Məhkəmə qərarları › İş №e-2(060)-3624/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3624/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3624/2022 31.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit xətti müqaviləsi üzrə borcun tutulması” iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış: - 14.12.2020-ci il tarixli 311275-1- 36943 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 12 aprel 2022-ci il tarixə Banka borclu olduğu 422,79 (dörd yüz iyirmi iki manat 79 qəpik) AZN məbləğində əsas borc, 27,71 (iyirmi yeddi manat 71 qəpik) AZN məbləğində faiz borcu və 93,40 (doxsan üç manat 40 qəpik) AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 543,90 (beş yüz qırx üç manat 90 qəpik) AZN pul məbləğinin; - 15.04.2021-ci il tarixli 311275-CNS-21525 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 12 aprel 2022-ci il tarixə Banka borclu olduğu 1.785,14 (bir min yeddi yüz səksən beş manat 14 qəpik) AZN məbləğində əsas borc, 62,03 (altmış iki manat 03 qəpik) AZN məbləğində faiz borcu v ə 32,40 (otuz iki manat 40 qəpik) AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 1.879,57 (bir min səkkiz yüz yetmiş doqquz manat 57 qəpik) AZN pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 44,23 (qırx dörd manat 23 qəpik) AZN məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) AZNməbləğində xidmət haqqının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış: - 14.12.2020-ci il tarixli 311275-1-36943 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh daşınmaz əmlakın alınması üçün illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 18 (on səkkiz) ay müddətinə 1.000,00 (bir min manat 00 qəpik) AZN məbləğində; - 15.04.2021-ci il tarixli 311275-CNS-21525 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh ev təmiri üçün illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 1.990,00 (bir min doqquz yüz doxsan manat 00 qəpik) AZN məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan kredit müqavilələrinə əsasən verilmiş kredit vəsaitləri tərəflər arasında bağlanmış kredit müqavilələrinin 2.10-cu və 3.8-ci bəndlərinə əsasən kart hesabına köçürülmüşdür. Belə ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinin: - 2.10-cu bəndinə əsasən Kredit, bu Müqavilə ilə müəyyən olunan şərtlər «Kredit alan» tərəfindən icra edildikdən sonra «Bank» tərəfindən «Kredit alan»ın müvafiq Cari hesabına köçürmə yolu ilə verilir. - 3.8 və 3.9-cu bəndlərinə əsasən "Kredit alan" bu Müqavilə üzrə ayrılmış kredit vəsaitlərin “Cari hesabı”ndan “Kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh həmin kredit vəsaitlərindən istifadə etsə də, öz üzərinə götürdüyü kredit öhdəliklərini: - 14.12.2020-ci il tarixli 311275-1-36943 №-li “Nağd pul krediti müqaviləsi” üzrə 14 dekabr 2021-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 12 aprel 2022-ci il tarixə 422,79 (dörd yüz iyirmi iki manat 79 qəpik) AZN məbləğində əsas borc, 27,71 (iyirmi yeddi manat 71 qəpik) AZN məbləğində faiz borcu və 93,40 (doxsan üç manat 40 qəpik) AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 543,90 (beş yüz qırx üç manat 90 qəpik) AZN məbləğində borcu; - 15.04.2021-ci il tarixli 311275-CNS-21525 №-li “Nağd pul krediti müqaviləsi” üzrə 15 dekabr 2021-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 12 aprel 2022-ci il tarixə 1.785,14 (bir min yeddi yüz səksən beş manat 14 qəpik) AZN məbləğində əsas borc, 62,03 (altmış iki manat 03 qəpik) AZN məbləğində faiz borcu və 32,40 (otuz iki manat 40 qəpik) AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 1.879,57 (bir min səkkiz yüz yetmiş doqquz manat 57 qəpik) AZN məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, ünvan düzgün olmadığına görə poçt müəssisəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15.04.2021-ci il tarixli 311275-CNS-21525 №-li “Nağd pul krediti müqaviləsinə”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 1990 (bir min doqquz yüz doxsan) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14.12.2020-ci il tarixli 311275-1-36943 №-li “Nağd pul krediti müqaviləsinə”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 18 (on səkkiz) ay müddətinə 1000 (bir min) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC-nin 12.04.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh 14.12.2020-ci il tarixli 311275-1-36943 №-li “Nağd pul krediti müqaviləsi” üzrə 422,79 (dörd yüz iyirmi iki manat 79 qəpik) manat məbləğində əsas borc, 27,71 (iyirmi yeddi manat 71 qəpik) manat məbləğində faiz borcu, 93,40 (doxsan üç manat 40 qəpik) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 543 (beş yüz qırx üç manat 90 qəpik) manat məbləğində borcu vardır. İşdə olan İddiaçı ASC-nin 12.04.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh 15.04.2021-ci il tarixli 311275-CNS-21525 №-li “Nağd pul krediti müqaviləsi” üzrə 1785,14 (bir min yeddi yüz səkəsn beş manat 14 qəpik) manat məbləğində əsas borc, 62,03 (altmış iki manat 03 qəpik) manat məbləğində faiz borcu, 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 1879,57 (bir min səkkiz yüz yetmiş doqquz manat 57 qəpik) manat məbləğində borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14.12.2020-ci il tarixli 311275-1-36943 №-li “Nağd pul krediti müqaviləsinə”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 20 (iyirmi) faiz hesablanması şərti 18 (on səkkiz) ay müddətinə 1000 (bir min) manat, 15.04.2021-ci il tarixli 311275-CNS-21525 №-li “Nağd pul krediti müqaviləsinə”nə əsasən istehlak məqsədilə illik 22 (iyirmi iki) faiz hesablanması şərti 48 (qırx səkkiz) ay müddətinə 1990 (bir min doqquz yüz doxsan) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etsədə, öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Buna görədə kreditorun borcun əsas hissəsinin, ona hesablanmış faiz borclarının tələb edilməsi tam əsaslıdır və buna görədə iddia tələbi təmin olunmalıdır. Belə ki, Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”-nin şərtlərinə cavabdeh X1 tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair lazımi qaydada xəbərdar edilsə də öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 14.12.2020-ci il tarixli 311275-1-36943 №-li “Nağd pul krediti müqaviləsi” üzrə 12 aprel 2022-ci il tarixə Banka borclu olduğu 422,79 (dörd yüz iyirmi iki manat 79 qəpik) manat məbləğində əsas borc, 27,71 (iyirmi yeddi manat 71 qəpik) manat məbləğində faiz borcu və 3 (üç) məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 453,5 (dörd yüz əlli üç manat 50 qəpik) manat pul məbləğinin; 15.04.2021-ci il tarixli 311275-CNS-21525 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 12 aprel 2022-ci il tarixə Banka borclu olduğu 1.785,14 (bir min yeddi yüz səksən beş manat 14 qəpik) manat məbləğində əsas borc, 62,03 (altmış iki manat 03 qəpik) manat məbləğində faiz borcu və 3 (üç) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 1.850,17 (bir min səkkiz yüz əlli manat 17 qəpik) manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 44,23 (qırx dörd manat 23 qəpik) manat məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqının tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 14.12.2020-ci il tarixli 311275-1-36943 №-li “Nağd pul krediti müqaviləsi” üzrə 12 aprel 2022-ci il tarixə Banka borclu olduğu 422,79 (dörd yüz iyirmi iki manat 79 qəpik) manat məbləğində əsas borc, 27,71 (iyirmi yeddi manat 71 qəpik) manat məbləğində faiz borcu və 3 (üç) məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 453,5 (dörd yüz əlli üç manat 50 qəpik) manat pul məbləğinin; 15.04.2021-ci il tarixli 311275- CNS-21525 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 12 aprel 2022-ci il tarixə Banka borclu olduğu 1.785,14 (bir min yeddi yüz səksən beş manat 14 qəpik) manat məbləğində əsas borc, 62,03 (altmış iki manat 03 qəpik) manat məbləğində faiz borcu və 3 (üç) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 1.850,17 (bir min səkkiz yüz əlli manat 17 qəpik) manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 44,23 (qırx dörd manat 23 qəpik) manat məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqının tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar