Məhkəmə qərarları › İş №e-2(060)-368/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-368/2024

25.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-368/2024 25.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə 46350 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2016-cı ilin dekabr ayının 20-dən 2017-ci ilin 10 sentyabr tarixinə qədər olan dövr ərzində iddiaçını aldadaraq, etibarından sui-istifadə edərək əvəzsiz olaraq iddiaçının 46350 (qırx altımin üç yüzəlli) manat pulunu ələ keçirərək dələduzluq etdiyinə görə iddiaçının və digər zərərçəkən şəxslərin şikayəti ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Barəsində CM-nin 178.2.2 və 178.2.4 maddələri ilə cinayət işi başlanmış istintaq aparılaraq məhkəməyə verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cavabdeh AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hazırda təyin olunmuş cəzasını çəkərək azadlığa çıxmışdır. Cavabdeh azadlıqda olmasına baxmayaraq iddiaçıya vurduğu 46350 manat zərəri ödəməkdən boyun qaçırır və gizlənir. Ona görə də hesab edir ki, ona vurulan 46350 manat zərər cavabdehdən məhkəmə qaydasında alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsində göstərilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-296/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4(dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək, həbsdə və dustaqlığında olduğu l(bir) ay 13(on üç) gün təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 3(üç) il 10(on) ay 17(on yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Cavabdeh cəzaçəkmə müddətinin əvvəli 28 sentyabr 2018-cı il tarixdən hesablanması, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi höhm edilmişdir. Zərərçəkmiş şəxslər X2, X3, X1 və İddiaçı, vurulmuş maddi ziyanla bağlı hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxs Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüquqlarının olması izah edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-296/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmününün məzmunundan görünür ki, Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı etibarından sui-istifadə edərək,Sumqayıt şəhər məhkəməsinin xx.xx.2015-+ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Saray qəsəbəsində yerləşən evinin hərraca çıxarılıb satılacağı, həmin evin hərracdan alınacağı və İddiaçı adına sənədləşdiriləcəyini yalan vəd verib, aldadaraq vahid qəsdlə xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən Aygün şadlıq evinin qarşısında 4000 manat, xx.xx.2016-cı ildə "xxxx" QSC-nin Sumqayıt filialında 20000 manat, xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən Aygün şadlıq evinin qarşısında 22000 manat və xx.xx.2017-ci ildə Sumqayıt şəhəri, “4Qardaş” şadlıq evinin qarşısında 350 manat alıb ələ keçirərək, ümumilikdə zərərçəkmiş İddiaçı 46350 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı etibarından sui-istifadə edərək,Sumqayıt şəhər məhkəməsinin xx.xx.2015-+ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Saray qəsəbəsində yerləşən evinin hərraca çıxarılıb satılacağı, həmin evin hərracdan alınacağı və İddiaçı adına sənədləşdiriləcəyini yalan vəd verib, aldadaraq vahid qəsdlə xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən Aygün şadlıq evinin qarşısında 4000 manat, xx.xx.2016-cı ildə "xxxx" QSC-nin Sumqayıt filialında 20000 manat, xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən Aygün şadlıq evinin qarşısında 22000 manat və xx.xx.2017-ci ildə Sumqayıt şəhəri, “4Qardaş” şadlıq evinin qarşısında 350 manat alıb ələ keçirərək, ümumilikdə zərərçəkmiş İddiaçı 46350 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-296/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4(dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək, həbsdə və dustaqlığında olduğu l(bir) ay 13(on üç) gün təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 3(üç) il 10(on) ay 17(on yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Cavabdeh cəzaçəkmə müddətinin əvvəli 28 sentyabr 2018-cı il tarixdən hesablanması, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi höhm edilmişdir. Zərərçəkmiş şəxslər X2, X3, X1 və İddiaçı, vurulmuş maddi ziyanla bağlı hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxs Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüquqlarının olması izah edilmişdir. Göründüyü kimi Cavabdeh 46350 manatı bugünədək iddiaçıya qaytarmamışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi mülki qanunvericiliyin prinsiplərinin mahiyyəti açıqlamasım verməklə, göstərir ki, “mülkiyyətin toxunulmazlığı”, “mülki hüquqların maneaəsiz həyata keçirilməsinə şərait yaradılması”, “pozulmuş hüquqların bərpasının təmin edilməsi” və “mülki hüquqların məhkəmə müdafiəsi” (6.1.5, 6.1.7 və 6.1.9-cu maddələr) mülki qanunvericiliyin başlıca prinsipləri olmaqla, bu tələblərə ciddi əməl edilməlidir. Azərbaycan Respublikası MM-nin 21-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən: “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan vuran və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 46350 manatını ələ keçirməklə, hüquqi əsas olmadan cavabdehin hesabına əsassız varlanmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 46350 (qırx altı min üç yüz əlli) manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 46350 (qırx altı min üç yüz əlli) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar