz borclarının tələb edilməsi tam əsaslıdır və buna görədə iddia tələbi əsas borc və faiz hissəsində təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh100821-76524/11 nömrəli kredit müqaviləsi üzrə 2153 (iki min yüz əlli üç) manat 83 (səksən üç) qəpik əsas borc və 58 (əlli səkkiz) manat 17 (on yeddi) qəpik faiz borcu olmaqla, ümumilikdə 2212 (iki min yüz on iki) manat, 100821-76524/10 nömrəli məbləğində kredit müqaviləsi üzrə 1404 (bir min dörd yüz dörd) manat 03 (üç) qəpik məbləğində əsas borcu və 38 (otuz səkkiz) manat 54 (əlli dörd) qəpik faiz borcu olmaqla, ümumilikdə 1442 (bir min dörd yüz qırx iki) manat 84 (səksən dörd) qəpik, hər iki kredit üzrə 3654 (üç min altı yüz əlli dörd) manat 84 (səksən) qəpik borcun və 56 (əlli altı) manat 95 (doxsan beş) qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 100821-76524/11 nömrəli kredit müqaviləsi üzrə 2153 (iki min yüz əlli üç) manat 83 (səksən üç) qəpik əsas borc və 58 (əlli səkkiz) manat 17 (on yeddi) qəpik faiz borcu olmaqla, ümumilikdə 2212 (iki min yüz on iki) manat, 100821-76524/10 nömrəli məbləğində kredit müqaviləsi üzrə 1404 (bir min dörd yüz dörd) manat 03 (üç) qəpik məbləğində əsas borcu və 38 (otuz səkkiz) manat 54 (əlli dörd) qəpik faiz borcu olmaqla, ümumilikdə 1442 (bir min dörd yüz qırx iki) manat 84 (səksən dörd) qəpik, hər iki kredit üzrə 3654 (üç min altı yüz əlli dörd) manat 84 (səksən) qəpik borcun və 56 (əlli altı) manat 95 (doxsan beş) qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-3219/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3219/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver