Məhkəmə qərarları › İş №e-2(060)-3799/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3799/2024

04.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3799/2024 04.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər X7 və Cavabdeh2 qarşı “cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi barədə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" QSC cavabdehlər X7 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ADY-yə vurulmuş 1416,18 (min dörd yüz on altı manat on səkkiz qəpik) manat məbləğində zərərin və 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun, cəmi 1451,18 (min dörd yüz əlli bir manat manat on səkkiz qəpik) manat yetkinlik yaşına çatmayan X4 qanuni nümayəndəsi Cavabdeh1 və X2 qanuni nümayəndəsi Cavabdeh2 müştərək qaydada tutularaq ADY-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabunçu-Bakıxanov dəmir yolu mənzilində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus STADLER EŞ2-019 Bakı- Pirşağı-Sumqayıt sürətli elektrik qatarının Q-01 vaqonuna kənardan daş atılması nəticəsində qatarın yan şüşəsinin biri sındırılmışdır. Hadisə nəticəsində ADY-yə 1416,18 (min dörd yüz on altı manat on səkkiz qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X9 Polis İdarəsinin Sabunçu X16 araşdırma aparılmışdır. Sabunçu X16n ADY-yə daxil olmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2023-cü il tarixində Sabunçu Bakıxanov dəmir yolu mənzilində (13-cü km 9-cu piketində) ADY-yə məxsus STADLER EŞ2-019 Bakı-Pirşağı-Sumqayıt sürətli elektrik qatarının Q-01 vaqonuna kənardan daş atılması nəticəsində şüşə hissələrinə zərər verən şəxslərin yetkinlik yaşına çatmayan, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X5 olması müəyyən olunmuşdur. Bununla əlaqədar onların qanuni nümayəndələri, valideynləri X12 və Cavabdeh2 bölməyə dəvət olunmuş, onların iştirakı ilə X4, həmçinin X2 izahatları alınmışdır. Həmçinin qərardan görünür ki, hadisə nəticəsində ADY-yə 1416,18 (min dörd yüz on altı manat on səkkiz qəpik) manat məbləğində maddi ziyan dəyməsi araşdırma zamanı təsdiq olunmuşdur. Məlumat üçün bildirilmişdir ki, sözügedən qatar İsveçrənin son texnologiyaları əsasında istehsal edilmiş ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarı 2015-ci ildə Azərbaycan Respublikasına gətirilərək istismara verilmişdir. Qanunvericiliyin tələbinə əsasən X10 və X5 tərəfindən ADY-yə vurulmuş 1416,18 (min dörd yüz on altı manat on səkkiz qəpik) manat məbləğində zərər və 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1451,18 (min dörd yüz əlli bir manat on səkkiz qəpik) manat X4 qanuni nümayəndəsi Cavabdeh1 və X2 qanuni nümayəndəsi Cavabdeh2 tərəfindən ADY-yə ödənilməlidir. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, X11 xx.xx.2012-ci il təvəllüdlü olduğundan və X8 xx.xx.2013-cü il təvəllüdlü olduqlarından İXM-nə əsasən məsuliyyətə cəlb etmə yaş həddi 16 yaşdan nəzərdə tutulduğundan barələrində inzibati icraatın açılmasından imtina edilməsi, qərarın surətinin xx.xx.2012-cil təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X8 barələrində profilaktiki iş açılması üçün DYPNPİ-nin Sabunçu st.XPŞ-nin YYÇ İÜ inspektoruna göndərilməsi, dəymiş ziyanın tələbi ilə bağlı olaraq ərazi aidiyyatı üzrə rayon məhkəməsinə müraciət etməsi "xxxx" QSC-nə izah edilməsi qərara alınmışdır. Həmçinin həmin qərardan görünür ki, cinayət prosesini həyata keçirən orqan tərəfindən ekspertiza rəyi əsasında maddi ziyanın məbləğinin ümumilikdə 1416.19 manat olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 36 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsində əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub- olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, cavabdehlərin övladları törətdikləri əməl nəticəsində iddiaçı "xxxx" QSC-yə 1416,18 (bir min dörd yüz on altı manat on səkkiz qəpik) manat məbləğində maddi ziyan vurmuşdurlar. Həmin cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara əsasən cinayət işinin başlanılması rədd edilmiş, X11 xx.xx.2012-ci il təvəllüdlü olduğundan və X8 xx.xx.2013-cü il təvəllüdlü olduqlarından İXM-nə əsasən məsuliyyətə cəlb etmə yaş həddi 16 yaşdan nəzərdə tutulduğundan barələrində inzibati icraatın açılmasından imtina edilmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxs "xxxx" QSC-yə iddiaçı tərəfə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüquq izah olunmuşdur. Bu səbəbdən "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət nəticəsində vurulmuş ziyanın əvəzini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1103.1-ci maddəsinə əsasən on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. 1115-ci zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ona vurulmuş zərərin əvəzini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehlər X3 və Cavabdeh2 müştərək qaydada qanuni nümayəndələri olduğu X10 və X5 tərəfindən vurulmuş ziyana görə 1416,18 (bir min dörd yüz on altı manat on səkkiz qəpik) manat pul alınıb iddiaçı "xxxx" QSC-yə verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. X7 və Cavabdeh2 müştərək qaydada qanuni nümayəndələri olduğu X10 və X5 tərəfindən vurulmuş maddi ziyanının əvəzi olaraq 1416,18 manat pul və ödənilmiş dövlət rüsumu əvəzi 35 manat, ümumilikdə 1451,18 (bir min dörd yüz əlli bir manat on səkkiz qəpik) manat məbləğində pul tutularaq "xxxx" QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar