Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-347/2025 13.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Kapital Bank» ASC-nin nümayəndəsi Nümayəndə1 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Kapital Bank» ASC-nin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Kapital Bank» ASC-nə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və ödənilmiş pulların geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə 2410.89 AZN əsas, 76.70 AZN faiz, cəmi 2487.59 AZN məbləğində vəsaitin və ödənilmiş 44.88 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli, GTZK5052171B299 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə, illik 25.8 faiz dərəcəsi ilə 2498 AZN məbləğində kredit verilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, hesabdan çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladıqları bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 2410.89 AZN əsas, 76.70 AZN faiz, cəmi 2487.59 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh İddiaçı ASC-nə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə İddiaçı ASC-nin iddia tələbinin rədd, qarşılıqlı iddia üzrə iddia tələbinin təmin olunaraq, həmin kredit müqaviləsinin İddiaçı ASC-nin ləğv edilməsini və həmin müqavilə üzrə bu günə kimi pensiyadan tutulan məbləğlərin geri qaytarılmasını və tutulmanın dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Cavabdeh anadangəlmə lal və kardır. Sağlamlığı məhdud olduğundan ona əlillik təyin edilmiş, həmin əlilliyə uyğun olaraq dövlət tərəfindən ona hər ay pensiya ödənilir. Belə ki, o, daima nəzarətdədir. Hər zaman kiminsə köməyinə ehtiyacı vardır. Lakin sonradan aldıqları məlumata görə tanımadıqları bir şəxs hüquqlarını müdafiə etdiyi şəxsin sağlamlıq imkanlarının məhdud olmasından istifadə edərək onun adından İddiaçı ASC-yə onlayn qaydada kredit kartına bank tərəfindən pul yüklənmişdir və aylıq ödənişlər də Cavabdeh pensiya kartından tutulur. Bu tutulmalardan sonra həmin kreditdən məlumatlı olmuşlar. Daha sonra banka müraciət edərkən, onlayn krediti Cavabdeh məxsus olmayan +**********70 saylı telefon nömrəsindən müraciət edilməsi müəyyən olunmuşdur. Həmin nömrə ilə bağlı AR DİN Sumqayıt 1 saylı Polis Şöbəsinə şikayət ərizəsi mülki qaydada və bank sirri olduğundan dərin araşdırılmamışdır. Habelə kreditin müraciəti zamanı bank əməkdaşının lal şəxslə danışması, onun təsdiqinin necə həyata keçirilməsi məlum deyildir. Həmçinin həmin kredit müqaviləsinin surəti belə onlarda olmamışdır. Odur ki, xx.xx.2024cü il tarixdə İddiaçı ASC-yə həmin kredit müqaviləsinin surətinin onlara verilməsi məqsədi ilə məktub göndərilmişdir. İddiaçı ASC-nin 20xx/xx/20711 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə kredit müqaviləsi təqdim olunmamışdır. Daha sonra ASC-yə pretenziya qaydasında məktub göndərilmişdir. Lakin bu günə kimi onlara heç bir məlumat verilməmişdir. Gülşən Məmmədovaya hər ay ödənilən pensiya onun əlilliyi əsasında ona verilir. Xəstənin ay ərzində ehtiyac və tələbatları həmin pul hesabına ödənilir. Lakin cavabdeh tərəfindən kreditin aylıq ödənişinin pensiyasından tutulması onun hüquqlarını məhdudlaşdırır. Bildirdikləri kimi onlayn qaydada kredit müraciətini aktivləşdirərkən vətəndaşın özü ilə birbaşa görüntülü bağlantı qurması əsas şərtlərdəndir. Hesab edir ki, məhkəmə qaydasında bu hallar dərin araşdırılmalı, banka kim tərəfindən müraciət edilməsi aydınlaşdırılmalı, anadangəlmə xəstə insana qarşı dələduzluq edilməsi ortaya çıxmalıdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Kapital Bank» ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbindən imtina etdiyindən icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Kapital Bank» ASC-nin nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, keçən məhkəmə iclasından sonra araşdırma aparmışdır. Cavabdehin nitq qüsurlu olduğunu rəhbərliyə məruzə etmişdir. Onun aldadıldığını nəzərə alaraq güzəşt tətbiq olunmasını bildirmişdir. Müqavilə qaydalara uyğun bağlanmışdır. Bunun kimi də yüzlərlə iş vardır. Cavabdehin aldadıldığını nəzərə alaraq güzəşt tətbiq edilməsini qərara almışlar. Kartından tutulan 520 manatın da yenidən karta qaytarılmasını məqsədəuyğun hesab etmişlər. Qeyd olunanlara əsasən iddiadan imtina etdiklərini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 da, həmçinin, məhkəməyə ərizə ilə müraciət edərək, ilkin iddiadan imtina olunduğundan qarşılıqlı iddiadan imtina etdiklərini bildirmişdir. Məhkəmə tərəflərin ərizələrini araşdırıb hesab edir ki, iddiaçıların iddia tələblərindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən təsdiq edilməli və ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Kapital Bank» ASC-nin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Kapital Bank» ASC-nə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və ödənilmiş pulların geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçılara izah olunmalıdır ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Kapital Bank» ASC-nin xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 44.88 (qırx dörd manat səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Kapital Bank» ASC-nə qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.4, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Kapital Bank» ASC-nin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Kapital Bank» ASC-nə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və ödənilmiş pulların geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə icraata xitam verilsin. İddiaçılara izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Kapital Bank» ASC-nin xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 44.88 (qırx dörd manat səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Kapital Bank» ASC-nə qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-347/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-347/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver