Məhkəmə qərarları › İş №e-2(060)-3295/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3295/2023

13.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3295/2023 13.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddianın həcminin azladılması barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən X1 üçün müəyyən edilmiş alimentin artırılaraq 220 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 14 aprel 2007-ci il tarixdə rəsmi nikah bağlanıb. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3977/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə həmin nikah məhkəmə qaydasında pozulub. Nikah pozulduqdan sonra cavabdehlə birgə nikahdan doğulmuş övladları X7 və X8 iddiaçı ilə qalır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3978/2021 saylı 16 may 2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən 12 aprel 2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa 175 manat, ümumilikdə 350 manat olmaqla sabit pul məbləğində alimentin alınıb, 13 mart 2008-ci il doğumlu X5 və 02 noyabr 2013-cü il doğumlu X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün iddiaçıya verilməsi qət edilib. Lakin 2021-ci il tarixdən qiymətlər artdığından və uşaqlar böyüdüyündən onlara çəkilən xərclərin də miqdarı artıb. İddiaçı məhkəmə iclasında bildirdi ki, cavabdehlə aralarında mediasiya prosesində barışıq sazişi imzalanılmışdır. Aralarında olan razılığa əsasən xx.xx.2008-ci il təvəllüdlü Ayxan İbrahimov təhsili ilə bağlı müvəqqəti olaraq cavabdehin himayəsində yaşayacaq. Ona aid olan hissədə alimentin artırılması zərurəti ortadan qalxmışdır. Özü hazırda işləyir və 380 manat məbləğində maaş alır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddia tələbi ilə qismən razıdır. Özü ehtiyatda olan zabitdir. İkinci qrup əlillik dərəcəsi var və 832 manat məbləğində təqaüd alır. Yenidən ailə həyatı qurub. Həmin nikahdan bir övladı var. 200 manat aliment ödəməyə etiraz etmir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın qismən təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, cavabdeh xx.xx.1979-cu ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3977/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahın pozulması və tərəflərin birgə nikahlarından olan 13 mart 2008-ci il doğumlu X5 və 02 nyabr 2013-cü il doğumlu X4 iddiaçının yanında qalmaları qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3978/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa 175 manat olmaqla, ümumilikdə 350 manat məbləğində alimentin alınıb 13 mart 2008-ci il doğumlu X5 və 02 Noyabr 2013-cü il doğumlu X4 yetkinlik yaşlarına çatana kimi saxlanlmaları üçün iddiaçıya verilməsi qət edilmişdir. Tərəflər arasında mediasiya proseduru çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən tərəflər razılaşır ki, onların birgə nikahlarından doğulmuş və Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi əsasında İddiaçı himayəsinə verilmiş xx.xx.2008-ci il təvəllüdlü X2 Jalə Zöhrab qızının işi ilə əlaqədar Bakı və ya Sumqayıt şəhərinə təyinatı verilənə qədər təhsil alması məqsədilə xx.xx.2023-cü il tarixdən atası Cavabdeh ilə birgə müvəqqəti yaşasın. X7 atası Cavabdeh yanında olduğu müddət ərzində anası İddiaçı heç bir aliment məbləği tələb etməyəcəkdir. Tərəflər razılaşırlar ki, onların birgə nikahlarından doğulmuş və Sumqayıt Şəhər Məhkəməsinin qərar əsasında İddiaçı himayəsinə verilmiş xx.xx.2008-ci il təvəllüdlü X6 məhkəmə qətnaməsi əsasında təyin edilmiş aliment Cavabdeh yanında müvəqqəti yaşadığı müddət ərzində xx.xx.2023cü il tarixdən ödənilməsin. X3 yenidən anasının himayəsinə geri qaytarıldıqda ona ödəniləcək aliment məbləği məhkəmənin qərarına uyğun şəkildə müəyyən olunur və Cavabdeh tərəfindən ödəniləcəkdir. Tərəflərin birgə nikahlarından doğulan xx.xx.2013-cü il təvəllüdlü X4 aliment məbləğinin artırılması Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinə uyğun icra ediləcəkdir. Qətnamədə müəyyən edilən tarixə qədər aliment ödənişi 175 manat məbləğində icra ediləcəkdir. Azerbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli arayışına əsasən cavabdehə ikinci qrup əlilliyə görə (hərbi xidmət zamanı) 838,41 manat məbləğində pensiya ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. İddiaçı X1 üçün 220 manat aliment tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşaqların mənafeləri nəzərə alınmaqla uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3978/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 200 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 02 noyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3978/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq, hər ay 200 (iki yüz) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin Cavabdeh İddiaçı xeyrinə artırılmış formada tutulması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar