Məhkəmə qərarları › İş №e-2(060)-3619/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3619/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3619/2022 28.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 888,35 manat kredit borcunun, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2457-xx.xx.2018-002839 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, 29 faiz dərəcəsi ilə 1300 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. 992057 saylı ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, X3 xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Sumqayıt regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli, 625 nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, cavabdehə xx.xx.2019-cu il tarixində onun X2 vərəsəsi olmasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1975-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçı ilə X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı Sarıtel İbrahimovaya illik 29 faiz ilə 24 ay müddətinə 1300 manat məbləğində kredit vermişdir. Qeyd edilən məbləğin borcalana verilməsini xx.xx.2018-ci il tarixli məxaric orderi təsdiq edir. Kredit müqaviləsinə 1 nömrəli əlavəyə əsasən borcalan kredit borcunu 24 ay müddətinə, ayda 72,10 manat, sonuncu ay 69,53 manat ödəniş etməklə icra etməli idi. xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, borcalan X3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilir ki, cavabdeh xx.xx.2019-cu il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakdan tam hissədə pay almalıdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 22/522 saylı maliyyə arayışına əsasən Sarıtel İbrahimovanın xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 888,35 manat borcu vardır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə X3 arasında kredit (borc) müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh X3 öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya 888,35 manat borcu qalmışdır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin müəyyən edilmiş hallarına əsasən cavabdeh X2 vərəsəsidir və onun mirasından tam hissədə pay almalıdır. Belə olan halda o, Sarıtel İbrahimovanın kredit borcuna münasibətdə borclu kimi çıxış etməlidir. Bu səbəbdən X2 iddiaçıya borclu olduğu 888,35 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 888 (səkkiz yüz səksən səkkiz) manat 35 (otuz beş) qəpik pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik bank xidmət haqqı Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar