Məhkəmə qərarları › İş №e-2(060)-3761/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3761/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3761/2022 19.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqavilələrinin ləğv edilməsi və pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış kredit müqavilələrinin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsi üzrə 417.02 manat kredit borcu, 2.97 manat faiz borcu və 108.96 manat cərimə olmaqla, cəmi 528.95 manat borcun və xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsi üzrə 1355.27 manat kredit borcu, 13.92 manat faiz borcu və 579.99 manat cərimə olmaqla, cəmi 1949.18 manat borcun, ödənilmiş 44.79 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 476.03 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə ödənişləri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Borclu götürdüyü kredit borcundan 59.01 manat ödəniş etmiş, onun 417.02 manat məbləğində kredit borcu qalmışdır. Bundan başqa tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 1389.92 manat məbləğində kredit verilmişdir. Borclu götürdüyü kredit borcundan 34.65 manat ödəniş etmiş, onun 1355.27 manat məbləğində kredit borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 476.03 manat kredit vermişdir. - Maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc üzrə 417.02 manat, 2.97 manat faiz, cərimə borcu üzrə 108.96 manat olmaqla, cəmi 528.95 manat borcu vardır. - xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1389.92 manat kredit vermişdir. - Maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc üzrə 1355.27 manat, 13.92 manat faiz, cərimə borcu üzrə 579.99 manat olmaqla, cəmi 1949.18 manat borcu vardır. - Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqavilələrinin 4.1.2-ci maddəsinin “a” bəndindən görünür ki, kredit alan krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə bank bu müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan kredit məbləğini, bu müqaviləyə xitam verildiyi günə qədər hesablanmış faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir. - Kreditin verilməsinə dair köçürmələrdən xx.xx.2019-cu il tarixli görünür ki, 1389.92 manat və 476.03 manat məbləğində pul vəsaiti Cavabdeh hesabına köçürmə yolu ilə verilmişdir. - Cavabdehə məxsus bank hesabından çıxarışdan görünür ki, son bank kredit ödənişi xx.xx.2021-ci il tarixdə edilmişdir. - Xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi barədə iddiaçı tərəfindən bildiriş göndərilərək xəbərdar olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh 60 ay müddətinə 476.03 manat məbləğində kredit verilmiş və bununla bağlı tərəflər arasında xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsi bağlanmışdır. Eyni zamanda Cavabdeh 60 ay müddətinə 1389.92 manat məbləğində kredit verilmiş və bununla bağlı tərəflər arasında xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan kredit müqavilələrinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsi üzrə 417.02 manat əsas və 2.97 manat faiz borcu və xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsi üzrə 1355.27 manat əsas və 13.92 manat faiz borcu yaranmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqavilələri üzrə öhdəliklərini icra etməyərək və müqavilələrin 4.1.2-ci maddəsinin “a” bəndinin tələblərini pozaraq iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının kredit müqavilələri üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia təmin edilməlidir. İddiadan göründüyü kimi cavabdehdən eyni zamanda xx.xx.2019-cu il tarixli, 003A********** saylı müqaviləyə əsasən hesablanmış 108.96 manat və xx.xx.2019-cu il tarixli, 003A********** saylı müqaviləyə əsasən 579.99 manat məbləğində cərimənin tutulması tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. xx.xx.2019-cu il tarixli kredit müqavilələrinin 4.2.2-ci bəndinə əsasən kredit alan bu müqavilə ilə müəyyənləşdirilən öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,02 (sıfır tam yüzdə iki) faiz məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0,1 (sıfır tam onda bir) faizdən artıq olmaması şərti ilə cərimə ödəməyə borcludur. Cavabdeh tərəfindən götürülmüş kreditin miqdarını, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edərək, məhkəmə hesab edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, cavabdehdən xx.xx.2019-cu il tarixli, 003A********** saylı müqaviləyə əsasən 0.42 manat və xx.xx.2019cu il tarixli, 003A********** saylı müqaviləyə əsasən 1.36 manat olmaqla, ümumilikdə 1.78 manat məbləğində cərimənin tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Odur ki, iddia cərimə hissəsində qismən təmin edilməlidir. Məhkəmə, iddianın tərəflər arasında bağlanmış kredit müqavilələrinin ləğv edilməsi hissəsinə gəldikdə isə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşdən göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqavilələri ləğv edilməlidir. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 37.91 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 003A********** saylı və xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqavilələri ləğv edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsi üzrə 417.02 manat əsas, 2.97 manat faiz borcu, 0.42 manat cərimə olmaqla, cəmi 420.41 manat borc; xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsi üzrə 1355.27 manat əsas, 13.92 manat faiz borcu, 1.36 manat cərimə olmaqla, cəmi 1370.55 manat borc və ödənilmiş 37.91 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar