Məhkəmə qərarları › İş №e-2(060)-3706/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3706/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3706/2024 24.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun miras qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, BPM**********22 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə - 101.50 manat, nağd kredit borcu üzrə 8787.01 manat əsas, 0.01 manat faiz, olmaqla, cəmi 8787.02 manat olmaqla, ümumilikdə 8888.52 manat, həmçinin ödənilmiş 108.89 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması barədə qənamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********22 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 300 manat məbləğində kredit limiti ayrılmışdır. Həmçinin, "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********22 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 9600 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 mirasını qəbul etmiş vərəsəsi Cavabdeh müraciəti əsasında xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış və Cavabdeh xx.xx.2023-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlak, Əmlak Məsələləri Dövlət Xidməti Kadastrı və Reyestri Publik Hüquq şəxsinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79-05101-093030 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56.4 kv.m, yaşayış sahəsi 34.5 kv.m, yardımçı sahəsi 21.9 kv.m, 2 otaqlı mənzildən və Əmlak Məsələləri Dövlət Xidməti Kadastrı və Reyestri Publik Hüquq şəxsinin Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X3 verilmiş 41001301 reyestr nömrəl, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Qonaqkənd ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsindən ibarətdir. Maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********22 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə, Banka ödənilməmiş–101.50 manat borcu qalmışdır. Eyni zamanda, Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********22 nömrəli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş– 8787.01 manat əsas, 0.01 manat faiz, olmaqla, cəmi 8787.02 manat borcu qalmışdır. Cavabdeh X2vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdirlər. Cavabdeh qızına borcun qaytarılması haqqında tərəflərindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 8888.52 manat olduğundan, tərəfimizdən 108.89 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini və ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, borc atasına məxsusdur. Atası 1 il əvvəl vəfat etmişdir. Atasının ölüm haqqında şəhadətnaməsində o, banka təhvil vermişdir. Bundan sonra bank tərəfindən onlara müraciət edilməmişdir. Atasının banka borcu olması barədə məlumatları olmamışdır. Hazırda onun borcu tam bağlama maddi imkanı yoxdur. Aylıq 50 manat olmaqla ödəniş edə bilər. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Zeynalov Bəxtyar qızının vərəsələri, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: Sumqayıt şəhər Səhiyyə şöbəsi X8 Xəstəxanasının verdiyi arayışa əsasən 3 aylıq ölüm pulu 4065 manat 36 qəp ödənilməmiş pul məbləğindən ibarətdir. İşə əlavə olan AZ-İİ №303945 saylı, “Ölüm haqqında Şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, "xxxx" ASC-nin Müştəri xidməti Sumqayıt filialı ilə B.S.Zeynalov arasında bağlanmış 1**********22 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən B.S.Zeynalova 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 300 manat məbləğində kredit limiti ayrılmışdır. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh B.S.Zeynalovun "xxxx" ASC-yə tam kart kredit borcu üzrə - 101.50 manat, nağd kredit borcu üzrə 8787.01 manat əsas, 0.01 manat faiz, olmaqla, cəmi 8787.02 manat olmaqla, ümumilikdə 8888.52 manat məbləğində kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərçləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər arasında müqavilə üzrə öhdəliklər yaranmışdır, iddiaçı tərəfindən üzərinə düşən öhdəlik tam yerinə yetirilmişdir, lakin cavabdehi vərəsəsi üzərinə düşdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini və cavabdehin iddia tələbini qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 739-cu Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********22 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə - 101 (bir yüz bir) manat 50 (əlli) qəpik manat, nağd kredit borcu üzrə 8787 (səkkiz min yeddi yüz səksən yeddi) manat 01 (bir) qəpik əsas, 0 (sıfır) manat 01 (bir) qəpik faiz, olmaqla, cəmi 8787 (səkkiz min yeddi yüz səksən yeddi) manat 02 (iki) qəpik olmaqla, ümumilikdə 8888 (səkkiz min səkkiz yüz səksən səkkiz) manat 52 (əlli iki) qəpik, həmçinin ödənilmiş 108 (bir yüz səkkiz) manat 89 (səksən doqquz) qəpik dövlət rüsumu və 0 (sıfır) manat 40 (qırx) qəpik xidmət haqqının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar