Məhkəmə qərarları › İş №e-2(060)-3258/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3258/2023

02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3258/2023 02.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı ləğv prosesində olan «X2» ASC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı ləğv prosesində olan «X2» ASC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan “X2” ASC ilə Cavabdeh arasında bağlanılmış 03 oktyabr 2019-cu il tarixli LM101900030 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh 1343,47 manat məbləğində kredit borcu 60 ay müddətinə illik 1% dərəcəsi ilə restrukturizasiya edilmişdir. Restrukturizasiya müqaviləsinə əsasən borclu müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, cavabdeh bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh 24 yanvar 2023-cü il tarixə kredit üzrə cəmi borcu 1346,71 manat təşkil edir, belə ki, bu borcun 1320,79 manat əsas, 22,18 manat faiz, 3,74 manat cərimə borcudur. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına və **********686 saylı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Göstərilənlərə əsasən 1320,79 manat əsas, 22,18 manat faiz və 3,74 manat cərimə borcu olmaqla cəmi 1346,71 manat borcun və iş üzrə ödənilmiş 34 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan “X2” ASCyə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: 7.Belə ki, iş materiallarında olan ləğv prosesində olan «X2» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM101900030 saylı “güzəştli kredit (restrukturizasiya)” müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən ləğv prosesində olan «X2» ASC Cavabdeh vaxtı keçmiş əsas kredit borcunun xx.xx.2024-cü il tarixə 1343,47 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 60 ay müddətinə, illik 1% faiz dərəcəsi ilə ödəmək şərtilə 1343,47 manat məbləğində güzəştli kredit vermişdir. 8.İş materiallarında olan ləğv prosesində olan «X2» ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********023 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, LM101900030 saylı “güzəştli kredit (restrukturizasiya)” müqaviləsi üzrə 1320 manat əsas borcu, 22,18 manat faiz borcu, 3,74 manat məbləğində cərimə borcu olmaqla cəmi 1346,17 manat borcu vardır.

9. İş materiallarında olan «X2» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, LM101900030 saylı “güzəştli kredit (restrukturizasiya)” müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, 1343,47 manat əsas ödəniş və 34,43 manat faiz ödənişi olmaqla ümumilikdə annuitet ödənişi 1377,90 manat təşkil edir.

10. İş materiallarında olan «X2» ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli **********686 saylı bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

11. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı ləğv prosesində olan «X2» ASC 34 manat məbləğində dövlət rüsumu ödəmişdir.

12. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

15. Eyni Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

16. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

19. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1320,79 (bir min üç yüz iyirmi manat, yetmiş doqquz qəpik) manat əsas, 22,18 (iyirmi iki manat,on səkkiz qəpik) manat faiz borcu və 3,74 (üç manat, yetmiş dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1346,71 (bir min üç yüz qırx altı manat, yetmiş bir qəpik) manat məbləğində pul və 34 (otuz dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı ləğv prosesində olan «X2» ASC -ə verilməlidir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X1 xx.xx.2019-cu il tarixli, LM101900030 saylı “güzəştli kredit (restrukturizasiya)” müqaviləsinə əsasən 1320,79 (bir min üç yüz iyirmi manat, yetmiş doqquz qəpik) manat əsas, 22,18 (iyirmi iki manat,on səkkiz qəpik) manat faiz borcu və 3,74 (üç manat, yetmiş dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1346,71 (bir min üç yüz qırx altı manat, yetmiş bir qəpik) manat məbləğində pul və 34 (otuz dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı ləğv prosesində olan «X2» ASCyə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar