Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3486/2022 16.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün, onlar yetkinlik yaşına çatana qədər aliment məbləğinin artırılaraq hər ay 400 manat sabit pul məbləğində alimentin, mediasiya xərci olaraq 50 manat məbləğində pulun və hüquqi yardımla bağlı köçürülmüş 160 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi dəqiqləşmə verərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-745/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün təyin edilmiş aliment məbləğinin artırılaraq hər bir uşaq üçün 200 manat olmaqla, hər ay 400 manat sabit pul məbləğində alimentin, mediasiya xərci olaraq 50 manat məbləğində pulun və hüquqi yardımla bağlı köçürülmüş 160 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3533/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaqlar ananın yanında qalmış və Cavabdeh İddiaçı xeyrinə 17 mart 2017-ci il təvəllüdlü X4 və 09 aprel 2019-cu təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat və 09 aprel 2019-cu il təvəllüdlü X3 03 yaşı tamam olanadək hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sözügedən qətnamədən cavabdeh tərəfdən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-745/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə şikayət qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən alimentin tutulması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, cavabdehdən iddiaçının xeyrinə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Hazırda sonuncu qətnamə ilə bağlı icra vərəqəsi Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatındadır. Tərəflərin birgə nikahdan doğulmuş Sabir Qafarovun 5, Fazil Qafarovun isə 3 yaşı tamam olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilən xx.xx.2021-ci il tarixli qətnamə ilə təyin olunmuş aliment məbləği uşaqların tələbatlarının ödənilməsinə yetmir. Cavabdeh övladları ilə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə cavabdeh vaxtı vaxtında tam ödəmir, bundan qəsdən yayınır. Baxmayaraq ki, cavabdeh əmək qabiliyyətlidir və hazırda işləyir. Uşaqların bütün qayğısını, ehtiyaclarını tamamilə o, çəkir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətinlik yaradır. xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz daxil olmuşdur. Etirazda bildirilmişdir ki, o, "xxxx" MMC-də işləyir və 2022-ci ilin yanvar ayından aylıq əmək haqqı 550 manat təyin olunmüş və bu məbləğdən əmək haqqı ayırmalarına cəmi 54.75 manat, yəni 41 manat DSMF ayırmalarına, 2.75 manat (0,5%) işsizlikdən sığorta haqqına, 11 manat (2%) icbari tibbi sığorta haqqına və 330 manat aliment üçün köçürülmüşdür. İşi ağır olduğundan elə günlər olur ki, səhhəti ilə bağlı müalicəyə ehtiyacı yaranır, işdən qalmalı olur ki, bu da əmək haqqına öz təsirini göstərir, yəni daha az əmək haqqı alır. Lakin işləmədiyində belə iddiaçı tutulan alimenti ümumi əmək haqqından tam şəkildə alır. İşləmədiyi günlərin pulu isə ona çatan pul məbləğindən çıxılır və ona 550 manat əmək haqqından yalnız 84-179 manat civarında əmək haqqı verilir. Bu da ailə və maddi vəziyyətini günü gündən ağırlaşdırır. İddiaçı aliment ödədiyindən, ailə və maddi vəziyyəti günü-gündən pisləşdiyindən, yaşayışı və ehtiyacları dözülməz hal aldığından, rəsmi işdə işlədiyindən ailə vəziyyəti ilə bağlı “Kapital Bank”dan bir kart vasitəsi ilə kredit çəkmək və həmin kreditlərdən ailənin ehtiyaclarını təmin etmək üçün hissə-hissə istifadə etmək məcburiyyətində qalmışdır ki, hazırda həmin kreditlər üzrə borcu yaranmışdır. İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı və mənzillərin uçotu şöbəsində məsləhətçi vəzifəsində çalışır (dövlət qulluqçusudur), əmək məvacibi 470-530 manat arasında təşkil edir. Nikahları pozulduqdan sonra isə iddiaçının maddi durumu daha da yaxşılaşmış, hətta özünə avtomobil almış və biznes qurmuşdur. İndiki dövrdə tək başına 500 manat maaşla avtomobil almaq hər adamın işi deyildir. O, rəsmi işdə işlədiyindən, stabil əmək haqqı aldığından, maddi durumu pis olmasına baxmayaraq uşaqlarını çox istədiyindən, onların ehtiyacları olmasın deyə alimentin azaldılması və sair tələblərlə məhkəməyə müraciət etməyi özünə sığışdırmamışdır. Azərbaycan Respublikasında yaşayış minimumu uşaqlar üçün müəyyən edildiyi kimi, ölkə əhalisi üçün adambaşına minimal yaşayış minimumu müəyyən edilmişdir ki, onun əmək haqqından aliment və sair rüsumlar tutulduqdan sonra ona çatan əmək haqqı həmin minimumu ödəmir, onun ehtiyaclarının təmin edilməsinə çatmır. Bundan başqa zəruri kommunal borclar demək olar ki, hər dəfə artaraq yaşayışını daha da dözülməz edir. Ona görə də ailə və maddi vəziyyəti çox ağırdır. Maddi vəziyyəti ağır olduğundan bir ata kimi uşaqları ilə ünsiyyətdə olarkən onlara istədiklərini alıb verə bilmir, mədəni istirahətlərini təmin edə bilmir. İddiaçı onun uşaqlarını, uşaqların onu çox sevdiyini bildiyi üçün bu iddianı qaldırmaqla onu bir ata kimi uşaqlarının gözündən salmağa, onu daha da ağır maddi çətinliyə salmağa çalışır. Hətta buna nail də olmuşdur. Belə ki, sonuncu dəfə azyaşlı övladı əməliyyat olunarkən bir ata kimi onun zəruri xərclərinə kömək edə bilməmiş və bundan çox sarsılmışdır. Ona görə də daim ixtisası üzrə iş axtarışında olmaqla, Məşğulluq idarəsində qeydiyyatdadır ki, normal əmək haqqı ilə elə işlə təmin olunsun ki, həm uşaqlarının, həm də ailəsinin ehtiyaclarını təmin edə bilsin. Ona görə də göstərdikləri məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini, laqeyd ata olmadığını, ailəsinə kömək etdiyini, uşağın saxlanılması üçün yetəri qədər yardım etdiyini, aylıq əmək haqqının əvvəl 260, hazırda isə 550 manat olduğunu bildirərək, qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı övladları vardır. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2021-ci ildə ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 348 №-si ilə qeyd edilmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin Cavabdeh iştirak etməmişdir. - 27485 №-li qəbzdən görünür ki, İddiaçı mülki işin aparılması ilə bağlı xx.xx.2022-ci il tarixdə hüquqi yardımın göstərilməsi ilə bağlı Bakı şəhəri 26 saylı Vəkil Bürosuna emanat xidməti vasitəsilə 160 manat vəsait köçürmüşür. - 30350 №-li qəbzdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı 3 saylı Mediasiya Təşkilatına e-manat xidməti vasitəsilə 50 manat vəsait köçürmüşür. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3533/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış 234 nömrəli akt qeydli nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 17 mart 2017-ci il təvəllüdlü X5 və 09 aprel 2019-cu il təvəllüdlü X3 boşanmadan sonra iddiaçı - İddiaçı yanında qalması və Cavabdeh İddiaçı xeyrinə 17 mart 2017-ci il təvəllüdlü X4 və 09 aprel 2019-cu təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat və 09 aprel 2019-cu il təvəllüdlü X3 03 yaşı tamam olanadək hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - Həmin qətnamədən görünür ki, Cavabdeh “Fin-Plast” şirkətində işlədiyini və aylıq əmək haqqının 260 manat təşkil etdiyini bildirmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-745/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən alimentin tutulması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, Cavabdeh İddiaçı xeyrinə 17 mart 2017-ci il təvəllüdlü X5 və 09 aprel 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay, hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulmuş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - "xxxx" MMC-nin verdiyi xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixindən "xxxx" MMC-də işləyir və onun aylıq əmək haqqı 550 manat təşkil edir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətində dövlət qulluqçusu – məsləhətçi vəzifəsində çalışır və aylıq əmək haqqı 599.50 manat təşkil edir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh "xxxx" MMC-də çap qurğuları üzrə operator vəzifəsində çalışır və aylıq əmək haqqı 550 manat təşkil edir. - "xxxx" MMC-nin verdiyi xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixindən "xxxx" MMC-də işləyir və yanvar 2022-ci il üçün aylıq əmək haqqı 550 manat təyin olunmuş və bu məbləğdən əmək haqqı ayırmalarına cəmi 54.75 manat, yəni 41 manat DSMF ayırmalarına, 2.75 manat (0.5%) işsizlikdən sığorta haqqına, 11 manat (2%) icbari tibbi sığorta haqqına və 330 manat aliment üçün köçürülmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı övladları vardır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaqlar ananın yanında qalmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat və xx.xx.2019-cu il təvəllüdlü X3 3 yaşı tamam olanadək hər ay 50 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qismən alimentin tutulması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, Cavabdeh İddiaçı xeyrinə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutulmuş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh işləyir və aylıq əmək haqqısı 550 manatdır. İddiaçı işləyir və aylıq əmək haqqısı 599.50 manatdır. Birinci instansiya məhkəməsində işə baxılan zaman cavabdehin məvacibi 260 manat olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-745/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşaqların saxlanılması üçün kifayət etmir. Belə ki, uşaqların böyüməsi ilə əlaqədar onların maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladlarını saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunun müəyyən edən qanunvercilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə da qiymət verilməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, iddiaçının nümayəndəsinin dəqiqləşmə ərizəsində iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən aliment məbləğinin artırılması barədə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər bir uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində aliment tutulub uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, iddia qismən təmin olunmalı, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-745/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər bir uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində aliment tutulub uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməlidir. Belə ki, məhkəmə, tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşaqların yaşını, uşaqların mənafeyini, qida və digər zəruri xərclərə tələbatlarını, eləcə də diqqətəlayiq maraqlarını, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını, tərəflərin müntəzəm gəlirinin olmasını, cavabdehin maaşının artdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay hər bir uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin artırılmış hissənin ödənilməli məcmu məbləği 1000 manatdan az olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 37.5 manat məbləğində mediasiya xərci və hüquqi yardıma görə ödənilmiş 120 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-745/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər bir uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində aliment tutulub xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilsin. Cavabdeh X2 iddiaçı tərəfindən ödənilmiş 37.5 manat mediasiya xərci və hüquqi yardıma görə ödənilmiş 120 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-3486/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3486/2022
16.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver