Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3318/2022 21.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 144 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30,40 manat dövlət rüsümunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** EA *** dövlət qeydiyyat nişanlı Chevrolet Aveo markalı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə “PAŞA Sığorta" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan ** EA *** dövlət qeydiyyat nişanlı Chevrolet Aveo markalı avtonəqliyyat vasitəsi ilə ** EL *** dövbt qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP4İ92275 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** EL *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 144 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən avtonəqliyyat vasitəsinin təmir olunması üçün 144 manat zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Cavabdehə ödənilmiş məbləğin şirkətin hesabına ödənilməsi barədə bildiriş göndərilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirak olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh öz izahatında bildirdi ki, iddia tələbini qəbul edir. Mübahisə predmeti olan pul məbləğini ödəməyi öhdəsinə götürür. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları məcmu halda araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixi Sığorta Aktından görünür ki, Cavabdeh tərəfindən idarə olunan ** EA *** dövlət qeydiyyat nişanlı Chevrolet Aveo markalı nəqliyyat vasitəsi xx.xx.2020xx.xx.2021-ci il müddətlərində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta olunmuş, xx.xx.2021 -ci il tarixdə sığortalı tərəfindən yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə ** EL *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 144,00 (bir yüz qırx dörd) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC 144 manat məbləğində sığorta ödənişi etmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Nəsimi rayon DYPŞ-nin arayışından görünür ki, xx.xx.2021-ci il tarixdə saat 20.00-da Cavabdeh tərəfindən idarə edilən və X2 məxsus olan “Chevrolet Aveo minik” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomaşın X4 məxsus olan, X5 tərəfindən idarə edilən “Opel Astra” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. AP seriyalı ******* saylı Nəsimi rayon DYPŞ-nin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 20.00-da “Chevrolet Aveo minik” markalı ** EA *** dövlət nömrə nişanlı avtomaşını idarə edən Əzizov X1 sağa dönüş edərkən özündən sağda düzünə hərəkətdə olan Opel markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerini tərk etmişdir. TP seriyalı ******* saylı Nəsimi rayon DYPŞ-nin xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 20.00-da “Chevrolet Aveo minik” markalı ** EA *** dövlət nömrə nişanlı avtomaşını idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Beləliklə, məhkəmədə müəyyən edilən işin mübahisəsiz halları ilə təsdiq olundu ki, Cavabdeh “Chevrolet Aveo minik” markalı ** EA *** qeydiyyat nişanlı avtomaşınla Salamzadə küçəsində sağa dönüş edərkən özündən sağda düzünə hərəkətdə olan Opel markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerindən yayınmışdır. Avtomobilə maddi zərər dəymiş və vurulmuş zərərin əvəzi olaraq 144 manat sığortaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə görə, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə işin hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddiaçının zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi əsaslıdır, cavabdeh vurduğu zərər həddində mülki cavabdehlik və maddi məsuliyyət daşıyır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, vurulmuş zərərin əvəzi olaraq 144 manat Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumun əvəzi olaraq 30,40 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 144 (bir yüz qırx dörd manat) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-3318/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3318/2022
21.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver