Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3789/2022 21.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMM QBKT-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMM QBKT (bundan sonra - iddiaçı) Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 828,04 ABŞ dollarının və 34,10 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ila cavabdeh X3 oglu arasinda bağlanmiş xx.xx.2015-ci it tarixli, **********6320 sayli kredit müqaviləsinə əsasən şəxsə istehlak məqsədləri va həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23,74% faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun har ay 80 ABŞ dolları olmaqla bərabər hissələrdə ödəniş etməsi, həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına taminat olaraq Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Həmçinin xx.xx.2015-ci il tarixli, **********6320 sayli kredit müqaviləsi xx.xx.2016-ci il tarixli, eyni nömrəli sazişlə restrukturizasiya olunmuş va öhdəliyin icra olunmamış hissəsi əsas borc üzrə 1319.95 ABŞ dolalrı müəyyən edilmişdir. Eyni tarixli, **********2***-******* sayli zaminlik muqaviləsi ilə X1 oglu zamin qisminda sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Həmçinin xx.xx.2016-ci il tarixli, **********2222 sayli saziş xx.xx.2016-ci il tarixdə takrar restrukturizasiya olunmuş va ohdaliyin icra olunmamış hissəsi əsas borc üzrə 1284,77 ABŞ dolları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx.xx.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehlərin iddia tələbi ilə bağlı etirazları məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 xx.xx.1967-ci ildə, Sumqayıt şəhərində, digər Cavabdeh2 isə xx.xx.1962-ci ildə anadan olmuşdur. Cavabdeh1 hazırda ünvan 1 ünvanında, Cavabdeh2 isə ünvan 2r. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 24 ay müddətinə, illik 23,74 faizlə 1500 ABŞ dolları kredit vermişdir. Ödəniş cədvəlinə əsasən Cavabdeh2 24 ay müddətinə hər ay 80 ABŞ dolları, sonuncu ay isə 62 ABŞ dolları ödəniş etməli idi. İş materiallarına əsasən xx.xx.2015-ci il tarixli, **********6320 sayli kredit müqaviləsi xx.xx.2016-ci il tarixli, eyni nömrəli sazişlə restrukturizasiya olunmuş va öhdəliyin icra olunmamış hissəsi əsas borc üzrə 1319,95 ABŞ dolları müəyyən edilmişdir. Həmin sazişə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh Aydım Babayev 28 ay müddətinə hər ay 63 ABŞ dolları, sonuncu ay isə 55,95 ABŞ dolları ödəniş etməli idi. İddiaçı ilə Zeynaı Rüstəmov arasında bağlanmış xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 kredit müqaviləsindən irəli gələn iddiaçı qarşısında öhdəlikləri üzrə zaminliyi öz üzərinə götürmüşdür. xx.xx.2016-ci il tarixli, **********2222 sayli saziş xx.xx.2016-ci il tarixdə takrar restrukturizasiya olunmuş va öhdəliyin icra olunmamış hissəsi əsas borc üzrə 1284,77 ABŞ dolları müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə əsas borcu 828,04 ABŞ dolları olmaqla, ümumilikdə borcu 828,04 ABŞ dolları təşkil edir. İşdən görünür ki, iddiaçı 34,10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında kredit (restrukturizasiya) müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh1 kredit (restrukturizasiya) müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş bu səbəbdən iddia ərizəsində göstərilən məbləğdə banka əsas və faiz borcu qalmışdır. Zaminliklə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdən göründüyü kimi kredit müqaviləsinin icra müddəti xx.xx.2019-cu il tarixində bitmişdir. Lakin iddia ərizəsi 1 illik müddəti ötürməklə xx.xx.2022-ci il tarixində məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən iddia tələbi zaminə aid hissədə təmin edilə bilməz. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 34,10 manat dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 828 (səkkiz yüz iyirmi səkkiz ) ABŞ dolları 04 (dörd) sent məbləğində pul (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) və ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçı "xxxx" MMM QBKT-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-3789/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3789/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver