Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3738/2023 01.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun rəfiqəsi X1 qonşusudur. Belə ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh ondan 1300 manat dəyərində olan 11 qram 585 əyyarlı qızıl almışdır. Bu şərtlə ki, 3 ay müddətinə bu məbləği ödəyəcəkdir. Bundan sonra pula ehtiyacı olduğunu demiş və xahiş etmişdir ki, kömək məqsədi ilə borc istəmişdir. xx.xx.2022-ci il tarixində iddiaçıdan 3000 manat məbləğində borc pul almışdır ki, bu məbləği hissə-hissə ödəyəcəkdir. Cavabdeh bu günə qədər borcunu qaytarmaqdan boyun qaçırır. Hər dəfə bir bəhanə gətirir ki, qaytaracaqdır, yenə də qaytarmır. Bunu sübut edən şahidi X2 məhkəməyə dəvət oluna bilər. Odur ki, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara almışdır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh 3000 manat, eləcə də 11 qram 585 əyyarlı qızılının dəyəri olan 1300 manat məbləğində pulun və 63 manat dövlət rüsumunun və məhkəməyə ərizə yazılması üçün 30 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Əlavə olaraq qeyd etdi ki, şahiddə gəlmiş və qeyd etdiyi halları təsdiq edə bilər. Qızılı da qardaşının xeyir işi üçün götürdüyünü demişdir. Seçmə qızıl götürmüşdür ki, lombarda qoysun və satsın. 12 aprel 2022-ci il tarixində götürmüşdür. Demişdir ki, qardaşı üçün götürür. Daha sonra isə etiraf etmişdir ki, lombarda qoymuş və 500 manat pul götürmüşdür. Demişdir ki, özü qaytaracaqdır. Ondan satış qiyməti ilə 85 manatdan istəyir. Belə nisyə satdıqda qiyməti 100-110 manatdan olur. Qarşı tərəfə demişdir ki, qızılı gedib lombarddan çıxartsınlar. Lakin onu aldatmış və qızıl isə lombardda batmışdır. Daha sonra xalasını tapmış və məlumatı olmuşdur ki, belə formada onun bir neçə şəxsə borcu olmuşdur. Xanıma görə onu etmişdir. Hissə-hissə, sosial düzəldəcəyi adı ilə, dörd uşağı olması ilə bir il ərzində qaytaracağını demişdir. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehin həmin ünvanda yaşamaması səbəbindən məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmış, Cavabdeh xx.xx.2023-cü il tarixdə “SMS” bildiriş göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında şahidin ifadəsini dinləyib, tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Şahid qismində məhkəmə iclasında iştirak edən X2 izahatında bildirmişdir ki, Aygün xanımın anası onun uşaqlarının həkimi olmuşdur. 10 ilə yaxındır ki, onu tanıyır. Samirə xanım ilə isə salonda tanış olmuşdur. Samirə xanım demişdir ki, qardaşının xeyir işi üçün qızıla ehtiyacı vardır. 12 aprel tarixində götürmüşdür. Dəyəri barədə isə məlumatı yoxdur. Yazılı iltizamdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində İddiaçı 3000 (üç min) manat borca pul götürmüşdür. Yazılı iltizamdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində İddiaçı 11 qram 585 miskallı prob qızıl almış və 3 ay müddətinə ödəmək şərti ilə öhdəlik götürmüş,onun dəyəri 1300 manat məbləğində hesablanmışdır. İş materiallarında olan fotoşəkillərdən və diskdən görünür ki, tərəflər arasında olan mübahisə ilə bağlı yazışmalar və səs yazıları vardır. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması işin araşdırılan halları, çəkişmə prinsipinə əsasən iddiaçının verdiyi izahatlara, Cavabdeh yazılı iltizam imza etməklə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməyərək götürdüyü pulu geri qaytarmaması ilə ifadə olunmuşdur. Nəticədə cavabdehin İddiaçı bir yazılı iltizama görə 3000 manat, digərinə görə isə 1300 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəmə mübahisəsinin predmeti olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (740.1.) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (740.2.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında xüsusi qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 4300 manat məbləğində pul, 63 manat dövlət rüsumu və məhkəməyə ərizə yazılması üçün 30 manat məbləğində pul alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin ərizə yazılması üçün 30 manat məbləğində pulun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı razılaşmadan irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar ərizə yazdırması ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının ərizə yazdırması nəticəsində çəkdiyi zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 63 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4300 (dörd min üç yüz) manat məbləğində pul, 63 (altmış üç) manat məbləğində dövlət rüsumu və məhkəməyə ərizə yazılması üçün 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-3738/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3738/2023
01.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver