Məhkəmə qərarları › İş №e-2(060)-3497/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3497/2023

25.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3497/2023 25.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və onun etibarnanə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun adına alınan evə görə ödədiyi 47 000 (qırx yeddi min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. 1989-cu ildə xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh ilə nikaha daxil olmuşdur. Bu nikahlarından 2 övladları- xx.xx.1991-ci il təvəllüdlü X15 və 1990-cı il təcəllüdlü X8 anadan olmuşdur. X6 xx.xx.1989-cu il təvəllüdlü X4 ilə nikaha daxil olduqdan sonra onlarla birlikdə yaşamağa başlamışdır. Həmçinin X6 və X1 nikah münasibətlərindən anadan olan 2 övladı- X16 və X17 da onlarla birlikdə yaşamışdır. O, təxminən 2013-cü ildə ailəsi ilə birlikdə yaşamaq məqsədi ilə ünvan 1-də yerləşən fərdi yaşayış evini tikmiş və onlar, həyat yoldaşı, oğlu və onun ailəsi birlikdə bu mənzildə yaşayırdılar. Bu ev xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bu hüquq daşınmaz əmlakın dövlət reyestrində 254 nömrəli reyesr kitabının 70 nömrəli vərəqində 2022-ci ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış da bunu sübut edir. Lakin təxminən 2018-ci ildə Cavabdeh ilə olan nikahlarına münasibətləri pisləşdiyi və mübahisələri yarandığı üçün xitam versələr də, onlar yenə də hamısı birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Əliyar Əliyev küçəsi,ev 2-də yerləşən fərdi yaşayış evində yaşamağa davam edirdilər. Sonra isə o, ailə münasibətlərinin daha da yaxşılaşması və yenidən tam olaraq barışıb ailə kimi yaşaya bilmək üçün 2022-ci ilin mart ayında keçmiş həyat yoldaşı Cavabdeh mənzil almaq qərarına gəlmişdir. Buna görə də o, kiçik axtarışlardan sonra bu mənzili Rəndə MTK adlı Kooperativdən almaq qərarına gəlmişdir. Buna görə də 2022-ci il tarixdə o, bu MTK-da çalışan İbrahim adlı maklerlə danışıqlara başlamışdır. Nəticədə isə o, 2022-ci ilin mart ayında Sumqayıt şəhəri, 6-cı mikrorayon, Qızıl-Qum, “Rende-2” blok 2, mənzil 79-da yerləşən yaşayış evini mülkiyyət hüququ Cavabdeh məxsus olmaqla 47 000 (qırx yeddi min) manat məbləğinə almışdır. Bundan sonra isə həmin evdə heç kim yaşamadığına görə onlar həmin evi kirayəyə verdilər. Bütün bunlara dair bir neçə sübutu da mövcuddur. Belə ki, o, bu evi bacısı X5 məxsus Abşeron rayonunda yerləşən yaşayış evini satdıqdan sonra almışdır. Məhz həmin ev satıldıqdan sonra Cavabdeh ona ev almaqlarını tövsiyyə etmişdir. Və bu baş verərsə ailə münasibətlərinin düzələcəyini bildirərək onu müxtəlif bu cür vədlərlə inandırmışdır. Lakin evi onun adına almağını demişdir. O, isə buna razı olaraq evi onun adına almışdır. Bu məsələlərdə bütün pulu o, ödəmiş və yaranan bütün xərcləri o çəkmişdir. Cavabdeh isə ev onun adına alınmasına rəğmən heç bir xərc çəkməmişdir. Bu qeyd etdiklərini isə onun evi aldığı Rəndə MTK-nın işçisi, makler olan İbrahim adlı şəxs də sübut edə bilər. Belə ki, evi alarkən evin satış dəyəri olan 47 000 (qırx yeddi min) manat məbləğində pulu o, nağd şəkildə məhz İbrahimə ödəmişdir. Bu zaman bütün məbləği birdəfəlik nağd şəkildə İbrahim adlı şəxsə ödəyərək evi almışdır. Lakin evin sənədləşməsi məhz bildirdiyi səbəblərə görə Cavabdeh adına aparılmışdır. O, həmin mənzilin pulunu makler İbrahimə ödəyərkən Cavabdeh sənədləşmə işləri ilə məşğul olmuş və pulun ödənilməsindən xəbərsiz olmuşdur. Bunları həmin şəxs özü də sübut edə bilər. Buna görə də o, məhkəmə prosesinin gedişatında həmin şəxsin şahid kimi çağırılması üçün vəsatət qaldıracaq. Bütün bunlar da onu sübut edir ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, Qızıl-Qum, “Rende2” blok 2, mənzil 79da yerləşən yaşayış evinin mülkiyyətçisi Cavabdeh kimi göstərilsə də, həmin ev onun pulu ilə alınmış və cavabdehin adına keçirilmişdir. Lakin Cavabdeh ilə münasibətləri bir neçə ay sonra, yəni 2022-ci ilin iyun ayında bir daha pozulmuş və mübahisələri yaranmağa başlamışdır. Buna görə də artıq onların birlikdə yaşadıqları ünvan 1-də yerləşən fərdi yaşayış evində birlikdə yaşamağa davam etməkləri mümkünsüzləşmişdir. Buna görə də o, mülkiyyət hüququ ona məxsus olan ünvan 1-də yerləşən evdən çıxmalı olmuşdur. Lakin bütün bunlar ən adi şeylərin üstündə olurdu. O məhz bu zaman anlamışdır ki, cavabdehin öncədən niyyəti bu olmuşdur ki, onu aldadaraq ondakı pul məbləği ilə özünə ev aldırdıqdan sonra münasibətləri pisləşdirərək onu da evdən qovsun və hər iki evi özü ələ keçirsin. Bütün bunlardan sonra o, cavabdehin mülkiyyət hüququ ona məxsus olan ünvan 1-də yerləşən evdən çıxarılması üçün Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Nəticədə, Abşeron Rayon Məhkəməsinin 2(012)-930/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh ona məxsus olan evdən çıxarılmalı olsa da, Cavabdeh hələ də ona məxsus olan evi tərk etməmişdir. Cavabdehin bütün bu təqsirli hərəkətləri nəticəsində də ona onun adına aldığı evə görə ödədiyi 47 000 (qırx yeddi min) manat məbləğində maddi zərər dəymişdir. Qanunvericiliyə uyğun olaraq zərər vurmuş şəxs maddi zərər vurduğu zərərçəkənə vurduğu zərəri tam həcmdə ödəməyə borcludur. Buna görə də hesab edir ki, Cavabdeh onun adına aldığı evə görə ödədiyi 47 000 (qırx yeddimin) manat məbləğində pulu ona tam şəkildə qaytarmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzilin pulunu o, ödəmişdir. O, aldığı evi öz anasının adına keçirtmək istəsə də, övladı onunla razılaşmamış və evi öz anasının, yəni cavabdehin adına keçirilməsini istəmişdir. Buna görə də, o, İradə ilə Əmlak İdarəsinə getmiş və evi onun adına rəsmiləşdirmişdir. Halbuki ev onun vəsaiti hesabına alınmışdı. Qeyd edir ki, evin haqqı MTK-da ödənilmişdi. Cavabdeh onu aldatmış, ev cavabdehin adına keçdikdən sonra münasibətləri yenidən pisləşmişdir. Əlavə olaraq qeyd edir ki, anası yataqxanadan ev almışdı, cavabdeh həmin evi də onun əlindən almışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnanə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı cavabdehlə rəsmi olaraq boşansa da, ailə münasibətləri davam edib. Həmin müddətddə iddiaçı öz vəsaiti hesabına cavabdehin adına həyat yoldaşı kimi MTK-da ev alıb, birlikdə yaşayıblar. Qeyd edir ki, evin pulunu maklerə iddiaçı verib. İddiaçı evi alanda münasibətlərinin pozulmayacağını düşünmüş, cavabdehə etibar etmiş və evi onun adına almışdır. İddiaçı cavabdehin hərəkətlərinə görə məhkəməyə müraciət edib. Tərəflər arasında Abşeron rayon Məhkəməsində fərdi yaşayış evindən çıxarılma ilə mübahisə olub, iddia təmin edilib. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı evi alanda aralarında faktiki ailə münasibətləri olsa da, bu münasibətlərin ömürlük davam edəcəyini düşünmüşdür və aralarında ailə mübahisəsi olacağını bilməmişdir. Bu halı məhkəmə iclasında ifadə verən şahidlər də təsdiq etdi. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnanə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia ərizəsinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli əmlak cavabdehin mülkiyyətindədir. Həmin mənzil tərəflərin birgə nikah dövründə əldə olunmayıb, ev cavabdehin şəxsi vəsaiti hesabına alınıb. Tərəflər arasında nikah rəsmi qaydada pozulsa da, münasibətləri normal olub. Bu hal onlar tərəfindən də inkar edilmir. Sözügedən evin alınmasında iddiaçı ancaq iştirak etmiş, bütün məbləğ isə cavabdeh tərəfindən ödənilmişdir. Onu da qeyd edir ki, onlar iddiaçıya qarşı Saray qəsəbəsindəki evlə bağlı iddia qaldırmışdılar. Məhz həmin iş yekunlaşandan sonra iddiaçı hazırkı ərizə ilə müraciət etmişdir. Bildirir ki, iddiaçı qeyd etdiyi halların heç birini məhkəmədə sübut edə bilməmişdir. Ərizədə qeyd edilənlərlə şahidin ifadələri arasında ziddiyyətlər var. Belə ki, şahid kimi dindirilmiş Namiq pulun İbrahimə verildiyini bildirmiş, ərizədə də İbrahimin MTK-da işlədiyi qeyd edilmişdir. Lakin şahid ifadəsində tamamilə başqa ifadə verdi. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, Rəsulu ümumi dostlarının vasitəsi ilə tanımışdı. Rəsul onun əmisi oğlunun evi alıb. Mübahisəli mənzil 6-cı mkr-da yerləşir. Qeyd edir ki, o, həmin evi görməyib. Mübahisəli evin alınmasında Rəsulun əvvəldən axıra kimi iştirakını görmüşdür. Lakin o, evin rəsmiləşdirilməsi prosesi barədə məlumatı yoxdur. Həmin vaxt maşında bir qadının olub olmadığını dəqiq bilmir. Evin bütün pul məsələsini Rəsul özü həll edib. Qeyd edir ki, əmisi oğlu ona etibarnamə verməsə də, o, bütün bu proseslərdə iştirak edib. Evin pulunu o, almamış, həmin pulu əmisi oğlu almış, lakin pulun sayılmasında iştirak etmişdir. Pul konkret olaraq Vəliyə verilib. Evin sahibi X13r. Mübahisəli evin Vəlinin yoldaşının adına olub olmaması barədə məlumatı yoxdur. Eyni zamanda həmin vaxt maşında qadın olub olmadığına fikir verməyib. Onu da qeyd edir ki, o, MTK-da işləmir. xx.xx.2022-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Rəsulu tanıyır, o, övladını, Rəsul isə nəvəsini məktəbə aparırdı və həmin vaxt onunla tanış olmuşdur. Bir dəfə Rəsul ona ev lazım olduğunu demişdi. Bununla əlaqədar 6-cı mikrorayonda Rəsula ev tapdılar. Rəsul da həmin ev üçün 300 dollar məbləğində beh vermişdi, daha sonra pulu ödəyərək alqı-satqı etmiş və mənzili almışdı. Qeyd edir ki, evin sahibi Vəli idi, İbrahim isə onun qohumudur. Vəli Rəsuldan evin pulunu götürməyi İbrahimə tapşırmışdı. Qeyd edir ki, Rəsul evin alqı satqısına görə 47 000 manat məbləğində pulu Şərq bazarının arxasında yerləşən MTK-da İbrahimə verdi. Bu məsələlər üçün Vəlinin İbrahimə etibarnamə verib-vermədiyindən xəbəri yoxdur. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-930/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh, X14, X3 qarşı mənzildən çıxarma tələbinə dair ilkin iddiasının qismən təmin olunması, cavabdehlər Cavabdeh və X2 mülkiyyət hüququ İddiaçı məxsus olan ünvan 1-də yerləşən fərdi yaşayış evindən çıxarılmaları, X10 İddiaçı qarşı istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiasının təmin olunması, X10 mülkiyyət hüququ İddiaçı məxsus olan ünvan 1 ünvanına istifadə hüuqunun tanınması, Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçı Cavabdeh ilə rəsmi nikahda olmasalar da birlikdə yaşadıqlarını, həmin müddətdə onun adına mənzil aldığını və mənzilə görə 47 000 manat məbləğində pul ödədiyini, sonradan münasibətlərinin pisləşdiyi və ayrıldıqlarını, nəticədə ona maddi ziyan dəydiyini iddia edərək, cavabdehdən 47 000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı mübahisələndirdiyi mənzilin mövcudluğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi isə Cavabdeh həqiqətən "xxxx" MTK-da özünə mənzil aldığını və həmin mənzilin dəyərinin Cavabdeh özü tərəfindən ödənildiyini bildirmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları - mübahisəli mənzilin onun tərəfindən alınmasını, bununla əlaqədar 47000 manat pul vəsaitinin onun qazancı hesabına ödənildiyini sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə ki, iddia tələbinin əsası kimi istinad edilən halların təsdiqi kimi iddiaçı tərəfindən məhkəməyə yalnız şahid ifadələri təqdim edilmişdir. Məhkəmə isə həmin şahid ifadələrini iddiaçı tərəfindən cavabdehin adına mənzil alınmasını, o cümlədən həmin mənzilin pulunun iddiaçının vəsaiti hesabına ödənilməsini təsdiq edən əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul etmir. Belə ki, həm şahid ifadələri ilə iddia ərizəsində qeyd edilən məlumatlar arasında, həm də mənzilin pulunun ödənilməsi ilə bağlı şahidlərin ifadələri arasında ziddiyyətli məqamlar mövcuddur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu kimi iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar