Məhkəmə qərarları › İş №e-2(060)-3444/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3444/2024

13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3444/2024 13.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 2522,73 manat, faiz borcu üzrə 3,46 manat olmaqla, cəmi 2526,19 manat borcun və ödənilmiş 45,27 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Bakı filialı ilə Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 arasında 13 oktyabr 2014-cü il tarixli, 0221 saylı “Birgə borclularla” kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən ticarət məqsədilə Cavabdeh2 1500 manat, Cavabdeh4 1500 manat, Cavabdeh1 1000 manat və Cavabdeh3 1000 manat illik 27 % olmaqla 24 ay müddətinə, toplamda 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit verən birgə borclulara onlardan birgə öhdəliyin yalnız birdəfəlik icrasını tələb etmək hüququ ilə kredit vəsaitinin verilməsini öhdəsinə götürmüşdür. Birgə borclular qrupunun hər biri borcu qəbul etməyi, bu müqavilədə göstərilən şərtlər daxilində borcu və hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 5.3-cü bəndinə əsasən kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə kredit verən vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə illik 5 faiz həcmində cərimə tətbiq edir. Cavabdehlər iddiaçı qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişlər. Belə ki, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 hazırda olan borcu əsas borc üzrə 2522,73 manat, faiz borcu üzrə 3,46 manat olmaqla, cəmi 2526,19 manat məbləğində təşkil edir. İddiaçı tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 arasında 13 oktyabr 2014-cü il tarixli “Birgə borclularla” kredit müqaviləsi bağlanmışdır. May ayına kimi ödəniş olunmuşdur. Borclulardan müştərək qaydada əsas borc üzrə 2522,73 manat, faiz borcu üzrə 3,46 manat olmaqla, cəmi 2526,19 manat borcun və ödənilmiş 45,27 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, müqaviləni 13 oktyabr 2014-cü il tarixində bağlamışdırlar. Pulun hamısını o götürmüşdür. Əvvləcə ödənişlər etmiş, lakin daha sonra işi olmamışdır. Buna görə aylıq ödənişi azaltmışdırlar. Aylıq ödənişə əlavə edilsə ödəyə bilər. Öhdəsində körpə uşaqları vardır. Borcun ödənilməsindən boyun qaçırmır.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 izahatında bildirdi ki, məhkəməyə müraciət olunduqdan sonra ödəniş olunmamışdır.

6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

7. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 0221 saylı birgə borclularla kredit müqaviləsindən görünür ki, kreditverən birgə borclulara onlardan birgə öhdəliyin yalnız birdəfəlik icrasını tələb etmək hüququ ilə Cavabdeh2 1500 manat, Cavabdeh4 1500 manat, Cavabdeh1 1000 manat, Cavabdeh3 1000 manat məbləğlərində kredit vəsaitinin verilməsini, birgə borclular qrupunun hər biri isə alınmış vəsaitin və ona hesablanmış faiz məzənnəsinin birgə öhdəliyin tam icrasında iştirak etəməyi öz öhdələrinə götürmüşlər.

8. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 2014-ci il noyabr ayından 2016-cı il oktyabr ayınadək hər ay 54,4 manat, Cavabdeh1 2014-ci il noyabr ayından 2016-cı il oktyabr ayınadək hər ay 54,4 manat, Cavabdeh4 2014-cü il noyabr ayından 2016-cı il oktyabr ayınadək hər ay 81,6 manat, Cavabdeh2 2014-ci il noyabr ayından 2016-cı il oktyabr ayınadək hər ay 81,6 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı razılığa gəlmişdirlər.

9. 21.02.2024-cü il tarixli pretenziyadan görünür ki, cavabdehlərdən 10 gün müddətinə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

10. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 2522,73 manat əsas borc, 3,46 manat faiz borcu olmaqla, cəmi 2526,19 manat borcu vardır.

11. xx.xx.2024-cü il tarixli, 149077 saylı, xx.xx.2024-cü il tarixli, 30711 saylı, xx.xx.2024-cü il tarixli,15402 saylı və xx.xx.2024-cü il tarixli, 31906 saylı qəbzlərdən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı QSC-nin hesabına iddiaçı tərəfindən maliyyə arayışının tərtib edildiyi 16 fevral 2024-cü il tarixdən sonra ümumilikdə 80 manat məbləğində pul vəsaiti ödənilmişdir.

12. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizədən görünür ki, cavabdehlər iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə görə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişlər.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı:

- Borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

16. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

17. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, kreditverən birgə borclulara onlardan birgə öhdəliyin yalnız birdəfəlik icrasını tələb etmək hüququ ilə Cavabdeh2 1500 manat, Cavabdeh4 1500 manat, Cavabdeh1 1000 manat, Cavabdeh3 1000 manat məbləğlərində kredit vəsaitinin verilməsini, birgə borclular qrupunun hər biri isə alınmış vəsaitin və ona hesablanmış faiz məzənnəsinin birgə öhdəliyin tam icrasında iştirak etəməyə borclu şəkildə ödənilməsini öz öhdələrinə götürmüşdür.

18. Cavabdehlər tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən onlara bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

19. Göründüyü kimi, iddiaçı ilə cavabdehlər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehlərin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin cavabdehlər müqavilədən irəli gələn kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehlərin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

20. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 2522,73 manat əsas borc, 3,46 manat faiz borcu olmaqla, cəmi 2526,19 manat borcu vardır.

21. Məhkəmə cavabdehlərin iddia müddətinin tətbiqi barədə ərizələrinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

22. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.

24. Hazırki işdə də iş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən sözügedən kredit müqaviləsi üzrə sonuncu dəfə 14 iyun 2024-cü il tarixdə 20 manat ödəniş həyata keçirilmişdir. Belə olan halda məhkəmə hesb edir ki, cavabdehin borcu qismən ödəməsi ilə iddia müddətinin axımı kəsilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddianın irəli sürülməsi qanunvericilikdə nəzərdə tutulmuş müddət keçməmişdir.

25. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 149077 saylı, xx.xx.2024-cü il tarixli, 30711 saylı, xx.xx.2024-cü il tarixli,15402 saylı və xx.xx.2024-cü il tarixli, 31906 saylı qəbzlərlə müəyyən olunur ki, iddiaçı tərəfindən maliyyə arayışının tərtib edildiyi 16 fevral 2024-cü il tarixdən sonra Cavabdeh2 tərəfindən İddiaçı QSC-nin hesabına ümumilikdə 80 manat məbləğində pul vəsaiti ödənilmişdir.

26. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödənilən 80 manat məbləğində pul vəsaiti nəzərə alınaraq tələb qismən təmin edilməli, cavabdehlərdən 2442,73 manat əsas borc alınaraq iddiaçıya verilməlidir.

27. Məhkəmə iddianın faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bank 27%-lə cavabdehlərə kreditə verdiyi pul vəsaitinin ödənilməsini tələb edir. Ödənilməli olan əsas borca münasibətdə faiz məbləği tərəflərin razılaşması ilə müqavilə əsasında müəyyənləşdirilmişdir.

28. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi faiz borcunun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

29. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 2442,73 manat əsas borc, 3,46 manat faiz borcu olmaqla, cəmi 2446 (iki min dörd yüz qırx altı) manat, 19 (on doqquz) qəpik məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 45,27 manat məbləğində pul vəsaitinin 44 (qırx dörd) manat, 46 (qırx altı) qəpik hissəsi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir.

Nəticə:

30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 2442,73 manat əsas borc, 3,46 manat faiz borcu olmaqla, cəmi 2446 (iki min dörd yüz qırx altı) manat, 19 (on doqquz) qəpik məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 45,27 manat məbləğində pul vəsaitinin 44 (qırx dörd) manat, 46 (qırx altı) qəpik hissəsi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar