Məhkəmə qərarları › İş №e-2(060)-3403/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3403/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3403/2022 24.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddialara dair işlər üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi : İddiaçı Bank VTB (Azərbaycan) ASC Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 20.11.2019-cu il tarixli 277979-1-36020 №-li “Kredit xətti müqaviləsi”nə əsasən 18 aprel 2022-ci il tarixə banka borclu olduğu 2444.26 manat məbləğində əsas borc, 6.89 manat məbləğində müqavilə müddətinin bitdiyi tarixə, yəni 20.11.2021-ci il tarixə faiz borcu və 48.54 manat müqavilə müddətinin bitdiyi tarixdən, yəni 20.11.2021-ci il tarixdən 18.04.2022-ci il tarixə kimi illik 5% hesabı ilə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 2499.69 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 46.83 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının Cavabdeh tutularaq Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 20.11.2019-cu il tarixli 277979-1-36020 №-li “Kredit xətti müqaviləsinə”nə əsasən Bank Cavabdeh istehlak məqsədi ilə 20 noyabr 2019-cu il tarixdən 20 noyabr 2021-ci il tarixədək 3.800,00 (üç min səkkiz yüz manat 00 qəpik) AZN məbləğində bərpa olunan kredit xətti açılmış və Cavabdeh həmin müqavilə ilə nəzərdə tutulan qaydada və müddətdə alınmış məbləğə illik 27 (iyirmi yeddi) faiz ödəmək öhdəliyi götürmüşdür. Cavabdeh kredit vəsaitindən istifadə etsə də, öz üzərinə götürdüyü kredit öhdəliklərini 15 noyabr 2021-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 18 aprel 2022-ci il tarixə 2.444,26 (iki min dörd yüz qırx dörd manat 26 qəpik) AZN məbləğində əsas borc, 6,89 (altı manat 89 qəpik) AZN məbləğində müqavilə müddətininn bitdiyi tarixə, yəni 20.11.2021-ci il tarixə faiz borcu və 48,54 (qırx səkkiz manat 54 qəpik) AZN məbləğində müqavilə müddətinin bitdiyi tarixdən, yəni 20.11.2021-ci il tarixdən 18.04.2022-ci il tarixə kimi illik 5 % hesabı ilə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 2.499,69 (iki min dörd yüz doxsan doqquz manat 69 qəpik) AZN məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin 5000 (beş min) min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarından görünür ki, iddia ərizəsi 20 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosesual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Lakin cavabdeh həmin ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Məhkəmə hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. İş materiallarında olan iddiaçı Bank VTB (Azərbaycan) ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 20.11.2019-cu il tarixli 277979-1-36020 №li kredit müqaviləsi üzrə 18.04.2022-ci il tarixə banka 2444.26 manat məbləğində əsas borc, 6.89 manat məbləğində müqavilə müddətinin bitdiyi tarixə, yəni 20.11.2021-ci il tarixə faiz borcu və 48.54 manat müqavilə müddətinin bitdiyi tarixdən bügünədək, yəni 20.11.2021-ci il tarixdən 18.04.2022-ci il tarixə kimi illik 5% hesabı ilə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 2499.69 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 20.11.2019-cu il tarixli 277979-1-36020 N-li kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 27% hesablanması şərtilə 3800 manat məbləğində kredit xətti təqdim olunmuş, borcalan kredit xətti üzrə alınan vəsaitlərin müəyyən olunmuş şətrlər və müddət ərzində borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Bank VTB (Azərbaycan) ASC-nin 11.01.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı Bank VTB (Azərbaycan) ASC tərəfindən Cavabdeh 20.11.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq 3 iş günü ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə 2444.26 manat məbləğində əsas borc, 6.89 manat məbləğində müqavilə müddətinin bitdiyi tarixə, yəni 20.11.2021-ci il tarixə faiz borcu və 48.54 manat müqavilə müddətinin bitdiyi tarixdən, yəni 20.11.2021-ci il tarixdən 18.04.2022-ci il tarixə kimi illik 5% hesabı ilə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 2499.69 manat borc və 46.83 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə 2444.26 manat məbləğində əsas borc, 6.89 manat məbləğində müqavilə müddətinin bitdiyi tarixə, yəni 20.11.2021-ci il tarixə faiz borcu və 48.54 manat müqavilə müddətinin bitdiyi tarixdən, yəni 20.11.2021-ci il tarixdən 18.04.2022-ci il tarixə kimi illik 5% hesabı ilə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 2499.69 (iki min dörd yüz doxsan doqquz manat altmış doqquz qəpik) manat borc və 46.83 (qırx altı manat səksən üç qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar