Məhkəmə qərarları › İş №e-2(060)-3356/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3356/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3356/2025 13.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********72 nömrəli, xx.xx.2024-cü tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə 7519,86 manat əsas və 103,28 manat faiz borcu, BPM**********72 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə banka ödənilməmiş 289,70 manat əsas manat əsas borc və ödənilmiş 98,10 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Yeni Sumqayıt” filialı ilə X6 arasında bağlanmış BPM**********72 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, 36 ay müddətinə, illik 21.9 faiz dərəcəsi olmaqla 8200 manat məbləğində nağd kredit verilmişdir. Eyni zamanda, "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış BPM**********72 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən borcluya 35 ay müddətinə, illik 24 faiz dərəcəsi hesanlanmaqla 300 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. 2 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X3 xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2025-ci il tarixdə vərəsəlik işi açılmış, Cavabdeh xx.xx.2025-ci il tarixdə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. "xxxx" ASCnin “Yeni Sumqayıt” filialının maliyyə arayışına əsasən, Cavabdeh BPM**********72 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, banka ödənilməmiş 7519,86 manat əsas və 103,28 manat faiz borcu qalmışdır. "xxxx" ASC-nin “Yeni Sumqayıt” filialının maliyyə arayışına əsasən, Cavabdeh BPM**********72 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə, banka ödənilməmiş 289,70 manat əsas borcu qalmışdır. Cavabdeh X3 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəflərindən bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti cəmi 7809,60 manat olduğundan, tərəflərindən 98,10 manat dövlət rüsumu və 0,80 manat bank xidməti haqqı ödənilmişdir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

5. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış BPM**********72 nömrəli, xx.xx.2024-cü il tarixli istehlak krediti (tam kart vasitəsilə) müqaviləsindən görünür ki, bank müştərinin adına ikitərəfli ödəniş kartını buraxmağı, müştərinin adına bank hesablarını (kredit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı, bundan sonra birlikdə “Hesab” və ya “Hesablar” adlanacaq) kredit xəttinin (bundan sonra “Kredit” adlanacaq) açılmasına, müştəri tərəfindən tam kart vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, ABB tərəfindən ayrılmış kreditdən 10-cu bənddə göstərilmiş təyinat üzrə istifadə edilməsinə, bu müqavilədə nəzərdə tutuımuş şərtlərlə və qaydada kreditin qaytarılmasına, tam kartın müddətinin 60 ay, kredit limiti məbləğinin 15000 manat, kredit xəttinin məbləğinin 300 manat, kredit xəttinin müddətinin 59 ay, kredit xətti üzrə illik faiz dərəcəsinin 24 faiz təşkil etməsi ilə bağlı müqavilə bağlamışlar.

6. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış BPM**********72 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 36 ay müddətində 8200 manat məbləğində kreditdən istifadəyə görə illik 21,9 faiz ödəmək şərtilə kredit verməyi öhdəsinə götürmüşdür.

7. BPM**********72 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, həmin kredit müqaviləsi üzrə ödənişlərin icra edilməsi müddəti 13 iyun 2024-cü il tarixdən 13 may 2027-ci il tarixədək müəyyənləşdirilmişdir.

8. AZ-İİ 145171 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2024cü ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə 972 nömrə ilə qeyd edilmişdir.

9. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdır, şəhadətnamə əsasında verilən miras əmlak Sumqayıt TİB tərəfindən xx.xx.1993-cü il tarixdə X5 verilmiş 6136 qeydiyyat nömrəsi ilə 14 nömrəli kitabında qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 58,14 kv.m, yaşayış sahəsi 28,45 kv.m, yardımçı sahəsi 29,69 kv.m, 2 otaqlı olan mənzildən ibarətdir.

10. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdır, şəhadətnamə əsasında verilən miras əmlak "xxxx" QSC-nin 083768 nömrəli məktubuna əsasən X3 vərəsələrinə ödənilməli xx.xx.2024-cü il tarixinə qalıq vəsaiti cari hesabda olan 156,70 manat, əmanət hesabında olan 1.500 manatdan ibarətdir.

11. 14.03.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehə nağd kredit və kredit kart müqaviləsi üzrə yaranmış öhdəliyini 3 gün müddətində tam şəkildə yerinə yetirməyi tələb edilmiş, əks halda tərəfindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

12. İddiaçı "xxxx" ASC tərəfindən tərtib maliyyə arayışlarında qeyd olunmuşdur ki, X3 xx.xx.2024-cü il tarixli tam kart müqaviləsi üzrə 289,70 manat əsas borc, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 7519,86 manat əsas borcu, 103,28 manat faiz borcu, cəmi 7519,90 manat borcu vardır.

Məhkəmə baxışının hədləri:

13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. -1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, iddiaçının nümayəndəsini dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

17. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

18. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, BPM**********72 nömrəli, xx.xx.2024-cü il tarixli tam kart müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən X5 illik 24 faiz olmaqla 59 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. Eyni zamanda eyni tarixli və nömrəli kredit müqaviləsinə əsasən X5 illik 21,9 faiz ödəmək şərtilə 36 ay müddətində 8200 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2024-cü ildə vəfat etmişdir. Cavabdeh X4 qanun üzrə vərəsəsi təyin edilmiş və o, Sumqayıt TİB tərəfindən xx.xx.1993-cü il tarixdə X5 verilmiş 6136 qeydiyyat nömrəsi ilə 14 nömrəli kitabında qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 58,14 kv.m, yaşayış sahəsi 28,45 kv.m, yardımçı sahəsi 29,69 kv.m, 2 otaqlı olan mənzildən, "xxxx" QSC-nin 083768 nömrəli məktubuna əsasən X3 vərəsələrinə ödənilməli xx.xx.2024-cü il tarixinə qalıq vəsaiti cari hesabda olan 156,70 manat, əmanət hesabında olan 1.500 manatdan ibarət miras əmlakdan tam hissədə pay almışdır.

19. Sözügedən müqavilələr üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən X3 vərəsəsi Cavabdeh bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

20. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilələr üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçının qarşısında icra edilməmiş öhdəlik yaranmışdır. Cavabdeh borclunun vərəsəsi olaraq mirası qəbul etməsinə baxmayaraq miras qoyanın bank qarşısında əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının müqavilələrin şərtlərinə uyğun olaraq əsas və faiz borcunu tələb etmək hüququ yaranmışdır.

21. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X3 "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixli, BPM**********72 nömrəli kredit müqavilələri üzrə borcu onun mirasını qəbul etmiş vərəsəsindən tutulmalıdır.

22. Belə ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

24. Hazırki işdə cavabdehlərə yuxarıda adı qeyd edilən kredit müqaviləsi üzrə X1ndan miras qalmış əmlak Sumqayıt TİB tərəfindən xx.xx.1993-cü il tarixdə X5 verilmiş 6136 qeydiyyat nömrəsi ilə 14 nömrəli kitabında qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 58,14 kv.m, yaşayış sahəsi 28,45 kv.m, yardımçı sahəsi 29,69 kv.m, 2 otaqlı olan mənzildən, "xxxx" QSC-nin 083768 nömrəli məktubuna əsasən X3 vərəsələrinə ödənilməli xx.xx.2024-cü il tarixinə qalıq vəsaiti cari hesabda olan 156,70 manat, əmanət hesabında olan 1.500.000 manatdan ibarət olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır.

25. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 7519,86 manat əsas borc, 103,28 manat faiz borcu, xx.xx.2024-cü il tarixli tam kart müqaviləsi üzrə 289,70 manat əsas borc olmaqla, ümumilikdə 7912 (yeddi min doqquz yüz on iki) manat, 84 (səksən dörd) qəpik pul vəsaiti və ödənilmiş 98 (doxsan səkkiz) manat, 10 (on) qəpik pul vəsaiti tutularaq "xxxx" ASC-yə verilməlidir.

Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 7519,86 manat əsas borc, 103,28 manat faiz borcu, xx.xx.2024-cü il tarixli tam kart müqaviləsi üzrə 289,70 manat əsas borc olmaqla, ümumilikdə 7912 (yeddi min doqquz yüz on iki) manat, 84 (səksən dörd) qəpik pul vəsaiti və ödənilmiş 98 (doxsan səkkiz) manat, 10 (on) qəpik pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar