Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3705/2024 05.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2, Cavabdeh3 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki işə 05 avqust 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinəxx.xx.2021-ci il tarixli, BPM**********06nömrəli tam kart çərçivə müqaviləsinə əsasən, nağd kredit borcu üzrə - 3428.06 manat əsas, 87.61 manat faiz borcu olmaqla, cəmi 3515.67 manat, həmçinin ödənilmiş 55.16 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********06 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 24 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 5000 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 mirasını qəbul etmiş vərəsələrinin müraciəti əsasında xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmış və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2023-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlak Sumqayıt TİB tərəfindən xx.xx.2004-cü il tarixdə X4 verilmiş 31662 qeydəalma nömrəsi ilə 14 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52.45 kvm, yaşayış sahəsi 32.8 kv.m, yardımçı sahəsi 19.65 kv.m olan 2 otaqlı mənzildən ibarətdir. Maliyyə arayışına əsasən, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2021-ci il tarixli, BPM**********06 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş– 3428.06 manat əsas, 87.61 manat faiz borcu olmaqla, cəmi 3515.67 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 X3 vərəsələri kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdirlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borcun qaytarılması haqqında tərəflərindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 3515.67 manat olduğundan, tərəflərindən 55.16 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Qeyd edilənlərə əsaəsn iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq bildirdi ki, cavabdehlər tərəfindən ödənilmiş 500 manat iş saatından sonra ödənildiyi üçün hələ ki, sistemdə görünmür. Buna görə də hazırda yeni maliyyə arayışı təqdim edə bilmirlər. Nümayəndə qeyd edilən lərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə dair izahat verərək bildirdi ki, mübahisənin məhkəmədən kənar həlli üçün banka müarciət etmişdirlər, lakin heç bir nəticəsi olmamışdır. yoxdur. Bundan başqa əslində tərəflər arasında bağlanmış müqavilə üzrə yaranmış borc restrukturizasiya olunmalı idi, lakin bank bu məsələ ilə bağlı heç bir addım atmamışdır. Onu da qeyd edir ki, bəzi aylar aylıq ödəniş məbləğindən daha çox pul ödəyiblər. Hətta bir neçə gün bundan qabaq borc xərc eliyin 500 manat da ödəniş etmişdir. Həmin borcun analarının pensiyasına yönəlməsinə etiraz etmirlər. Cavabdeh qərar qəbul edilərkın qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasınını yeri və vaxtı barədə lazımı qaydada(məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilmələrinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir. Atası 29 iyun 2022-ci ildə vəfat edib. Atasının yas mərasiminə başı qarışdığı üçün ödəniş edə bilməyib. Atasının 40 mərasimi vaxtı bankla danışıb ödəniş edəcəyini bildirib. Atasının vəfatından iki il keçəndən sonra bank məhkəməyə müraciət edib. Hazırda borcu ödəməyə razıdır. Bank tərəfindən bu məsələ ilə bağlı vaxtında məlumat verilsəydi, borcun yarısından çoxunu ödəyərdilər. Onu da bildirir ki, qeyd edilən miras əmlak hazırda onun mülkiyyətindədir. Digər vərəsələr miras paylarını ona bağışlamışdır. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 iddiaçı Cavabdeh1 dedikləri ilə razı olduğunu bildirmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə X5 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, BPM**********06 nömrəli kredit müqaviləsindən görünür ki, X4 «Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən 24 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, X3 "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli, BPM**********06 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 3428.06 manat əsas, 87.61 manat faiz borcu olmaqla, cəmi 3515.67 manat borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yazılı bildiriş ünvanlanmışdır. İşdə olan AZ-İİ 285693 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 344 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, BPM**********06 saylı kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, X1 xx.xx.2022-ci il tarixdə ölmüş, nəticədə müqavilə üzrə öhdəliklər icra edilməmiş qalmışdır. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2). Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). İşdə olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dur. Onların hər biri mərhumdan miras qalmış əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52.45 kvm, yaşayış sahəsi 32.8 kv.m, yardımçı sahəsi 19.65 kv.m olan 2 otaqlı mənzildən ibarətdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 X2 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52.45 kvm, yaşayış sahəsi 32.8 kv.m, yardımçı sahəsi 19.65 kv.m olan 2 otaqlı mənzili qəbul etdiyindən iddiaçı "xxxx" ASC ilə X5 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, BPM**********06 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun borclunun hüquqi varisləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən xx.xx.2021-ci il tarixli, BPM**********06 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdə 500 manat ödəniş edilmişdir.(işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 972 nömrəli qəbzə əsasən) Belə olan halda, məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunun ümumi məbləğindən (ilk növbədə faiz borcuna yönəldilməklə) çıxılmalı və X6 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********06 nömrəli kredit müqaviləsinə əsasən 3015.67 (3515.67-500) manat əsas borc tutulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia əsas hissədə təmin edildiyindən və iddianın qismən təmin edilməsi iddiaçı bankın məhkəməyə müraciət etdikdən sonra cavabdehlər tərəfindən ödənişlər edilməsi ilə bağlı olduğundan iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 55.16 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı da cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 3015,67 (üç min on beş manat altmış yeddi qəpik) manat əsas borc, həmçinin ödənilmiş 55,16 (əlli beş manat on altı qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-3705/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3705/2024
05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver