Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-346/2025 17.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 ABŞ dolları (on min ABŞ dolları), yəni 17000 (on yeddi min) manat məbləğində pulun və ödənilmiş 141 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə uzaq qohumdurlar. 2017-ci ildə Cavabdeh İddiaçı qohumluq münasibətlərindən istifadə edərək borc pul istəmişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, X4 ilə razılığa gəlmişdir ki, idddiaçı cavabdehin əvəzinə öz torpağını girov qoyaraq kredit müqaviləsi bağlayıb aldığı pulu cavabdehə versin. İddiaçını İddiaçı X2 ilə iddiaçıya məxsus torpaq sahəsinin girov qoyularaq kredit müqaviləsi bağlamağa razı salmışdır. İddiaçı cavabdehin səmimiliyinə inanaraq xx.xx.2017-ci ildə X4 ilə Sumqayıt şəhəri 3 saylı notariat ofisində kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən X4 iddiaçıya xx.xx.2020-ci ilədək qaytarmaq şərti ilə 10000 ABŞ dolları (on min ABŞ dolları), yəni 17000 (on yeddi min) manat məbləğində borc verməyi öhdəsinə götürmüşdür. Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan əmlakı (ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsini) 3M-883 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçı müqavilə üzrə göstərilən məbləği elə müqavilə bağlandıqdan dərhal sonra Cavabdeh vermişdir. Cavabdeh almış olduğu pulu 2020-ci ilədək qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. İddiaçı ilə ipoteka saxlayan X5 arasında bağlanan xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinin 9-cu bəndinə əsasən əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Kreditin təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Sumqayıt şəhəri 3 saylı Notarial Kontorunun 8-İ7856 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsinə tutma yönəldilmişdir. Beləliklə, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin hərracda satılmasına dair xx.xx.2022-ci ildə açıq hərracın keçirilmsinə dair bildiriş verilmişdir. xx.xx.2022-ci ildə keçirilən açıq hərracda iddiaçıya məxsus torpaq sahəsi ilkin dəyərindən qat-qat aşağı qiymətə–9562,50 (doqquz min beş yüz manat, əlli qəpik) manata əldə olunmuşdur. Vəziyyət belə olduqda isə o, cavadehə dəfələrlə ondan aldığı pulu geri qaytarmasını bildirsə də, cavabdeh müxtəlif bəhanələrlə imtina etmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. İddiaçının cavabdehlə razılığa gəlməsini və cavabdehə nəzərdə tutulmuş məbləği verilməsinin, eləcə də X5 ilə Sumqayıt şəhəri 3 saylı notariat ofisində faizsiz kredit müqaviləsi bağlanılmasını təsdiq edən şahidi də mövcuddur. Cavbdehlə məsələni sülh yolu həllinə çalışsalar da, heç bir nəticə əldə olunmamışdır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət edir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 3.Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbini qəbul edir və iddiaçıya 10000 ABŞ dolları məbləğində borcu vardır.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, həqiqətən də iddiaçıya borcu var. Ona görə də iddia tələbinin təmin edilməsinə etiraz etmir.
6. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.İşdə olan xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, X1 Rövşən Həşim oğluna xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində borc pul vermişdir. 8.İşdə olan xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq mülkiyyət hüquqi ilə ona məxsus olan əmlakı- ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsini X3 xeyrinə ipoteka ilə yüklü etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Məhkəmə tərəfindən müəyəyn edilmişdir ki, Cavabdeh İddiaçı 10.000 ABŞ dolları manat məbləğində borcu vardır. Bu hal cavabdehin etirafı ilə təsdiqini tapmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (52.2). İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (52.5). 11.Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 12.Məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilməlidir. 13.Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 14.Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 15.Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). 16.Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəməyə sübut edə bilmişdir. 17.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 18.Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. 19.MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.
20. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 10000 ABŞ dolları pul tutularaq iddiaçıya verilməlidir. 21.Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 22.Məhkəmə qeyd edilən maddəyə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 141 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya verilməlidir. 23.Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.
Nəticə hissəsi: 24.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh 10000 (on min) ABŞ dolları və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borc və ödənilmiş 141 (bir yüz qırx bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva