Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3323/2023 18.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və XXX Rafiq Fərid oğluna qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh1, Cavabdeh2 və xxx Rafiq Fərid oğluna (bundan sonra- cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlərin Sumqayıt şəhəri, 12-ci mikrorayon, Cənubu küçəsi, 1 saylı fərdi yaşayış evindən çıxarılmaları və əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi, həmçinin iddia qaldırılması üçün ödənilmiş 100 manat rüsumun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1, X2 oğlundan müştərək qaydada 49779,22 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, Cənubu küçəsi, 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-1760/2018 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-42/19 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Sumqayıt şəhəri, 12-ci mikrorayon, Cənubu küçəsi, 1 nömrəli fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Mülki qanunvericiliyin tələblərinə əsasən əmlakların 10 gün ərzində könüllü olaraq boşaldılması və iddiaçıya təhvil verilməsi barədə cavabdehlərə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdehlər verilmiş müddətin başa çatmasına baxmayaraq əmlakı könüllü şəkildə boşaldaraq banka təhvil verməmişlər. Cavabdehlər qeyd olunan əmlak üzərində bankın mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən olunur ki, cavabdehlərdən Cavabdeh2 xx.xx.1966-cı ildə, Qubadlı rayonu, Mollaburhan kəndində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehlərdən Cavabdeh1 xx.xx.1960-cı ildə, Qubadlı rayonu, Tinli kəndində anadan olmuşdur. O, ünvan 3 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-46/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, X2 oğlundan müştərək qaydada 49779,22 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, Cənubu küçəsi, 1 nömrəli fərdi yaşayış evinə (bundan sonra – mübahisəli ev) yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1760/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilmiş qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-42/19 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli ev xx.xx.2019cu il tarixdən iddiçının xüsusi mülkiyyətindədir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3920/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının iddia tələbi təmin edilmiş, Cavabdeh1, xxx Rafiq Fərid oğlu və X2 oğlunun mübahisəli fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, iddiaçı cavabdehlərə 10 gün müddətində fərdi yaşayış evinin könüllü olaraq boşaldılması və iddiaçıya təhvil verilməsi ilə bağlı xəbərdarlıq etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). İşdən göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutma mübahisəli evə yönəldilmiş və mənzil hərrac nəticəsində iddiaçının mülkiyyətinə keçmişdir. Hal-hazırda iddiaçı öz mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlərin çıxarılmalarını tələb edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsində göstərilmişdir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya (59.3.1.); ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (59.3.2.). Məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehlər Sumqayıt şəhəri, 12-ci mikrorayon, Cənubu küçəsi 1 saylı fərdi yaşayış evindən çıxarılmalı və əmlak boşaldılaraq iddiaçıya təhvil veriməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və XXX Rafiq Fərid oğlu Sumqayıt şəhəri, 12-ci mikrorayon, Cənubu küçəsi, 1 saylı fərdi yaşayış evindən çıxarılsınlar və əmlak boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və XXX Rafiq Fərid oğlundan müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-3323/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3323/2023
18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver